Bayram günlərinə görə iş günləri ilə istirahət günlərinin yerlərinin dəyişdirilməsi

posted in: Xəbər | 0

Vakansiya Baş MühasibNazirlər Kabinetinin qərarları ilə istirahət və bayram günlərinin ardıcıllığının təmin edilməsi üçün iş günləri ilə istirahət günlərinin yerləri dəyişdirilir. Bu zaman aylıq iş norması necə tənzimlənir? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Misal: “AA” MMC beşgünlük iş rejimində çalışan hüquqi şəxsdir. Nazirlər Kabinetinin qərarına əsasən, iyul ayında Qurban bayramı ilə əlaqədar istirahət vaxtının ardıcıllığını təmin etmək üçün 17 iyul şənbə günü iş günü, 19 iyul iş günü isə istirahət günü kimi dəyişdirildi. Bu halda 18 və 19 iyul istirahət günləri, 20 və 21 iyul isə bayram günləri oldu. Əgər günlərin yeri dəyişdirilməsəydi, 20 iyul bayram günü olduğundan 19 iyul qısaldılmış iş günü olmalı idi. Yəni iş günü 8 saat yox, 7 saat, iyul ayı üçün iş vaxtı norması isə 159 saat olacaqdı.

Nazirlər Kabinetinin qərarına əsasən, yerdəyişmə nəticəsində 17 iyul iş günü, 18 iyul isə istirahət günü olduğundan 17 iyulda iş norması 8 saat oldu. Bu halda beşgünlük rejimdə çalışan “AA” MMC-nin iyul ayı üçün iş norması 159 saat yox,160 saat oldu. Bu isə beşgünlük iş rejimində müəyyənləşdirilmiş iş vaxtı normasının pozulması deməkdir. Xüsusi hallarda normaların pozulmasına yol verilsə də, iş rejimi normalar daxilində tətbiq edilməlidir.


Əmək məzuniyyəti ən tez nə zaman verilə bilər?


Bundan əlavə, məntiqlə yanaşsaq, 17 iyul və 19 iyul tarixlərinin yerləri dəyişildiyindən 17 iyulda 19 iyulun iş saatları tətbiq edilməli idi ki, iyul ayının iş vaxtı norması 159 saat olsun.

Belə hesab edirik ki, günlərin yerləri dəyişdirilərkən adi həftələrdəki iş saatlarının həcmi nəzərə alınmalıdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyəti ən tez nə zaman verilə bilər?

posted in: Xəbər | 0

Əmək məzuniyyəti ən tez nə zaman verilə bilər?əmək məzuniyyəti

Əmək məzuniyyəti ilə bağlı məsələlər Əmək Məcəlləsinin 131-ci maddəsi ilə tənzimlənir

Sərbəst auditor Altay Cəfərov bildirib ki, əmək məzuniyyəti ilə bağlı son zamanlar sosial şəbəkələrdə də müzakirələr aparılır, çoxlu müraciətlər olur, fərqli açıqlamalar verilir. Qaldırılan suallardan biri budur ki, əgər işəgötürən 3 ay işləyib məzuniyyət tələb edən işçinin heç bir məhduddiyyət qoyulmadan məzuniyyətini təmin edirsə, onda Məcəllənin 131-ci madəsinin tələbləri pozulmurmu?

Məcəllənin 131-ci madəsinin 1-ci hissəsində göstərilib ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmin maddənin 2-ci hissəsinə əsasən, işçiyə əmək məzuniyyəti altı ay işlədikdən sonra birinci iş ili bitənədək işçinin ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.


Bayram günlərinə görə iş günləri ilə istirahət günlərinin yerlərinin dəyişdirilməsi


Bu bəndlərdə məzuniyyətə çıxmaq üçün 6 ay müddət qoyulduğuna görə işçinin göstərilən müddətdən tez əmək məzuniyyətinə çıxmaq tələbi qanunun tələbinə uyğun deyil. Belə məzuniyyət tələbini təmin edən işəgötürən isə qanun pozuntusuna şərait yaradan şəxs kimi çıxış etmiş olur. Qanunvericilikdə belə pozuntulara görə inzibati cərimələr nəzərdə tutulmasa da, altı aydan tez əmək məzuniyyətinin verilməsi işəgötürənlər tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulması kimi qəbul edilməlidir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakı Nəqliyyat Agentliyi auditor seçir

posted in: Xəbər | 0

auditor vakansiya

Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi və maliyyə hesablarına audit rəyinin verilməsi xidməti üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 1-i, saat 12:00-a qədər BNA-nın yerləşdiyi Bakı şəhəri, Ziya Bünyadov, 111 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 404-41-20 (daxili: 2189) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pərakəndə ticarət fəaliyyəti zamanı vergi öhdəliyi nədən ibarətdir?

posted in: Xəbər | 0

işsizlikdən sığorta şikayətPərakəndə satış malların alıcıya satışının son istehlak məqsədilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq.

Belə ki, fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 712 713 714 715 716 717 718 2. 391