Kapital nədir?

posted in: Xəbər | 0

KapitalLatınca capitale – sözündən təşəkkül tapıb –  “kapital, əmlak”, “müəyyən bir biznesin aparılması üçün istifadə olunan sərvət”.

Müstəqil bir termin kimi kapital müasir mühasibat uçotunda istifadə olunmur.

Lakin, təhlil etmək üçün aşağıdakı terminlərdən istifadə edirik:

  • Şəxsi kapital – şirkətin aktivlərinin dəyəri ilə onun öhdəliklərinin məbləği arasındakı fərqdir. Nizamnamə fondunun, əlavə və ehtiyat kapitalının, bölüşdürülməmiş mənfəətin və digər ehtiyatların (məqsədli fondlar və ehtiyatlar) məcmusudur.
  • Cəlb edilmiş (borc verilmiş) kapital – kreditlər, borclar və kreditor borcları formasında olan öhdəliklərdir.
  • Permanent (və ya daimi, dayanıqlı) kapital – öz kapitalının və uzunmüddətli borc kapitalının məcmu məbləğidir.
  • İş (və ya xalis dövriyyə) kapitalı (ingilis dilində, Working Capital ) cari aktivlər və cari öhdəliklər arasındakı fərqdir (çox vaxt bütün cari öhdəliklər əvəzinə, qısamüddətli borc vəsaitləri olmadan yalnız kredit borclarından istifadə olunur).

Bütün aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra biznesdə yerdə qalan kapitaldır. Kapitalla siz biznesin balans dəyərini müəyyən edə bilərsiniz.

Kapital – bu, biznesinizin cari faktiki vəziyyətidir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinin 168-ci maddəsində güzəşt edilməsi dedikdə nə nəzərdə tutulur?

posted in: sual-cavab, Xəbər | 0

Vergi Məcəlləsi güzəştSual: 168.1.5-ci maddədə “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi” deyilir. Burada güzəşt edilməsi dedikdə nə nəzərdə tutulur?

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.


Məzuniyyət və Əmək haqqı eyni ayda olduqda tutulmalar necə hesablanır?


Qeyd olunanlara əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqlar üzrə istifadə hüququnun verildiyi şəxslərin yerləşdiyi və ya qeydiyyatda olduğu və təsis edildiyi yerdə ƏDV-nin məqsədləri üçün xidmət yeri hesab edilir.

Belə ki, Mülki Məcəllənin 193-cü maddəsinin müddəalarına əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir.

Əsas: Vergi Məcəlləsinin 168-ci maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məzuniyyət və Əmək haqqı eyni ayda olduqda tutulmalar necə hesablanır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Məzuniyyət və Əmək haqqı eyni ayda olduqda tutulmalar necə hesablanır?

əmək haqqı məzuniyyət, ödəmə mənbəyində vergi,Sual:

Qeyri-neft sahəsində, İşçinin əməkhaqqı gross 6000 azn-dir, İşçi cari ayı tam işləyib , gələn ayın 1-dən 25 günlük növbəti əmək məzuniyyətinə çıxır. Bilirik ki, qeyri neft sahəsində 8000 azn-nə qədər əməkhaqqı gəlir vergisinə cəlb olunmur. Cari ayın əməkhaqqı və gələn ayda istifadə ediləcək növbətı məzuniyyət haqqı eyni ayda hesablanır və toplananda 8000 azn-dən xeyli çox çıxır. Bu zaman ə/h-dan gəlir vergisi tuturmu?

Cavab:

Bildiririk ki, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə cəlb edilir.

Eyni zamanda 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Sorğunuzda qeyd olunan halda, işçinin növbəti ay üçün əmək haqqı və həmin ay üçün hesablanmış məzuniyyət haqqı cəmlənərək 8000 manatdan artıq olan hissəsindən 14 faiz dərəcə ilə gəlir vergisi tutulur.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddəsi.
Mənbə: taxes.gov.az

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası daxili auditorların hazırlanmasına başlayıb

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası auditor adıİdarəetmənin yeni dövrün çağırışlarına cavab verən mütərəqqi forması olan Publik hüquqi şəxslərin yaradılması ölkəmizdə geniş vüsət almaqdadır. Publik hüquqi şəxslərdə səmərəli və şəffaf fəaliyyətin təmin edilməsi üçün qanunvericilikdə daxili audit bölməsinin yaradılması nəzərdə tutulub.

Bu barədə Auditorlar Palatası məlumat yayıb

Bildirilir ki, daxili auditor peşəsinin incəliklərinə dair zəruri biliklərə və səriştəyə malik olan daxili auditor kadrlarına təlabatın artmasını nəzərə alaraq Auditorlar Palatası ilə əməkdaşlıq edən beynəlxalq CIA, CFE sertifikatlara malik Müslüm Rüstəmov tərəfindən “Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit” ixtisası üzrə kadrlarının hazırlanmasına başlanılıb.

Təlim ödənişlidir.

Təlimdə iştirak etmək istəyən şəxslər Auditorlar Palatasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Publik hüquqi şəxsin göndərişi və ya təlimdə iştirak etmək üçün müəyyən olunmuş formada ərizə;
– Şəxsiyyət vəsiqəsinin surəti.

Təlimin başlama tarixi: 1 oktyabr 2021-ci il.
Təlimin müddəti: 24 saat.
Həftədə: 2 gün.
Dərs müddəti: 2 saat.
Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva.
E-mail: training@audit.gov.az.
Ünvan: S.Y. Bakuvi küçəsi, 35
Əlaqə telefonları: (012) 465-21-75; Mob-Whatsapp: 055 866 44 29


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 713 714 715 716 717 718 719 2. 391