» » » Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar hansılardır?

Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar hansılardır?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Fiziki şəxsin uçotdan çıxarılmasıVergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır:

– Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi;

– Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi ödəyicisi – fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi;

– Vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi;

– Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi;

– Vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi;

– Hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması;

– Vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması.

Əsaslandırma: Vergi Məcəlləsinin 55.1-ci maddəsi.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun