Benzin və dizel yanacaqlarının satın alınması zamanı əvəzləşdirmə

posted in: Xəbər | 0

əvəzləşdirmə, Mühasibatlıq üzrə Kargüzar, Vakansiya, MüavinətBenzin və dizel yanacaqlarının, eləcə də maye qazın satın alınması zamanı vergi ödəyiciləri əvəzləşdirmə ilə bağlı təcrübədə bəzi suallarla qarşılaşırlar. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Tutaq ki, “AA” MMC yanacaq satan vergi ödəyicisindən 2390 manatlıq benzin alıb: bunun 2000 manatı əsas məbləğ, 360 manatı əlavə dəyər vergisi (ƏDV), 30 manatı da yol vergisidir.

Misal 1: “AA” MMC aldığı yanacağın əsas məbləğindən həmin ay 1000 manat, ƏDV-dən də 150 manat ödəyib. Yerdə qalan 1000 manat əsas məbləği, 30 manat yol vergisini və 210 manat ƏDV-ni isə növbəyi ay ödəyib.

Misal 2: “AA” MMC ilk ayda əsas məbləğdən 1000 manat, 360 manat ƏDV-ni isə tam ödəyib, qalan məbləği növbəti ayda ödəyib.

Misal 3: Birinci ayda 2000 manat əsas məbləğ və 30 manat yol vergisi tam ödənilib, ƏDV-nin isə 180 manatı ödənilib və qalan 180 manatı növbəti aya keçirilib.

Sual: Hər üç halda “AA” MMC tərəfindən əvəzləşdirilmələr necə olacaqdır? Əsas məbləğ ödəniləndə hansı məbləğlər birinci bağlanmalıdır: yol vergisi, yoxsa ƏDV-siz əsas məbləğ?

İlk olaraq qeyd edək ki, qanunçuluqda əsas məbləğ ödəniləndə hansı hissənin nəzərə alınması ilə bağlı xüsusi bir tələb yoxdur.

Vergi Məcəlləsinin 211-ci maddəsində yazılmışdır ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

Göründüyü kimi, yol vergisi son olaraq hesablanan və əsas məbləğə, ƏDV-yə və aksiz vergisinə əlavə olunmuş məbləğdir. Yəni ilkin olaraq əsas məbləğ, ƏDV və ya aksiz vergisi götürülür, sonda isə cəmlənmş məbləğə yol vergisi daxil edilir.
Odur ki, ödənişlər zamanı bu ardıcıllıqlar nəzərə alınmalıdır. Yəni ilkin olaraq əsas məbləğ, sonra isə yol vergisi borc kimi bağlanmalıdır.

Birinci misalımızda ödənilən əsas məbləğ 1000 manat olub ki, bunun 18% dərəcəsi ilə ƏDV-si 180 manat təşkil edir. Amma ödənilən ƏDV 150 manat olduğuna görə birinci ayda əvəzləşdirilən məbləğ də 150 manat təşkil edəcəkdir. İkinci ayda isə yerdə qalan həm əsas məbləğ, həm yol vergisi, həm də qalan ƏDV ödənildiyindən, 210 manat ikinci ayda əvəzləşdiriləcəkdir.

İkinci misalımızda ƏDV-nin tam ödənilməsinə baxmayaraq əsas məbləğdən 1000 manat keçirilib. Ona görə də birinci ayda 1000×18%=180 manat əvəzləşdiriləcəkdir. Yol vergisi son ödənişdə nəzərə alınır. İkinci ayda yerdə qalan 180 manat əvəzləşdiriləcəkdir.

Üçüncü misalda tam məbləğin yol vergisi ilə birlikdə birinci ayda ödənilməsinə baxmayaraq, ƏDV-dən ancaq 180 manat ödənilib. Odur ki, əvəzləşdirləcək məbləğ birinci ayda 180 manat, ikinci ayda da 180 manat olacaqdır.

Qeyd edək ki, belə hallara təcrübədə nadir rast gəlinir. Yəni yanacaq, dizel, maye qaz satan yanacaqdoldurma məntəqələri, adətən, tam məbləğləri və ƏDV-ni alandan sonra məhsullarını satırlar.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxslər tərəfindən kriptovalyutanın alınması zamanı yaranan vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

vergi öhdəlikləri, kriptovalyutanın alınması, Müharibə veteranı, yoxlamaların müddəti, sosial ödənişlər, VÖEN-nin ləğv edilməsi, vergiyə cəlbKriptovalyuta bir investisiya aktividir. Fiziki şəxslər tərəfindən kriptovalyutanın alınması zamanı yaranan vergi öhdəlikləri barədə danışan İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə bildirib ki, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməlidirlər. Bu əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər Vergi Məcəlləsinin 99.3.8 maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən gəliri sayılır və Vergi Məcəlləsinin 101.2 maddəsinə əsasən, 14 faiz gəlir vergisi ödəməlidirlər. Fizişi şəxslər vergi orqanında qeydiyyatda olduğu üçün növbətli ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini təqdim etməlidirlər.

Həmçinin, Vergi Məcəlləsinin 125.1-1 maddəsinə əsasən, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Misal: Fiziki şəxs 50 dollar ( 50*1.7 azn = 85 AZN ) ödəniş edib kriptovalyuta alır, daha sonra həmin kriptovalyutanın dəyəri 150 (150*1.7=255 AZN) dollara qədər artır.

