2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

posted in: Uncategorized | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə  2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab

1, 2 yanvar Yeni il bayramı;
20 yanvar Ümumxalq Hüzn günü;
8  mart Qadınlar günü;
20, 21, 22, 23, 24   mart Novruz bayramı;
9 may Faşizm üzərində Qələbə günü;
2, 3 may Ramazan  bayramı;
28 may Müstəqillik Günü
15 iyun Azərbaycan xalqının Milli Qurtuluş  günü;
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;
9, 10 iyul

8 noyabr

Qurban bayramı;

Zəfər Günü;

9  noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 dekabr Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü.

2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində  3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.

2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan,  gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir.  2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1921 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (https://www.sosial.gov.az/istehsalat-t%C9%99qvimi-2022) da yerləşdirilib.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı, Ani Ödənişlər Sistemi, Rəqəmsal İdentifikasiya SistemiAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7%-dən 7,25%-ə çatdırılması barədə qərar qəbul edib.

Bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 8%-dən 8,25%-ə çatdırılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı gələn il ictimaiyyətə açıqlanacaq.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda minimum əməkhaqqı artırılıb

posted in: Uncategorized | 0

minimum əməkhaqqı, yaşa görə pensiya, 2022, minimum əməkhaqqı, Artıq ödənilmiş vergilərin qaytarılması, yaşayış minimumu, illər üzrə minimum əməkhaqqı, Əməkhaqqı, yaşayış minimumunun məbləği, minimum əməkhaqqı, əməkhaqqı maaşlar əməkhaqqına artımlarPrezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (6-cı hissə)

posted in: Uncategorized | 0

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (6-cı hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı   

Biznes həmişə istehsal xərclərini azaltmağa çalışırdı və bu, həmişə bir işçi ilə bağlı kapitalın artmasına gətirib çıxarırdı. Yüksək əməkhaqqı həmişə avtomatlaşdırma üçün stimul yaradır, yeni texnologiyalar əməkhaqqı artımına gətirib çıxarır və dairə yenidən başlayır. Nəticədə təhsilin inkişafı və hədəfli araşdırmalarla dəstəklənən özünü təkrarlayan bir sistem ortaya çıxırdı. Vaxt keçdikcə, qərb texnologiyası genişlənırdi və daha çox kapital cəlb edirdi, bu bir çox yoxsul ölkələrdə isə baş vermirdi.

Biz ixtisaslı və peşəkar olmayan işi ayrı-ayrılıqda təhlil etsək, əmək bazarı ilə texnologiya arasında daha ətraflı əlaqəni nəzərdən keçirə bilərik. Müxtəlif sektorlar ixtisaslı və qeyri-peşəkar işçilərin nisbətinə görə çox fərqlənir. Məsələn, 1910-cu ildə ABŞ-da domna peçlərində və poladəritmə zavodlarında 400 min fəhlədən 200 mini işləyirdi, yəni, fəhlə qüvvəsinin yarısı, yerdə qalanı isə əsasən ixtisaslı işçilər idi.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz


Həmin vaxtlarda işçilərin başlıca vəzifəsi materialların içəri daşınmasından ibarət idi. İxtisaslı işçilər isə mütəxəssislər idi, onlar konkret tapşırıqları yerinə yetirirdilər və ya işlərin təşkili ilə məşğul olurdular. Digər sahələrdə başqa cür nisbət hökm sürürdü: avtomobilqayırma sənayesində fəhlələr azlıq təşkil edirdi və ixtisaslı mütəxəssilərin sayı kifayət qədər çox idi.

Mühəndislər, məs, avtomobillər üçün müxtəlif detalları hazırlayırdılar. Dülgərlər kuzovu hazırlayırdılar. Müxtəlif növ işlərin yerinə yetirilməsindən ötrü fərqli strategiyalardan istifadə olunurdu. Zaman keçdikcə həm ixtisaslı, həm də ixtisassız fəhlələr adi vəzifələri yerinə yetirən hər hansı bir orta ixtisasa malik işçilər ilə əvəz olunurdular.

Növbəti cədvəl ABŞ və Böyük Britaniya üçün kapitala dəyərinə olan nisbətində ixtisalı və ixtisassız işçilər üçün əməkhaqqı səviyyəsini göstərir. 1900-cü ilə qədər ixtisassızlarla ixtisaslılar arasında çox kiçik fərq olub. Vəziyyət ixtisaslı işçilər üçün fərqlidir: ABŞ-da onların əməkhaqqı kapitalın qiymətinə nisbətən çox yüksəkdir ki, bu da texnologiyaların təkamülü baxımından ölkələr arasında əhəmiyyətli fərqlərə gətirib çıxarır.

Biz niyə belə bir fərq görürük? Hər iki halda iqtisadiyyatın əhəmiyyətli dərəcədə artması olmuşdur. Böyük Britaniya dünya bazarına xidmət etmək üçün istehsalı artırıb, ABŞ isə qərb ərazilərinin mənimsənilməsinə çalışıb. Birləşmiş Ştatlarda ixtisassız əmək üçün tələbat artsa da, fermerlərin Avropadan axını əmək haqlarının artmasının qarşısını almışdı.

Bu əmək bazarının qloballaşması idi. İxtisaslı işçilər daha çox əməkhaqqı alırdılar, çünki rəqabət yox idi, ixtisassız əmək isə mühacir-fermer axını üzündən maaşların yüksəlməsindən məhrum olmuşdu. Böyük Britaniyada sənaye iqilabının nəticəsi olaraq işçi qüvvəsinin artıqlığı müşahidə edilirdi, fermerlərin immiqrasiyası da yox idi, buna görə də maaşlarda heç bir fərq yox idi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 607 608 609 610 611 612 613 2. 391