İşsizlikdən sığorta ödənişinin təyin edilməsi

posted in: Xəbər | 0

İşsizlikdən sığorta ödənişinin təyin edilməsi

Əmək müqaviləsi qısaldılmış iş vaxtıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövzu ilə bağlı açıqlamasında sığorta ödənişini almaq hüququnun kimə aid olması məsələsinə aydınlıq gətirilib. Bu hüquq yalnız o sığortaolunanlara verilir ki, onlar dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Qanun ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış olsunlar.

“İşsizlikdən sığorta haqqında” Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrinə əsasən, sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir:

• işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 1 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – “İşsizlikdən sığorta haqqında” Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada;

• işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə –Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan minimum aylıq əməkhaqqı məbləğinə bərabər sığorta ödənişi məbləğində.

Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur.

Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əsas sığorta ödənişinə “İşsizlikdən sığorta haqqında” Qanunla müəyyən olunmuş əlavə almaq hüququ vardır.

İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır.

Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz.

Sığorta ödənişi almış şəxsə (“İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq) növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.

“İşsizlikdən sığorta haqqında” Qanunun 13.1.3-ci maddəsində göstərilir ki sığorta ödənişi almaq hüququ olan şəxslərə , (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.b bəndinə əsasən işdən azad olunduqda) sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir:

– işsiz kimi qeydiyyata alındıqdan sonra əvvəlki ardıcıl 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 35 aydan çox şəxslərə qeydiyyata alındığı tarixdən 3 ay sonra Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi məbləğində ödənilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nağdsız hesablaşma dedikdə hansı hesablaşmalar nəzərdə tutulur?

posted in: sual-cavab, Xəbər | 0

Nağdsız hesablaşma dedikdə hansı hesablaşmalar nəzərdə tutulur?

Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

– bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

– ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

– birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

Əsaslandırılma: “Nağdsız hesablaşmalar haqqında Qanun”un 3.1-ci maddəsi.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi

posted in: Xəbər | 0

icbari ödənişlərin hesablanmasıBəzən intizamsızlıq və məsuliyyətsizlik, bəzən də diqqətsizlik və məlumatsızlıq vergi ödəyicilərini maliyyə sanksiyaları ilə üz-üzə qoyur. Maliyyə eksperti Şəms Hüseynova ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyasının hansı halda tətbiq olunmasına aydınlıq gətirir.

Vergi Məcəlləsinin 58.4-cü maddəsinə görə, bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 1. Tutaq ki, ərzaq mağazası 01.02.2021- ci il tarixdən fəaliyyət göstərsə də, ƏDV qeydiyyatına 01.05.2021-ci ildə düşüb. Bu mağaza fevral ayında 300 manat, mart ayında 280 manat və aprel ayında 420 manat gəlir əldə edib. ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi üç ay (fevral, mart və aprel) ərzində büdcəyə ödənilməli olan ƏDV məbləği 180 manat təşkil edir.

Bu halda vergi ödəyicisi həm 180 manat ƏDV ödəyəcək, həm də ona ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi üç ay üçün 90 manat maliyyə sanksiyası tətbiq ediləcək.

300 manat (fevral ayının gəliri) + 280 manat (mart ayının gəliri)+420 manat (aprel ayının gəliri) = 1000 manat

1000 x 18% =180 manat (ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyiyi dövrə aid ƏDV məbləği)

180 x 50% = 90 manat (cərimə məbləği)

Vergi Məcəlləsinin 58.6-cı maddəsinə görə, Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən ƏDV məbləğinin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 2. Tutaq ki, hüquqi şəxs olan vergi ödəyicisi 08.05.2021- ci il tarixdə aldığı mallara görə 118.000 manat ödəniş etməlidir (Malların dəyəri 100.000 manat, ödənilməli ƏDV məbləği isə 18.000 manatdır (100.000 x18% = 18.000)).

Əgər vergi ödəyicisi olan hüquqi şəxs malların pulunu (100.000 manat) mayın 9-da, ƏDV məbləğini (18.000 manat) isə mayın 10-da ödəyərsə, Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələbini pozmuş olur. Ona görə də ƏDV məbləğini gec ödədiyi üçün vergi ödəyicisinə 18.000 manat ƏDV məbləğindən əlavə 9.000 manat (18.000×50%) da maliyyə sanksiyası hesablanacaq.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya kassa mədaxil orderi verilə bilər?

posted in: sual-cavab, Xəbər | 0

Nəzarət-kassa aparatı çekləri, Nəzarət-kassa aparatı, nəzarət-kassa aparatları, NKA çeki,Sual: Fərdi sahibkar xaricdən nəqliyyat vasitəsi idxal edərək daxildə vətəndaşlara satışını həyata keçirmək istəyir. Nəqliyyat vasitəsini vətəndaşa satarkən kassa mədaxil orderindən istifadə edə bilərmi? Vergi ödəyicisi olmayan vətəndaşlara satdığından NKA yəni kassa aparatı ilə fəaliyyət göstərməlidir yoxsa kassa aparatı olmadan kassa mədaxil orderi ilə fəaliyyət göstərə bilər? Əgər kassa mədaxil orderi ilə satışa icazə verilirsə hansı fəaliyyət kodunu seçməlidir ki, vergilər kassa aparatı quraşdırılmasını tələb etməsinlər? Nəqliyyat vasitəsinin və yük maşınlarının idxalı və vətəndaşlara satışı ilə məşğul olarkən könüllü olaraq ƏDV ödəyicisi olmadan mikro sahibkar olan gəlir vergisi ödəyicisi ola bilərəmmi?

Cavab: Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən, avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 155-ci və 220-ci maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 722 723 724 725 726 727 728 2. 381