Daha çox8
Daha çox8

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0

nominal əməkhaqqı sahibkarların sayıBu il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 min nəfər və ya 0,3 % azalaraq 1 690,6 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, onlardan 908,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 782,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,4 %-i təhsil, 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 %-i maliyyə və sığorta fəaliyyəti, 13,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 % artaraq 724,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərdi sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin məcburi sosial sığortaya cəlb edilməsi

posted in: Xəbər | 0

sosial sığortaya cəlbQanunvericiliyə görə fərdi sahibkarlar məcburi sosial sığorta (MDSS) haqqını minimum əməkhaqqına nisbətən müəyyən faizlə hesablayıb ödəməlidirlər. Bu faiz fərdi sahibkarın fəaliyyət göstərdiyi sektora görə dəyişir. Mövzunu iqtisadçı ekspert Radil Fətullayev şərh edir.

Qanuna əsasən, tikinti sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 50 faizi miqdarında, mülki-hüquqi xarakterli müqavilələrlə işləyən (fərdi sahibkarlar istisna olmaqla) şəxslər üzrə hesablanmalı MDSS ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında; xüsusi notariuslar minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında; vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında MDSS-yə cəlb edilməlidir.

Yuxarıda göstərilən hesablama fərdi sahibkarın gəlir əldə etdiyi (fəaliyyəti olduğu) ay üzrə hesablanır. Əgər sahibkar hər hansı bir ayda gəlir əldə etməyibsə, o zaman MDSS ödməyə ehtiyac yoxdur. MDSS faizləri Bakı şəhərində və regionlarda aşağıdakı şəkildə tətbiq olunur:

Bölgələr Tikinti sahəsində (minimum aylıq əməkhaqqının 50 faizi) Digər sahələrdə (minimum aylıq əməkhaqqının 25 faizi)
Bakı şəhərində-100% 125 manat

(250 x50% x100%)

62.5 manat (250×25%x100%)
Sumqayıt və Gəncə şəhərlərində-90% 112,50 manat

(250 x50% x90%)

56,25 manat

(250×25% x 90%)

Digər şəhərlərdə-80% 100 manat

(250×50% x 80%)

50 manat (250×25%x80%)
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə- 60% 75 manat

(250x50x60%)

37,5 manat

(250x25x60%)

Kənd yerlərində -50% 62,50 manat

(250×50%x50%)

31,25 manat

(250×25%x50%)

Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün aylıq MDSS haqqı isə aşağıdakı qaydada hesablanır:

• Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

• Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

• Çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

• Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

• Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

• Nəqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

• Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

• Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

Qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur.

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

– Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

– Digər şəhər və rayonlarda – 1,0.

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpağı olan və onu istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatları əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Belə ki, bu zaman MDSS torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanmalıdır:

– 5 hektaradək olduqda – minimum aylıq əməkhaqqının 2 faizi miqdarında;

– 5 hektardan 10 hektaradək olduqda – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında;

– 10 hektardan yuxarı olduqda – minimum aylıq əməkhaqqının 10 faizi miqdarında.

Qeyd edək ki, mülkiyyətində torpaq sahəsi olan şəxs eyni zamanda digər sahələrdə də işləyib MDSS ödəyirsə, bu ödəməyə cəlb olunmurlar. Bundan əlavə, I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar və pensiya yaşına çatmış şəxslər də MDSS-yə cəlb olunmurlar.

Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri isə minimum aylıq əməkhaqqının 6 faizi miqdarında MDSS ödəməlidirlər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məzuniyyətdə olan işçi hansı hallarda geri çağırıla bilər?

posted in: Xəbər | 0

Dövlət Əmək MüfəttişliyiDövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərin məzuniyyətinin bölünməsi və geriçağırma halları ilə bağlı açıqlaması Əmək Məcəlləsinin 137-ci maddəsinə əsaslanır.

Açıqlamada qeyd edilib ki, məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası aşağıdakı kimi təsbit edilib:

1. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

2. Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.

3. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən əməkhaqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işçiyə işə başladığı gündən əməkhaqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

4. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi qanunvericiliyinin pozulması hansı hallarda vergi ödəyicisinin məsuliyyətini istisna edir?

posted in: Xəbər | 0

Vergi qanunvericiliyinin pozulmasıVergi qanunvericiliyinin pozulması bütün tərəflər – həm vergi orqanları, həm vergi ödəyiciləri üçün və ən əsası da dövlət maraqları üçün arzuolunmazdır. Ancaq hansısa səbəbdən bu cür halın yaranması heç də həmişə vergi ödəyicisinin məsuliyyəti ilə nəticələnmir: bunun üçün vergi ödəyicisinin öz səhvini vaxtında aradan qaldırması tələb olunur. Mövzunun təfərrüatlarını iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.

Vergi Məcəlləsinin 55.1.6-cı maddəsində göstərilir ki, vergi ödəyicisi dəqiqləşdirilmiş hesabat verdiyi zaman Vergi Məcəlləsinin 59.1-ci maddəsi üzrə faizlərin ödənilməsini də həyata keçirir.

Məcəllənin 55.1.6-cı maddəsinə əsasən, vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir.

Misal 1: Vergi ödəyicisi ağır xəstəliyi səbəbindən bəyannaməni vaxtında təqdim edə bilməyib. Bu halda vergi orqanı Vergi Məcəlləsininin 58.1-ci maddəsində nəzərdə tutulan bəyannamənin təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyasını tətbiq etmir.

Misal 2: Vergi ödəyicisi vergi orqanının rəsmi məktubuna əsaslanaraq, 2019-cu ildə əməkhaqqından gəlir vergisi hesablayarkən 4.000 manat vergini dövlət büdcəsinə ödəməyib. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq, verginin hesabatda göstərilən məbləğini verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 50 faiz həcmində, yəni 2000 manat (4000 x 50% = 2000 manat) maliyyə sanksiyası tətbiq edilməyəcək.

Amma Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə, vergi müəyyən edilmiş müddətdə ödənilmədiyi halda, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisinə vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanacaq.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 720 721 722 723 724 725 726 2. 391
error: Content is protected !!