Azərbaycanda əlilliyin müəyyənləşdirilməsi meyarı dəyişdirilib

posted in: Xəbər | 0

əlilliyin müəyyənləşdirilməsiPrezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna dəyişikliklərə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

Qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasını itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Qeyd edək ki, əvvəlki anlayışla müqayisədə orqanizmin funksiyasının 31-60 faiz itirilməsi III qrup, 61-80 faiz itirilməsi II qrup, 81-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat elminin inkişaf tarixi (2-ci hissə)

posted in: Xəbər | 0

İqtisadiyyat elminin inkişaf tarixi (2-ci hissə)

Digər bir ingilis iqtisadçı David Rikardo, gəlirlərin bölgüsünü tənzimləyən qanunları müəyyənləşdirməyi siyasi iqtisadın əsas vəzifəsi hesab edirdi. D. Rikardo “Siyasi iqtisadiyyat və vergilərin əsasları” adlı əsərində dəyər ölçüsü və mübadilə dəyəri anlayışını araşdırır, sərvət və dəyər anlayışlarını bir-birindən ayırırdı.

Marksist iqtisadi nəzəriyyə. Kapitalizmin inkişafı müxtəlif siniflər arasındakı ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxardı. Karl Marks və Fridrix Engels kapitalist təsərrüfatının inkişafının təhlilinə sinfi yanaşma əsasında ilk dəfə materialist dialektika metodunu tətbiq etmiş, kapitalizmin inkişaf qanunlarını açmışlar. Əmək dəyəri nəzəriyyəsi Marksın əsərlərində muzdlu işçilərin əlavə dəyər və istismarı nəzəriyyəsinin işlənib hazırlanması üçün əsas olmuş, əmtəənin dəyəri nəzəriyyəsi inkişaf etmişdi.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Marjinalizm. XIX əsrin 70-ci illərinin əvvəllərində Uilyam Stenli Cevons, Karl Menger və Mari-Espri Leon Valras tərəfindən demək olar ki, eyni vaxtda son dərəcə faydalı və son dərəcə məhsuldarlığa əsaslanan yeni nəzəriyyənin müstəqil kəşfləri edilmişdi. Əmək dəyəri nəzəriyyəsində malın dəyəri xərclənmiş ehtiyatların məbləği ilə ölçülür. Marjinal fayda nəzəriyyəsində bir məhsulun dəyərinin iqtisadi təhlili iqtisadi proseslərdə iştirak edən bir şəxsin psixologiyası nöqteyi-nəzərindən aparılır. Marjinalist nəzəriyyəsi və Valrasın ümumi tarazlıq nəzəriyyəsi hazırda başlıca iqtisadi nəzəriyyələrdən biri olan yeni – neoklassik istiqaməti yaratdı.

Bu gün iqtisadçılar iqtisadi fikrin inkişafının beş əsas istiqamətini fərqləndirirlər: neoklassik və ya marjinalist, keynsian, monetarizm, institusional-sosioloji.

İqtisadi nəzəriyyədə neoklasik istiqamət. Bu istiqamət iqtisadi nəzəriyyədə XIX əsrin ikinci yarısından etibarən hakim olmuşdur. Neoklasik istiqamətdə iqtisadçıların ideyaları marjinalistlərin işlərinə əsaslanır. Klassik məktəbdə torpaqdan başqa istehsal amillərinin məhdudluğu haqqında müddəa nəzərdən keçirilməmişdir. XIX əsrin 70-ci illərindən etibarən iqtisadi sistemdə istehsal olunan bütün amillərin sayının kənardan (təbii şərait, əhalinin sayı) verilməsi ilə bağlı yeni əsasnamə təsdiq olundu. Buna görə də mövcud resursların rəqabət aparan istiqamətlər arasında onlardan istifadənin optimal (ən yaxşı) bölgüsü problemi yaranır. Burada bölüşdürmədə optimallıq insanların tələbatının daha tam şəkildə ödənilməsi baxımından qiymətləndirilir. İqtisadi nəzəriyyə verilmiş məqsədlər (tələbatların ödənilməsi) ilə verilmiş məhdud resurslar arasında alternativ istifadə istiqamətlərinə malik olan qarşılıqlı əlaqəni tədqiq edən elm oldu.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada vergi işçisi vətəndaşların əvəzinə vergi ödədiyinə görə cəzalandırıla bilər

posted in: Xəbər | 0

Rusiya şirkətləri pensiyaRusiyanın Moskvaətrafı vilayətində vergi orqanı işçisinin vətəndaşların əvəzinə vergi ödəməsi ölkə mətbuatında böyük maraq doğuran hadisə kimi işıqlandırılsa da, bu hərəkəti onun özü üçün baş ağrısına çevrilib.

Federal Vergi Xidmətinin (FVX) ərazi əməkdaşının vətəndaşların əvəzinə ödədiyi verginin məbləği isə bir neçə qəpikdən 100 rubladəkdir (2 manat 32 qəpik). Onun sözlərinə görə, bu addımı “texniki səbəblərə görə” yaranan xırda borcları vətəndaşlardan tutmağın daha çətin və baha başa gəldiyinə görə atıb.

Onun bu hərəkəti həmkarlarının başladıqları xidməti yoxlama zamanı aşkara çıxıb.

Mətbuatın araşdırmasına görə onun göstəriciləri öz həmkarları ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

Hazırda vergi əməkdaşının xidməti fəaliyyəti rəhbərlik tərəfindən yoxlanılır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Şirkətin hüquqi sənədlərinin kağız daşıyıcısında təqdim olunması qanunvericilikdə nəzərdə tutulurmu?

posted in: sual-cavab, Xəbər | 0

sənədlər vergi orqanı kağız daşıyıcıSual: Tərəfimdən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət təsis olunub və mənim onlayn kargüzarlıq elektron kabinetimə dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron formatda göndərilib. Xahiş edirəm mənim sualıma aydınlıq gətirəsiniz. Dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamənin, təsisçiyə kağız daşıyıcısında təqdim olunması qanunvericilikdə nəzərdə tutulurmu?

Cavab: Bildiririk ki, 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın kağız daşıyıcıda qeydiyyat orqanı tərəfindən verilməsi zərurəti aradan qaldırılmışdır. Həmin qanunun 18.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın qeydiyyat orqanı tərəfindən kağız daşıyıcıda verilməsi zərurətinin aradan qaldırılması, vergi ödəyicisini həmin sənədləri əldə etmək hüququndan məhrum etmir.

Eyni zamanda bildiririk ki, hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) banklar tərəfindən elektron əldə edilməsi üçün texniki imkan yaradılmışdır. Bu məqsədlə bankın əməkdaşı İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” bölməsinə daxil olaraq “Reyestr məlumatlarına baxış” bölməsində hüquqi şəxsin VÖEN-ni və şəhadətnamə-dublikatın nömrəsini yığmaqla hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədləri (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) öz komputerinə yükləyə bilər.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 714 715 716 717 718 719 720 2. 391