Sadələşdirilmiş vergi ödəyicisi avans alıb, növbəti ayda ƏDV-yə keçdikdə verginin hesablanması qaydası

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyicisi avans alıb, növbəti ayda ƏDV-yə keçdikdə verginin hesablanması qaydası

Mərkəzləşdirilmiş mühasibatlıqSual: Sadələşdirilmiş vergi ödəyici avans alır, növbəti ayda ƏDV ödəyicisi kimi qeydiyyata düşür. Daha sonrakı aylarda SV mükəlləfiyyəti dövründə aldığı avansa görə mallar təqdim edir. Bu halda satışa ƏDV hesablanması hansı qaydada aparılır? Satış dövrləri üzrə yoxsa mükəlləfiyyət dəyişdikdən əvvəlki dövrdən qalan avanslara dərhal ƏDV hesablanmalıdır?

Cavab: Bildiririk ki, sadələşdirilmiş vergini tətbiq etdiyi dövrdə avans almış və sonradan ƏDV ödəyicisi olmuş vergi ödəyicisi üçün əvvəlcədən dəyəri ödənilən mallar üzrə ƏDV-nin vergitutma obyekti həmin malların təqdim edilməsi üzrə elektron vergi hesab-fakturasının verildiyi və ya verilməli olduğu hesabat ayında ƏDV-yə cəlb olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 161-ci və 166-cı maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcbari Tibbi Sığorta Dövlət Agentliyi auditor seçir

posted in: Xəbər | 0

Auditor Satış auditoru Vakansiyaİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi xidmətləri üçün təkliflər sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 7-si, saat 16:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küç, 170 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 310-07-70 faks nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi — Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 3 000-ə yaxın müxtəlif tibbi xidmət daxildir. Xidmətlər Zərfi ilə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator və stasionar tibbi yardım üzrə xidmətlər, habelə laboratoriya, fizioterapiya, və invaziv radiologiya xidmətləri təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Hazırda ölkə əhalisinə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər göstərilir.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-la Visa kartlarına komissiyasız köçürmələr etmək mümkün oldu

posted in: Bank, Kapital Bank, Xəbər | 0

kapital bankKapital Bank-ın müştəriləri Visa şirkəti ilə birgə keçirilən yeni kampaniya çərçivəsində Visa kartlarına komissiyasız köçürmələr edə bilərlər. Belə ki, bankın istənilən kanalları vasitəsilə xaricdəki Visa kartına köçürmə həyata keçirdikdə komissiya geri qayıdacaq.

Şərtlərə əsasən köçürmə komissiyası müştəridən çıxılacaq və köçürmə edilən və ya alınan müvafiq ay bitdikdən sonra 21 iş günü ərzində bank tərəfindən geri ödəniləcək. 30 sentyabr 2021-ci il tarixinədək davam edəcək kampaniya çərçivəsində maksimum keşbek məbləği 5 manat təşkil edə bilər. Ətraflı məlumat üçün: https://kbl.az/vxkk.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yeddi ayda vergi proqnozuna 126,2 faiz əməl edilib

posted in: Xəbər | 0

vergi güzəşti güzəşt2021-ci ilin yanvar-iyul aylarında dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin dövr ərzində xidmətin xəttilə dövlət büdcəsinə 5 milyard 273,7 milyon manat vergi daxil olub və proqnoza 126,2 faiz əməl edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 14,2 faiz və ya 655,9 milyon manat artıb.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 710 711 712 713 714 715 716 2. 391