Təsisçi tərəfindən verilmiş əsas vəsaitlərə hansı halda amortizasiya hesablana bilər?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Təsisçi tərəfindən verilmiş əsas vəsaitlərə hansı halda amortizasiya hesablana bilər?

Vakansiya Baş Mühasib amortizasiyaSual:

Təsisçi gələcəkdə pulu ödənilmək şərtilə müəssisəyə avtomobil alıb avtomobil müəssisənin balansına götürülə və amortizasiya hesablana bilərmi?

Cavab:

Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Bu baxımdan da təsisçi əmlakını təsis etdiyi hüquqi şəxsə istifadəyə verəndə tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır. Hüquqi şəxsin təsisçisi ilə hüquqi şəxs vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər və bu şəxslər arasında bağlanmış əqd üzrə vergi öhdəlikləri müəyyən olunarkən bazar qiyməti nəzərə alınmalıdır. Müvafiq qaydada icarə müqaviləsi və ay alğı-satqı müqaviləsi tərtib edildiyi halda hüquqi şəxs əsas vəsaiti balansa salaraq amortizasiya xərci hesablaya bilər.

Əsas:

Vergi Məcəlləsinin 14.3.2-ci və 18.2.1-ci maddələri, Mülki Məcəllənin 52-ci və 700.1-ci maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

10 ən böyük bank soyğunçuluğu (4-cü hissə)

posted in: Xəbər | 0

10 ən böyük bank soyğunçuluğu (4-cü hissə)bank soyğunçuluğu

1831-ci ilin mart ayında ABŞ-da mətbuat tərəfindən geniş işıqlandırılan ilk böyük bank soyğunçuluğu baş verib. Dublikat açarlardan istifadə edən iki soyğunçu, Uoll-Stritdəki New York City Bankına daxil olmuş və oradan 245 min dollar apara bilmişdi ki, bu da o zaman üçün böyük bir məbləğ təşkil edirdi. Bu və dirgər bank soyğunçuluqları barədə məlumatı diqqətinizə çatdırırıq.

Brinks Mat anbarı

Tarix: 1983-cü il, 26 noyabr

Yer: London, Böyük Britaniya

Məbləğ: 26 milyon funt sterlinq

Cari kursla: 123 milyon dollar

1983-cü il noyabrın 26-da saat 06:40-da, maska taxmış və təhlükəsizlik xidməti əməkdaşlarının geyimində olan  altı silahlı quldur, Johnson Matthey Bankının qızıl külçələrinin saxlanıldığı Brinks Mat anbarına daxil olmuşdular. Gözətçiləri tərksilah etdikdən və üzərlərinə benzin tökdükdən sonra, qızıl külçələr və almazların mühafizə olunduğu yerə girmişdilər. Sonradan aydın olmuşdu ki, həmin gözətçilərdən biri, sən demə, quldurlarla əlbir imiş.

Cinayətkarların qəniməti 26 milyon funt sterlinq dəyərində 6800 qızıl külçə və 100 min funt sterlinq dəyərində brilyant idi. Mətbuat bu oğurluğu “əsrin soyğunu” adlandırmışdı. Quldurlar haqqında məlumat verən şəxslərə 2 milyon funt sterlinq mükafat vəd edilmişdi.

Qarətin təşkilatçıları Brayan Robinson və Mikki Makevoy, 1984-cü ildə tutulmuş və 25 il həbs cəzasına məhkum olunmuşdular. Qızıl külçələrinin əridilməsində və pulların yuyulmasında iştirak edən Kennet Noy 1986-cı ildə  11 il həbs cəzasına məhkum edilmişdi. Təxminən 20 il davam edən böyük polis istintaqına baxmayaraq, qızılın əksəriyyəti geri qaytarılmamışdı.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Naytsbric Depozit Mərkəzi

Tarix: 1987-ci il, 12 iyul

Yer: London, Böyük Britaniya

Məbləğ: 60 milyon funt sterlinq

Cari kursla: 221 milyon dollar

Bu oğurluq həmin hadisədən bir il əvvəl Londona köçmüş italyan cinayətkar Valerio Viççey tərəfindən təşkil olunmuşdu. Vətənində, o, 50 qarət hadisəsinə görə axtarışda idi. Depozit mərkəzinin direktorunu ələ alan Viççey partnyoru ilə birlikdə müştəri adı altında Naytsbric bankına daxil olmuş və seyfin icarəyə götürülməsini xahiş etmişlər.

