» » » Məzuniyyət haqqının hesablanması

Məzuniyyət haqqının hesablanması

posted in: Xəbər | 0
birbank biznes

Məzuniyyət haqqının hesablanması

məzuniyyətİşçilərlə işəgötürənlər arasında mübahisə doğuran məsələlərdən biri məzuniyyət haqqının hesablanması-dır. Bəzən hesablanan məbləğlə işçinin iş vaxtı aldığı məbləğ arasında fərq yaranır.

İqtisadçı ekspert Anar Bayramov bu məsələyə aydınlıq gətirmək üçün Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri əsasında əmək məzuniyyətinin hesablanmasını düstur şəklində təqdim edir. Həmin maddədə qeyd olunur ki, məzuniyyət günlərinin haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir.

30,4 əmsalının necə hesablanması ilə bağlı bildirmək istəyirik ki, həmin əmsal il ərzində 365 günün 12 aya bölünməsi nəticəsində tapılır. Dörd ildən bir fevral ayının 29 gün olduğu səbəbindən bəzi mühasiblər 30,5 (366 gün /12 ay) əmsalını tətbiq etmək istəsələr də, əmsal konkret olaraq 30,4 qəbul edildiyi üçün burada başqa yanaşma düzgün hesab edilə bilməz.

Qeyd etdiyimiz qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məzuniyyət haqqı = ((əvvəlki 12 təqvim ayının qazancı) /12 ay/ 30,4 əmsalı) x məzuniyyət müddətinin təqvim günlərinin sayı.

Misal. “A” MMC-nin işçisi Rövşən Qurbanov 25 günlük əmək məzuniyyətinə çıxır. İşçinin əvvəlki 12 ayda gəliri 6.000 manat olub. İşçinin məzuniyyət haqqını hesablayaq.

Məzuniyyət haqqı = ((əvvəlki 12 təqvim ayının qazancı) / 12 ay / 30,4 əmsalı) x məzuniyyət müddətinin təqvim günlərinin sayı = ((6.000 manat) / 12 ay / 30,4 əmsalına) x 25 gün= 411,18 manat.


Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun