Sadələşdirilmiş vergi ödəyicisi avans alıb, növbəti ayda ƏDV-yə keçdikdə verginin hesablanması qaydası
Sual: Sadələşdirilmiş vergi ödəyici avans alır, növbəti ayda ƏDV ödəyicisi kimi qeydiyyata düşür. Daha sonrakı aylarda SV mükəlləfiyyəti dövründə aldığı avansa görə mallar təqdim edir. Bu halda satışa ƏDV hesablanması hansı qaydada aparılır? Satış dövrləri üzrə yoxsa mükəlləfiyyət dəyişdikdən əvvəlki dövrdən qalan avanslara dərhal ƏDV hesablanmalıdır?
Cavab: Bildiririk ki, sadələşdirilmiş vergini tətbiq etdiyi dövrdə avans almış və sonradan ƏDV ödəyicisi olmuş vergi ödəyicisi üçün əvvəlcədən dəyəri ödənilən mallar üzrə ƏDV-nin vergitutma obyekti həmin malların təqdim edilməsi üzrə elektron vergi hesab-fakturasının verildiyi və ya verilməli olduğu hesabat ayında ƏDV-yə cəlb olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 159-cu, 161-ci və 166-cı maddələri.
Mənbə: taxes.gov.az