Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (4-cü hissə)

posted in: Xəbər | 0

Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (4-cü hissə)biznes-ideyalar

Biznes-ideyalar barədə düşünmüsünüz? Pul qazanmaq üçün nə ilə məşğul olacağınızı bilmirsiniz? Bu yazıda biz 2020-ci ilin ən aktual 30 biznes-ideyalarını birləşdirmişik. Bu biznes ideyalar artıq yeni fəaliyyətə başlayan sahibkarlarla məşhurdur və yaxın illərdə inkişaf baxımından böyük biznes-perspektivlərinə malikdir.    

15-cı biznes-ideyası: Təkər təmiri

Yuxarıda biz artıq avtomobil parkının genişlənməsindən söz açmışdıq, o səbəbdən avtomobil biznesinin bir çox növlərini, o cümlədən təkər təmiri emalatxanasını perspektiv istiqamətlərindən hesab etmək olar. Biznes işinin bu variantı, minimal yatırımlarla (300 min rubldan başlamaq olar), təşkilinin sadəliyi və qoyulan sərmayənin  tez qaytarılma sürəti ilə cəlbedicidir. Lakin, rəqabətin artması ilə əlaqədar olaraq, qaraj tipli təkər təmiri emalatxanalarını daha sivil emalatxanaların formatları əvəz edir. Onlar geniş bir xidmət növü təqdim edirlər, avtomobil mağazaları və ya hətta işin bitməsini gözləyərkən, avtomobil sahibinin qəhvə içə biləcəyi mini kafelərlə birləşdirilə bilər.

16-cı bznes-ideyası: Yoqa studiyası

Yoqanın populyarlığı son vaxtlar müxtəlif ölkələrdə artmaqdadır. Məsələn, son üç il ərzində Rusiyanın milyonçu-şəhərlərində yoqa-studiyalarının sayı iki dəfə çoxalıb: 2015-ci ildə 881 belə studiya var idisə, 2018-ci ildə onların sayı 1617-ə yüksəlib. Bəzi ekspertlərin bu bazarın çox tezliklə dolacağını söyləməsinə baxmayaraq, bu sahədə uğurlu biznes üçün imkanlar hələ də qalmaqdadır: zəif oyunçular öz yerlərini digər iş adamlarına verərək, bazardan gedirlər. Bu biznes-ideyanın gəlirli hissəsi bir neçə məşğələ və ya ay ərzində abonement satışı üzərində qurulur, buna görə də studiya sahibi özünü qrup yığımından sonra kifayət qədər inamlı hiss edə bilər. Fitnes-klublardan fərqli olaraq, studiyanın tərtibatı elə də ciddi sərmayə qoyuluşu tələb etmir. Ciddi təmir tələb etməyən, yararlı bir məkan axtarıb tapmaqla yatrımları minimuma endirmək olar.

17-ci biznes-ideya: Klininq (təmizlik) şirkəti

Son illərdə bir çox iri şirkətlər birbaşa mənfəət əldə etməklə əlaqəli olmayan fəaliyyət sahələrini autsorsinq şirkətlərinə verməyə başlayıb. Klininq bu sahəyə aiddir, azərbaycan dilində təmizlik işləri deməkdir. Bazarda ixtisaslaşmış şirkətlər peyda olur ki, onlar nəinki təmizlik işlərini yerinə yetirir, həm də binalara kompleks xidmət göstərmək ideyasını həyata keçirirlər. Ən qazanclı sahə – bu korporativ xidmət seqmentidir: ticarət mərkəzləri, ofis binaları, iri təşkilatların və müəssisələrin iş məkanları. Bir qayda olaraq, bu iş hazır müştəri üçün açılır. Bu zaman təmizləyici avadanlıqlar satın alınır və ştata işçilər qəbul edilir.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mərkəzi banklar bütün dünya üzrə qızıl satın alıblar

posted in: Xəbər | 0

Mərkəzi banklar bütün dünya üzrə qızıl satın alıblar

Dünya bank sistemiDünyanın müxtəlif ölkələrinin mərkəzi bankları 2021-ci ilin ikinci rübündə aktiv şəkildə qızıl satın alıblar, qızıl valyuta ehtiyatlarını artırıblar, bu barədə qızıl üzrə Ümumdünya şurasının (WGC) saytında dərc edilmiş hesabatında deyilir.

Təşkilatın məlumatına görə, aprel-iyun aylarında əsas qızıl alıcıları inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları olub, o cümlədən Tailand (90,2 ton alıb), Macarıstan (62 ton), Braziliya (53,7 ton), Hindistan (29 ton) və Özbəkistan (25,5 ton).