Mühafizə olunan yerə gizli şəkildə silah keçirən uldurlar mühafizəçiləri tərksilah etmiş və bankın qapısı üzərinə “bağlıdır” lövhəsini asmışdılar. Bundan sonra onlar seyfləri qıraraq, 60 milyon funt sterlinqi ələ keçirmişdilər. Cinayət yerinə polis əməkdaşları yalnız bir saatdan sonra gəlib çıxmışdılar.

Bir müddət sonra məhkəmə ekspertləri hadisə yerində Viççeyin barmaq izlərini aşkar etmişdilər. Polis onu müşahidə altına almış və çox tezliklə soyğunda əli olanları saxlaya bilmişdilər. Viççey 22 il həbsə məhkum olunmuşdu. O, 2000-ci ildə azadlığa çıxdıqdan dərhal sonra atışma zamanı öldürülmüşdü.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mərkəzləşdirilmiş mühasibatlıq: bu nədir və nə ilə məşğuldur (2-ci hissə)

posted in: Xəbər | 0

Mərkəzləşdirilmiş mühasibatlıq: bu nədir və nə ilə məşğuldur (2-ci hissə)

Regionlarda və şəhərlərdə, dövlət strukturlarında, büdcə təşkilatlarında – hakimiyyətin bütün səviyyələrində mərkəzləşdirilmiş mühasibatlıqlar yaradılır. Onlar necə işləyirlər və xidmətin kommersiya ümumi mərkəzləri ilə nə qədər oxşardırlar?

Səlahiyyətlərin mərkəzləşdirilmiş mühasibat uçotuna verilməsi büdcə məcəlləsinin tələbləri ilə tənzimlənir. Bununla yanaşı, hər bir sponsorluq təşkilatının uçot və ya hesabatının aparılmasında pozuntulara görə məsuliyyət daşıyır.

Mərkəzləşdirilmiş mühasibatlığın işi lokal normativ hüquqi aktlarla qurulur. Fəaliyyətini, rəhbərin sərəncam və əmrlərini, kollektiv müqaviləni, əmək qaydaları və mükafatlandırma haqqında müxtəlif müddəaları tənzimləyir.

Ümumi xidmət mərkəzi və ya bisnes-strukturlarda analoqu

Kommersiya təşkilatları da mühasibatlığı mərkəzləşdirməyə çalışırlar. Statistika bunu göstərir, ümumi xidmət mərkəzləri (ÜXM) –  bir iri şirkətin bir neçə bölməsinin və ya filiallarının mühasibatlığını aparan ayrı-ayrı xidmət təşkilatları daha tez-tez meydana çıxır.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Kənardan qarşılıqlı təsir modeli autsorsinqə bənzəyir. Lakin, bu tamamilə belə deyil, çünki şirkətin baş ofisi çox vaxt ÜXM-nin fəaliyyətinə tam nəzarət edir. Autsorsinqdə belə hal mümkün deyil.

Mərkəzləşdirilmiş mühasibatlıq kimi ÜXM də iki əsas problemi həll edir:

  • yerlərdə mütəxəssislərin hərəkətlərində ziddiyyətlər, uçotun aparılması, hesabatlılıq və digər əməliyyatların aparılmasının müxtəlif metodologiyaları;
  • filial və bölmələrdə müxtəlif mühasibat fəaliyyətinin yüksək maliyyə xərcləri.

ÜXM-in sayəsində holdinqlərdə uçotun keyfiyyəti və şəffaflığı artırılır, vahid iş prinsipləri formalaşdırılır. Sənədlərdə və məlumatların təhrif edilməsi faktlarında səhvlər, iqtisadi əməliyyatlar və vəsaitlərin hərəkəti üzərində yuxarıdan nəzarət azalır.

Mərkəzləşdirilmiş mühasibatlıq uçotu ilə ən təsirli qarşılıqlı münasibət qurmaq biznesdə ən vacib vəzifələrdən biridir. Belə bir modeli rəqəmsallaşdırma olmadan təsəvvür etmək çox çətindir. Buna görə şirkətlər bunun üçün xüsusi proqram təminatından istifadə etməyə hazırdırlar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (6-cı hissə)

posted in: Xəbər | 0

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (6-cı hissə)əməkhaqqı

Birləşmiş Ştatlar – bu, mühacirlər tərəfindən inşa edilmiş, insanlar üçün böyük imkanlar yaradan bir ölkədir. Dinamik inkişaf edən iqtisadiyyat, böyük əmək bazarı, layiqli maaşlar, bütün dünyada qiymət verilən yüksək həyat səviyyəsi və keyfiyyətli təhsil müxtəlif ölkələrdən olan insanların Amerikaya köçməsi üçün bir stimuldur. Lakin, köçməyə qərar verməzdən əvvəl, öz imkanlarınızı və işədüzəlmə şansınızı, eləcə də ixtisasınızı təmin edəcək əməkhaqqı səviyyəsini dərk edərəkdən qiymətləndirmək lazımdır.

Amerikada ən yüksək ödənişli peşələr

Təhsil, uzunmüddətli peşəkar hazırlıq və təcrübə tələb edən ixtisaslı əməyə görə Birləşmiş Ştatlarda yüksək ödəniş edilir. Ən yüksək ödənişli ixtisaslar siyahısına maaşları ən yüksək hesab edilən həkimlər rəhbərlik edir. İllik gəliri 245 min dollar olan həkim-anestezioloqlar hamıdan çox məvacib alırlar. Cərrahların və diş həkimlərinin (müvafiq olaraq 237 və 228 min dollar) əməyi də yüksək qiymətləndirilir.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz


Digər sahələrdə çalışanlara gəldikdə isə, illik gəlir səviyyəsinə uyğun olaraq, ABŞ-da ən populyar peşələr bunlardır:

Peşə İllik gəli, min dollar
İcraçı direktor                  185,0
Marketinq üzrə direktor                  177,0
Neftçi-mühəndis                  165,0
Baş arxitektor                  142,0
Vəkil                  134,0
Maliyyə meneceri                  132,0

Peşəkar idman və şou-biznes sahəsi də gəlirlərin yüksək səviyyəsi ilə fərqlənir. Bu sahələrdə uğur qazanmış insanlar kifayət qədər çox qazanırlar. Bununla yanaşı, qazancları altı, yeddi rəqəmli məbləğ təşkil edən tanınmış atletlərin, musiqiçilərin və aktyorların qonorarları barədə məlumatlar çox vaxt qapalı olur və yalnız vergi orqanlarına məlumdur.

Yüksək əməkhaqqı perspektivi olan peşələr

Ekspertlərin qiymətləndirməsinə görə, yaxın illərdə ABŞ-da ən çox tələb olunan peşələr bunlar olacaq:
  • informasiya texnologiyaları sahəsində mütəxəssislər;
  • mühəndislər;
  • estetik tibb sahəsində işləyən cərrahlar;
  • həkimlər və əczaçılar;
  • robot texnikləri;
  • alimlər və tədiqatçılar;
  • marketoloqlar;
  • reklam üzrə mütəxəsisslər;
  • dizaynerlər;
  • arxitektorlar.

Elmin müxtəlif sahələrində elmi tədqiqatlar aparmağa və kəşflər etməyə hazır olan digər ölkələrdən olan alimlər də yaxşı işə düzəlmə perspektivlərinə malikdirlər. Birləşmiş Ştatlar yüksək potensiala malik mütəxəssisləri həvəslə qəbul edir, onlara işləmək və layiqli əməkhaqqı almaq imkanı verir.


Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 718 719 720 721 722 723 724 2. 391