» » » Vergi ödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir?

Vergi ödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir?

posted in: Xəbər | 0
birbank biznes

mikrobiznesVergi Məcəlləsinin mikrobiznes subyektləri üçün təmin etdiyi güzəştlərdən biri də mikrosahibkarlıq subyekti olan hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinin mənfəət (gəlir) vergisindən azad edilməsidir. Bəs vergi ödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir? Suala maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirib:

Mikrosahibkarlıq subyektləri üçün güzəştlər Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20 -ci maddələrində nəzərdə tutulub. Biznes subyektlərinin qruplara bölünməsi isə Nazirlər Kabinetinin 21 dekabr 2018 -ci il tarixli 556 nömrəli qərarı ilə tənzimlənir. Burada iki meyar – işçilərin sayı və vergi ödəyicisinin illik gəlirinin miqdarı nəzərə alınır. Həmin qərara əsasən, biznes subyektlərinin sərhədləri belə müəyəyn edilib:

Mikrosahibkar: 1-10 işçi, illik gəliri 200.000 manata qədər;

Kiçik sahibkar: 11-50 işçi, 200.000 – 3.000.000 manat arası illik gəlir;

Orta sahibkar: 51-250 işçi, 3.000 000 – 30.000.000 manat illik gəlir;

İri sahibkar: 250 nəfərdən çox işçi, 30.000.000 manatdan çox illik gəlir.

Vergi ödəyicisinin müəyyən bir qrupa aid olub-olmadığını müəyyən edərkən qeyd olunan iki meyardan daha böyük olan nəzərə alınır.

Misal: Tutaq ki, şirkətin illik gəliri 150 min manat, işçilərinin sayı 12-dir. Bu şirkət heç bir şəkildə mikrobiznes qrupuna aid ola bilməz. Həmin sahibkarlıq subyekti kiçik biznesə aiddir. Bu isə həmin şirkətin mikrobiznes subyektləri üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilməyəcəyi mənasını verir.

Bu, çox vacib məqamdır. Ona görə də hər hesabatda 75 faiz gəlir vegisinə güzəşt nəzərdə tutmaq sahibkarlar üçün mənfi hallara gətirə bilər. Əslində, hər bir güzəştdən istifadə etməzdən qabaq həmin güzəştin həqiqətən sizə aid olub-olmadığını ciddi şəkildə təhlil etmək lazımdır. Əks halda, vergi ödəyicisi maliyyə sanksiyları ilə üz-üzə qala bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun