» » » ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (6-cı hissə)

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (6-cı hissə)

posted in: Xəbər | 0
birbank biznes

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (6-cı hissə)əməkhaqqı

Birləşmiş Ştatlar – bu, mühacirlər tərəfindən inşa edilmiş, insanlar üçün böyük imkanlar yaradan bir ölkədir. Dinamik inkişaf edən iqtisadiyyat, böyük əmək bazarı, layiqli maaşlar, bütün dünyada qiymət verilən yüksək həyat səviyyəsi və keyfiyyətli təhsil müxtəlif ölkələrdən olan insanların Amerikaya köçməsi üçün bir stimuldur. Lakin, köçməyə qərar verməzdən əvvəl, öz imkanlarınızı və işədüzəlmə şansınızı, eləcə də ixtisasınızı təmin edəcək əməkhaqqı səviyyəsini dərk edərəkdən qiymətləndirmək lazımdır.

Amerikada ən yüksək ödənişli peşələr

Təhsil, uzunmüddətli peşəkar hazırlıq və təcrübə tələb edən ixtisaslı əməyə görə Birləşmiş Ştatlarda yüksək ödəniş edilir. Ən yüksək ödənişli ixtisaslar siyahısına maaşları ən yüksək hesab edilən həkimlər rəhbərlik edir. İllik gəliri 245 min dollar olan həkim-anestezioloqlar hamıdan çox məvacib alırlar. Cərrahların və diş həkimlərinin (müvafiq olaraq 237 və 228 min dollar) əməyi də yüksək qiymətləndirilir.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz


Digər sahələrdə çalışanlara gəldikdə isə, illik gəlir səviyyəsinə uyğun olaraq, ABŞ-da ən populyar peşələr bunlardır:

Peşə İllik gəli, min dollar
İcraçı direktor                  185,0
Marketinq üzrə direktor                  177,0
Neftçi-mühəndis                  165,0
Baş arxitektor                  142,0
Vəkil                  134,0
Maliyyə meneceri                  132,0

Peşəkar idman və şou-biznes sahəsi də gəlirlərin yüksək səviyyəsi ilə fərqlənir. Bu sahələrdə uğur qazanmış insanlar kifayət qədər çox qazanırlar. Bununla yanaşı, qazancları altı, yeddi rəqəmli məbləğ təşkil edən tanınmış atletlərin, musiqiçilərin və aktyorların qonorarları barədə məlumatlar çox vaxt qapalı olur və yalnız vergi orqanlarına məlumdur.

Yüksək əməkhaqqı perspektivi olan peşələr

Ekspertlərin qiymətləndirməsinə görə, yaxın illərdə ABŞ-da ən çox tələb olunan peşələr bunlar olacaq:
  • informasiya texnologiyaları sahəsində mütəxəssislər;
  • mühəndislər;
  • estetik tibb sahəsində işləyən cərrahlar;
  • həkimlər və əczaçılar;
  • robot texnikləri;
  • alimlər və tədiqatçılar;
  • marketoloqlar;
  • reklam üzrə mütəxəsisslər;
  • dizaynerlər;
  • arxitektorlar.

Elmin müxtəlif sahələrində elmi tədqiqatlar aparmağa və kəşflər etməyə hazır olan digər ölkələrdən olan alimlər də yaxşı işə düzəlmə perspektivlərinə malikdirlər. Birləşmiş Ştatlar yüksək potensiala malik mütəxəssisləri həvəslə qəbul edir, onlara işləmək və layiqli əməkhaqqı almaq imkanı verir.


Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun