Yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin vergi öhdəliyi nədən ibarətdir?

posted in: Xəbər | 0

yükdaşımaVergi Məcəlləsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş vergiödəyiciləridir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, yükdaşıma şirkətləri həm ölkə daxilində, həm də ölkədən xaricə yükdaşıma xidməti göstərirlər. Daxildə yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergiödəyicisi kimi daşıdıqları yükün həcminə görə vergi ödəməlidirlər. Onlar sadələşmiş vergiödəyiciləri kimi qeydiyyatdan keçərək yük maşınlarının daşıma həcminə görə vergi ödəyirlər.

Verginin məbləği Bakı şəhərində hər ton üçün 2 manatdır, regionlara görə isə bu məbləğ fərqli əmsallara vurulur.

Sadələşdirilmiş vergiödəyicisi kimi yükdaşıma xidməti göstərən şəxslər minimum əməkhaqqının 25 faizi həcmində – 62,50 manat aylıq məcburi dövlət sosial sığorta haqqını da ödəməlidir.

Vergi Məcəlləsinə əsasən, xaricə yükdaşıma xidməti göstərən müəssisələrin sadələşmiş vergiödəyicisi olmaq hüququ yoxdur. Onlar yalnız mənfəət (gəlir) vergisiödəyicisi ola bilərlər. Bu zaman onlar əldə etdikləri gəlirdən həmin gəlirin əldə olunması üçün çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqin mənfəət (gəlir) vergisini ödəyirlər. Bu xidməti göstərən vergiödəyiciləri gəlirləri 200 min manatadək olduqda mənfəət (gəlir) vergisi, bundan çox olduqda isə əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olurlar.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyətinin verildiyi iş ilinin müəyyən olunması

posted in: Xəbər | 0

uzunmüddətli müqavilələrƏmək məzuniyyəti və onun verildiyi iş ili bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcələsinin 113-cü maddəsində əksini tapıb. Dövlət Əmək Müfəttişliyi mövzu ilə bağlı xidməti açıqlama verib.

• Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

• Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

• Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər.

• Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

posted in: sual-cavab, Xəbər | 0
Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?
ƏDV-dən azad edilmə icbari tibbi sığorta

Sual: Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

Cavab: Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Mənbə: its.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat elminin inkişaf tarixi (1-ci hissə)

posted in: Xəbər | 0

İqtisadiyyat elminin inkişaf tarixi (1-ci hissə)

İqtisadi nəzəriyyə cəmiyyətin inkişaf tarixi ilə əlaqəli öz inkişaf tarixinə malikdir. Hələ qədim dövrün alimləri belə suallara cavab verməyə çalışırdılar: nə üçün mallar bir-birinə müəyyən nisbətlərdə mübadilə edilir, qiymətlərin formalaşmasının əsasını nə təşkil edir.

1615-ci ildə fransız alimi Antuan Monkretyen “Siyasi iqtisad traktatı”nda elmi dövriyyəyə “siyasi iqtisad” terminini daxil etmişdi. Siyasi iqtisad dedikdə, o, iqtisadi fəaliyyət qaydalarını öyrənən elmi başa düşürdü. İqtisadi proseslərin elmi təhlilinin mümkünlüyü feodalizmin parçalanması və kapitalizmin meydana çıxması ilə ortaya çıxdı. Bu prosesin nəzəri əks olunması isə merkantilizm oldu.

Merkantilizm. XVI – XVII əsrlərdə ilk iqtisadi nəzəriyyənin yaranması, ənənəvi empirik izahata uymayan əmtəə-pul münasibətlərinin inkişafı ilə bağlıdır. Buna görə də, merkantilistlər xarici ticarətin inkişafında cəmiyyətin sərvətinin mənbəyini görürdülər. Bu iqtisadi məktəbin ən görkəmli nümayəndələri ingilis Tomas Mann və fransız alimi Jan Batist Kolber idi.

Fiziokratlar. XVIII əsrin fransız iqtisadiyyat məktəbinin nümayəndələri iqtisadi nəzəriyyəyə əhəmiyyətli töhfələr vermişlər. Onlar iqtisadi tədqiqatlar mərkəzini dövlətin iqtisadiyyata müdaxiləsinin effektiv formalarının axtarışından, istehsal və istehlakın obyektiv qanunlarının müəyyənləşdirilməsinə keçirdilər. Fiziokratların nəzəriyyəsinin çatışmazlığı bu idi ki, onlar əkinçiliyin inkişafında (o dövrdə iqtisadiyyatın əsas sahəsi) cəmiyyətin sərvətinin mənbəyini görürdülər və iqtisadiyyatın təbii şəkildə təbiət qanunları əsasında inkişaf etdiyini düşünürdülər. Məktəbin təsisçisi Fransua Kene yazırdı ki, bu dünyada hər şey təbiətin qanunlarına tabedir və insanlar onları anlamaq və müşahidə etmək üçün kifayət qədər ağla sahibdirlər.

Klassik siyasi iqtisad. XVII əsrin ortalarında, ingilis Uilyam Petti ilk dəfə olaraq malların dəyərini onun tərkibində olan əmək miqdarı ilə əlaqələndirdi. Merkantilistlərdən fərqli olaraq, U. Petti sərvət mənbəyini ticarət sahəsində deyil, istehsal sahəsində görürdü və bütün malların əmək mənşəyi ilə bağlı mövqeyini əsaslandırdı. İngilis iqtisadçısı Adam Smit U. Pettinin fikirlərini inkişaf etdirdi və əmək dəyəri nəzəriyyəsinin əsasını qoydu. 1776 – cı ildə iqtisadçıların stolüstü kitabına çevrilən A. Smitin “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” əsəri çapdan çıxdı. A. Smit, siyasi iqtisadiyyatı öz qarşısına iki vəzifə qoyan bir elm olaraq müəyyənləşdirdi:

1) insanlara bol gəlir və ya yaşayış vasitəsi və bunları özləri üçün əldə etmək imkanı vermək;

2) sosial ehtiyacları ödəmək üçün dövlətin kifayət qədər gəlirliliyini təmin etmək.

A.Smit, bazarın ictimai iqtisadiyyatın təşkilinin mürəkkəb bir sistemi kimi rolunu ortaya çıxardı və müəyyən etdi ki, ayrılıqda insan öz maraqlarını güdərək, dərk etmədən çox vaxt cəmiyyətin maraqlarına şüurlu surətdə bunu etməyə çalışdığından daha təsirli şəkildə xidmət edir. Fərdin hərəkətlərini “görünməyən əl” – obyektiv iqtisadi qanunların kortəbii təsiri idarə edir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 716 717 718 719 720 721 722 2. 391