ÖMV= 85/0.9*10%=9.44 AZN
Gəlir vergisi = (255-94.44)*14%=22.48 AZN

Qeyd: Burada ödəniş 50 dollar (85 AZN) cəmi məbləğin 90 faizini təşkil edir. Çünki bank 10% ödəmə mənbəyindən vergi tutmuşdur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi

posted in: Xəbər | 0
əmək məzuniyyətinin verilməsi əmək məzuniyyətiƏlilliyi olan şəxslərə işlədikləri müəssisədə əmək məzuniyyəti istəklərinə uyğun olaraq onlar üçün əlverişli vaxtda verilə bilər. Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyətinin verilməsi zamanı növbəlillik prinsipi həmin kateqoriyadan olan şəxslərə şamil edilmir.

Bu hüquq

  • 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara,
  • 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma,
  • müharibə veteranlarına,
  • yaşı 18-dən  aşağı olan işçilərə

və Məcəllədə nəzərdə tutulan digər kateqoriyalardan olanlara da  şamil olunur.

Eyni zamanda, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Bu müddətdən sonra ona birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Lakin bir sıra kateqoriyalardan olan işçilərlə yanaşı, əlilliyi olan işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.

Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə minimum 42 gün əmək məzuniyyəti verilir.

Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnvestisiya şirkətləri və ABŞ-a investisiya qoyma mexanizmi (3-cü hissə)

posted in: Xəbər | 0

İnvestisiya şirkətləri və ABŞ-a investisiya qoyma mexanizmi (3-cü hissə)investisiya şirkətləri

İnvestisiya fondunun etibarlılığını artırmaq üçün onun pulları bir çox müəssisələrin qiymətli kağızlarına qoyulur. Buna diversifikasiya deyilir. Diversifikasiya idarəetmə şirkətinin (fondunun) etibarlılığını artırır, çünki hər hansı bir müəssisə müflis olmuşsa, zərərlər digər müəssisələrdən gələn gəlirlərlə kompensasiya edilir. Lakin, əgər hər hansı bir müəssisə çox yüksək gəlir gətiribsə, onun bütün müəssisələr üzrə ümumi gəlir məbləğindəki payı o qədər də böyük deyil.

Diversifikasiya edilmiş şirkət statusuna sahib olmaq üçün şirkətin aktivlərinin (əmlakının) 75% -i elə yerləşdirilməlidir ki, hər bir müəssisəyə şirkətin aktivlərinin 5 faizindən çox pay düşməsin və şirkətin səsvermə hüququ olan səhmlərinin 10 faizindən çox düşməsin, 10-dan çox sahibi olmasın. Qeyri-universal şirkətlər belə sərt məhdudiyyətlərə malik deyillər, Buna görə də bu şirkətlərə yatırımlar daha risklidir, lakin potensial olaraq onlar daha yüksək gəlir gətirə bilərlər.


Məqalənin 2-ci hissəsini buradan nəzər yetirə bilərsiniz


ABŞ-da göstərilən iki investisiya şirkətindən başqa, unit-trastlar – yatırımlarının strukturu yaradılma anında sərt təsbit edilən və dəyişməyən, özünəməxsus fondlar da mövcuddur. Onlar kiçik əmanətləri olan vətəndaşlara böyük qiymətli kağızlar paketləri əldə etməyə imkan verir. Həmin kağızları daha ucuz almaq və əməliyyatların saxlanması və rəsmiləşdirilməsi, xərclərə qənaət etməyə imkan verir. İdarə edənə mükafat verilməsi mövcud olmaması hesabına qənaət əldə edilir. 1993-cü ildə ABŞ-da aktivləri 107 milyard dollara çatan təxminən 15 min unit-trastlar var idi.

Qarşılıqlı fondlar

İnvestisiya şirkətlərinin bütün növləri arasında qarşılıqlı fondlar daha populyardır. 1993-cü ildə qarşılıqlı fondların ümumi sayı 4558 olub, onların aktivləri isə 2011 milyard dollara çatıb; qapalı investisiya şirkətlərinin sayı 512 idi və onların aktivləri isə 124 milyard dollara çatmışdı.

Səhmdarlar direktorlar şurasının seçilməsi, investisiya siyasətinin istiqamətlərinin təsdiq edilməsi və menecerlərlə müqavilənin bəyənilməsi ilə bağlı məsələlər üzrə səs vermək hüququna malikdirlər. 1940-cı ilin qanununa görə direktorlar şurasına şirkətləri idarəetməsi ilə məşğul olmayan direktorların (xarici direktorların) azı 40% – i daxil olmalıdır.

Fondun birbaşa rəhbərliyi, adətən, fondun aktivlərinin xalis dəyərindən asılı olan, öz xidmətlərinin yerinə yetirilməsinə görə mükafat alan idarəçiyə – hüquqi və ya fiziki şəxsə həvalə edilir. Adətən fondun təsisçisi menecerlik edir. Menecerin mükafatlandırılması emissiya prospektində göstərilməli və xalis aktivlərin 0,25 – 3%-ni (adətən 0,5-1%) təşkil etməlidir. Menecerin mükafatlandırılması fondun xərclərinin əsas hissəsidir. Menecerlərlə münasibətlər direktorlar şurası və səhmdarların ümumi yığıncağı tərəfindən hər il təsdiqlənməli olan müqavilə əsasında qurulur.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 609 610 611 612 613 614 615 2. 391