“Kommersant” nəşri tərəfindən rəyi soruşulanların sözlərinə görə, tənzimləyicilərin əsas motivləri artan inflyasiyadan sığortalanmaq (xüsusilə ölkələrin əksəriyyətinin dövlət borcuna görə aşağı faiz dərəcələri şərtlərində), həmçinin öz beynəlxalq ehtiyatlarını diversifikasiya etmək istəyindən ibarət olub.

Eyni zamanda, bəzi mərkəzi banklar, əksinə, qızıl ehtiyatlarını satıblar, lakin,bu satışlar daha kiçik həcmdə olub. Rusiya Mərkəzi bankı qiymətli metaldan 3,1 ton, Alman Bundsbank-ı – 3,3 ton, Qazaxıstan tənzimləyicisi – 9,9 ton satıb.

WGC -nin məlumatına görə, ikinci rübdə nəinki tələbat, həm də qızılın tədarükü – 13 faiz artaraq 1172 tona çatıb. Bu, əsasən istehsalın artması ilə əlaqədardır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron qaimə-fakturanı kimlər təqdim etməyə bilər?

posted in: Xəbər | 0

Elektron qaimə-fakturanı kimlər təqdim etməyə bilər?

E-Qaimə, elektron qaiməVergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bununla yanaşı, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, eləcə də notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi zamanı elektron qaimə-faktura təqdim olunmur.
Eyni zamanda, qeyd edilən şəxslər tərəfindən elektron qaimə-fakturanın təqdim olunması ilə bağlı məhdudiyyət də nəzərdə tutulmayıb.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çoxmənzilli binalardakı mənzillərin ümumi sahəsi necə hesablanmalıdır?

posted in: Xəbər | 0

dividenddən vergiBir çox hallarda yeni tikilən çoxmənzilli binalarda mənzillərin alınması zamanı mənzilin ümumi sahəsinin qanunvericiliyə uyğun olaraq hesablanan sahədən daha artıq olması müşahidə olunur. Tikinti şirkəti üçün bu maddi baxımdan “sərfəli” olsa da, mövcud durum qanunvericiliyin pozulmasına və nəticə etibarı ilə vətəndaşın aldadılmasına gətirib çıxarır. Mənzil alan şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış aldıqda mənzilin qanunauyğun hesablanmış sahəsi ilə tanış olur və çıxarışda mənzilin ümumi sahəsinin tikinti şirkətinin təqdim etdiyi sənəddə göstəriləndən az olduğunu görür.

İqtisadiyyat Nazirliyi çoxmənzilli binalardakı mənzillərin ümumi sahəsinin hesablanması qaydasını açıqlayıb.

Qanunvericiliyin tələblərinə əsasən…

Çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2012-ci il 4 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən, mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydalara əsasən yaşayış binasında otaqların və digər ərazilərin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər ərazilərin sahələrinə daxil edilmir.

Qaydalara əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri – 0,3, şüşəbənd və lociyalar – 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil olunur. Eyvanların (verandaların) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq yaranır. Məlumat üçün bildirək ki, balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan – binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş ərazidir. Beləliklə balkon və terrasların sahələrinin 30 faizi, şüşəbənd və lociyaların 50 faizi, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edək ki, balkonun sahəsi 10 kvadratmetr olduqda 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 kvadratmetr sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır.

Bəs ümumi sahə üzrə fərq necə yaranır?

Əksər tikinti şirkətləri tərəfindən çoxmənzilli binalardakı mənzillərin sahəsi bayır divarların üst səthindən ölçməklə hesablanır. Otaqlar və mənzillər arasındakı ara divarlar da ümumi sahəyə əlavə edilir, eləcə də qaydalara uyğun olaraq tələb olunan azaltma əmsalları tətbiq edilmir.

Bu cür hallarla qarşılaşan vətəndaşlar nə etməlidir?

Mənzil sahibi olmaq istəyən vətəndaşlar seçdikləri mənzilin ümumi sahəsinin qaydalara uyğun hesablandığına əmin olduqdan sonra müqaviləni imzalamalı və ödənişi həyata keçirməlidirlər. Ümumi sahə üzrə çıxarış və müqavilədəki fərqi görən mənzil sahibi bununla bağlı tikinti şirkətinə müraciət edərək ödədiyi artıq pulu tələb edə bilər. Əgər tikinti şirkəti qanunazidd formada hesabladığı sahə üzrə ödənişi geri qaytarmasa, mənzil sahibi pozulmuş hüququ ilə bağlı məhkəməyə müraciət etmək mümkündür.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 729 730 731 732 733 734 735 2. 391