» » » Yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin vergi öhdəliyi nədən ibarətdir?

Yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin vergi öhdəliyi nədən ibarətdir?

posted in: Xəbər | 0
birbank biznes

yükdaşımaVergi Məcəlləsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş vergiödəyiciləridir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, yükdaşıma şirkətləri həm ölkə daxilində, həm də ölkədən xaricə yükdaşıma xidməti göstərirlər. Daxildə yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergiödəyicisi kimi daşıdıqları yükün həcminə görə vergi ödəməlidirlər. Onlar sadələşmiş vergiödəyiciləri kimi qeydiyyatdan keçərək yük maşınlarının daşıma həcminə görə vergi ödəyirlər.

Verginin məbləği Bakı şəhərində hər ton üçün 2 manatdır, regionlara görə isə bu məbləğ fərqli əmsallara vurulur.

Sadələşdirilmiş vergiödəyicisi kimi yükdaşıma xidməti göstərən şəxslər minimum əməkhaqqının 25 faizi həcmində – 62,50 manat aylıq məcburi dövlət sosial sığorta haqqını da ödəməlidir.

Vergi Məcəlləsinə əsasən, xaricə yükdaşıma xidməti göstərən müəssisələrin sadələşmiş vergiödəyicisi olmaq hüququ yoxdur. Onlar yalnız mənfəət (gəlir) vergisiödəyicisi ola bilərlər. Bu zaman onlar əldə etdikləri gəlirdən həmin gəlirin əldə olunması üçün çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqin mənfəət (gəlir) vergisini ödəyirlər. Bu xidməti göstərən vergiödəyiciləri gəlirləri 200 min manatadək olduqda mənfəət (gəlir) vergisi, bundan çox olduqda isə əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olurlar.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun