Səyyar vergi yoxlamasının vaxtı necə müəyyən olunur?

posted in: Xəbər | 0

Səyyar vergi yoxlamasıQanunvericiliyin tələbinə görə, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Vergi ödəyicilərində səyyar vergi yoxlaması növbəti və növbədənkənar olmaqla keçirilə bilər. Mövzu ilə bağlı maraq doğuran məqamları iqtisadçı Anar Bayramov şərh edir.

Növbəti səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın başlanmasından azı 15 gün əvvəl vergi ödəyicisinə vergi orqanı tərəfindən yazılı bildiriş göndərilir.

Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir.

Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir və 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.

Mövcud qanunvericiliyə əsasən, vergi orqanı hər hansı vergi ödəyicisində 1 yanvardan 31 dekabradək olan dövrü əhatə edən təqvim ili ərzində ən çoxu bir dəfə növbəti səyyar vergi yoxlaması keçirə bilər.
Məsələn, 1 fevral 2020-ci il tarixdə növbəti səyyar vergi yoxlaması keçirilmiş vergi ödəyicisində növbəti səyyar vergi yoxlamasi həmin təqvim ilində, 2020-ci ildə keçirilə bilməz.

Misal 1: Tutaq ki, vergi orqanı 1 sentyabr 2020-ci il tarixdə növbəti səyyar vergi yoxlaması keçirib. Həmin vergi ödəyicisində 1 may 2021-ci il tarixdə növbəti səyyar vergi yoxlamasının keçirilməsində hər hansı qanun pozuntusu yoxdur, baxmayaraq ki, son yoxlama müddətindən bir il keçməyib. Vergi Məcəlləsinin 38.2-ci maddəsində müddət təqvim ili (1 yanvar – 31 dekabr) nəzərdə tutulduğundan növbəti səyyar vergi yoxlaması bir ildən tez keçirilə bilər.

Misal 2. Vergi orqanı 1 aprel 2020-ci il tarixdə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması keçirsə də, 15 sentyabr 2020-ci il tarixdə növbədənkənar vergi yoxlaması həyata keçirmək haqqında qərar verib. Hər iki yoxlamanın bir təqvim ilinə təsadüf etməsinə baxmayaraq, burada da qanun pozuntusu yoxdur. Çünki ikinci səyyar vergi yoxlamasının növü növbəti yox, növbədənkənardır. Vergi Məcəlləsində növbədənkənar vergi yoxlamasının keçirilmə halları müəyyənləşdirilsə də, keçirilmə müddəti ilə bağlı hər hansı məhdudiyyət qoyulmayıb.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mərkəzləşdirilmiş mühasibatlıq: bu nədir və nə ilə məşğuldur (1-ci hissə)

posted in: Xəbər | 0

Mərkəzləşdirilmiş mühasibatlıq: bu nədir və nə ilə məşğuldur (1-ci hissə)

Regionlarda və şəhərlərdə dövlət strukturlarında, büdcə təşkilatlarında – hakimiyyətin bütün səviyyələrində mərkəzləşdirilmiş mühasibatlıqlar yaradılır. Onlar necə işləyirlər və xidmətin ümumi kommersiya mərkəzləri ilə nə qədər oxşardırlar?

Mərkəzləşdirilmiş mühasibatlıq niyə yaradılır?

Mərkəzləşdirilmiş mühasibatlıq eyni zamanda bir neçə təşkilatın mühasibat uçotunu aparır. Çox vaxt bunlar regional və bələdiyyə əhəmiyyətli idarə və qurumlardır.

Məsələn: mərkəzləşdirilmiş rayon mühasibatlığı, təhsil müəssisələrinin mərkəzləşdirilmiş mühasibatlığı, mərkəzləşdirilmiş vilayət mühasibatlığı və s.

Niyə hakimiyyət orqanları mühasibatlığı mərkəzləşdirməyə qərar verirlər?:

  • mühasibat uçotunun etibarlılığı artır: sənədlər də daxil olmaqla, daha az səhvlər edilir;
  • vahid texnologiya və metodologiya tətbiq olunur;
  • vergi riskləri azalır;
  • bütün hesabat növləri sürətlənir: mühasibat, vergi, idarəetmə;
  • daha az işçi heyəti lazım olur – əməkhaqqı fonduna qənaət;
  • uçotun ümumilikdə xərcləri azalır.

Mərkəzləşdirilmiş mühasibatlığın funksiyaları

Belə bir təşkilatın yaradılmasının əsas məqsədi büdcə müəssisələri və idarələrinin tərkibində olan mühasibatlıqların işini optimallaşdırmaqdır. Birləşmə sayəsində onların funksiyası rahat şəkildə və vahid bir məkanda yerinə yetirilir.  Beləliklə, mərkəzləşdirilmiş mühasibatlığa aşağıdakı vəzifələr tapşırılır:

  • vergi və mühasibat uçotu, təsərrüfat əməliyyatları və onların mühasibat qeydlərində əks olunması;
  • ilkin mühasibat sənədlərinin qəbulu, himayədə olan təşkilatlarda aparılan əməliyyatların qanuniliyinə nəzarət;
  • əmtəə-maddi dəyərlərin, əmlakın və digər resursların mövcudluğu və hərəkətinə nəzarət;
  • hüquqi və fiziki şəxslərlə operativ hesablaşmalar;
  • vergi orqanlarına, büdcədənkənar fondlara və digər strukturlara məcburi hesabat;
  • təşkilatların iqtisadi və maliyyə fəaliyyətinin təhlili.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (5-ci hissə)

posted in: Xəbər | 0

Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (5-ci hissə)biznes-ideyalar

Biznes-ideyalar barədə düşünmüsünüz? Pul qazanmaq üçün nə ilə məşğul olacağınızı bilmirsiniz? Bu yazıda biz 2020-ci ilin ən aktual 30 biznes-ideyalarını birləşdirmişik. Bu biznes ideyalar artıq yeni fəaliyyətə başlayan sahibkarlarla məşhurdur və yaxın illərdə inkişaf baxımından böyük biznes-perspektivlərinə malikdir.    

18-cu biznes-ideya: Burgeriya

2020-ci il üçün əla biznes-ideyalardan biri fastfud yeməkləri sahəsi olub. Belə ki, həmin bazar hər il 5-8% artım göstərməkdədir və öz tempini aşağı salmağı düşünmür. Məlumatlara görə, iri şəhərlərdə fastfud obyektlərində 14,3% artım müşahidə edilib. Fastfud yeməkləri arasında bürger ən populyar yeməklərdən birinə çevrilib. Hətta o qədər məşhurluq qazanıb ki, burgeriya adında ayrıca məkanlar da açılmağa başlayıb. Burgeriyanın açılışında üstün cəhətlər olaraq inqrediyentlərin az qatılması, balaca bir mətbəxi və kiçik işçi ştatını göstərmək olar.

19-cu bznes-ideya: Dil məktəbi

Bu gün Rusiyada ümumtəhsil məktəbləri xarici dillərə keyfiyyətli təhsil tələbatını ödəyə bilmirlər, buna görə də həmin tələbatı özəl dil məktəblər tərəfindən ödənilir. Openbusiness.ru portalının hesablamalarına görə, 100 kvadratmetrlik məkanda hər hansı bir xarici dil məktəbi ilə bağlı biznes-ideyanı həyata keçirmək üçün təxminən 635 min rubl tələb olunur ki, həmin məbləğ altı ay ərzində geri qaytarıla bilər. Hər ayda təmiz gəlir təxminən 140 min rub təşkil edə bilər.

20-ci biznes-idaya: Kosmetika mağazası

Sosioloji sorğulara əsasən, qadınlar hər ay öz gəlirlərinin 15% – ni kosmetikaya sərf etməyə hazırdırlar. Kosmetika növlərinin olduqca çox olması sayəsində bu sahədə kiçik biznesin inkişafı üçün həmişə imkan var. Kosmetika, axı, elit və peşəkar, təbii və dekorativ, brend və əl işi, müalicəvi və ev üçün, Şərq və ərəb istehsalı ola bilər, onunla kataloqlar, internet-mağazalar və TM-də butiklərdən tutmuş, iri mağazalara qədər müxtəlif formatlarda ticarət etmək olar.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Büdcə səviyyə kodu barədə məlumat

posted in: Xəbər | 0

işsizlikdən sığorta şikayətMəlum olduğu kimi, Dövlət Vergi Xidməti tərəfindən vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan vergilər və digər büdcə daxilolmaları ilə yanaşı, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının da uçotu aparılır.

Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, vergi ödəyiciləri tərəfindən vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə ödəniş tapşırıqları tərtib olunan zaman büdcə səviyyə kodu düzgün qeyd olunmur və ödənişlər təşkilatlar tərəfindən büdcə səviyyə kodunda müvafiq düzəlişlər edilmədən həyata keçirilir. Qeyd olunan hallar ödənişlərin vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə işlənilməsində müəyyən çətinliklər yaradır.

Ödənişlərin vaxtında və təyinatı üzrə düzgün işlənilməsi məqsədilə “Büdcə səviyyə kodu” barədə məlumatı vergi ödəyicilərinin diqqətinə bir daha çatdırırıq:


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 723 724 725 726 727 728 729 2. 391