Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər
İstehsalatdan ayrılmadan təhsil alan işçilərə aşağıdakı ödənişli məzuniyyətlər verilir:
- laboratoriya işlərinin yerinə yetirilməsi, yoxlamaların və imtahanların verilməsi üçün;
- dövlət imtahanları verilməsi üçün;
- diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövr üçün.
Ali məktəblərin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 20 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Orta ixtisas məktəblərinin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 10 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.
Ali və orta ixtisas məktəblərinin qiyabi şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə və şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 30 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 40 təqvim günü müddətində məzuniyyət verilir.
Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan tələbələrə və şagirdlərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.
Diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrinin tələbələrinə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrinin şagirdlərinə isə 2 təqvim ayınadək məzuniyyət verilir.
Texniki peşə məktəblərində istehsalatdan ayrılmadan müvəffəqiyyətlə təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün il ərzində 34 təqvim günü müddətində məzuniyyət verilir.
Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında istehsalatdan ayrılmadan təhsil alan işçilərə XI buraxılış siniflərində imtahanları vermək üçün 20 təqvim günü, IX sinifdə isə 8 təqvim günü müddətində məzuniyyət verilir.
Məzuniyyətlərdən həmin müəssisə və təşkilatda əmək stajından asılı olmayaraq, təhsil proqramında nəzərdə tutulan dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.
Magistraturaya, doktoranturaya (aspiranturaya) qəbul imtahanı verən işçilərə 31 təqvim günü ödənişli məzuniyyət verilir.


Vergi Məcəlləsinin mikrobiznes subyektləri üçün təmin etdiyi güzəştlərdən biri də mikrosahibkarlıq subyekti olan hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinin mənfəət (gəlir) vergisindən azad edilməsidir. Bəs vergi ödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir? Suala maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirib:
2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir. Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır.
Vergi Məcəlləsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş vergiödəyiciləridir.