» » » Tenderə necə qoşulaq? Tenderin təşkili (Şərtlər, qanunvericilik, həll yolları) – II yazı

Tenderə necə qoşulaq? Tenderin təşkili (Şərtlər, qanunvericilik, həll yolları) – II yazı

posted in: Xəbər | 0
birbank biznes

tenderin təşkili, mərkəzləşdirilmiş mühasibatlıqTender özlüyündə mütləq şərtlərə riayət edilməsini əks etdirən mmürəkkəb bir sistem olduğu üçün bu mürəkkəb sistemə bələd olmaq tenderi udmağa müsbət stimul verən amillərdəndir. Tender o halda keçirilir ki, iddiaçıların sayı minimum 3 nəfər olsun. Əks halda tenderin keçirilməsindən imtina edilir.

Tender bir neçə üsulda aparılır:

  • Açıq tender. 50 min manatdan yuxarı mal (iş və ya xidmət) alındıqda açıq tender üsulu tətbiq edilir. Müəssisə il ərzində bir neçə müqavilə ilə də 50 min manatdan yuxarı mal aldıqda bu üsula əməl etməlidir.
  • İkimərhələləli tender. Bu üsuldan müəyyən hallarda istifadə edilməsi mümkün sayılır. Bu hallara aiddir:

– malların (işlərin və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə, satınalan təşkilat satınalmalara dair tələbatını ödəmək üçün ən məqbul qərarı qəbul etmək məqsədi ilə:

– satınalan təşkilat elmi-tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi ilə müqavilə bağlamaq istədikdə.

  • Məhdud iştiraklı və ya qapalı tender. Məhdud iştiraklı tender üsulundan aşağıdakı hallarda istifadə edilir:

– həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar (işlər və xidmətlər) yalnız məhdud sayda potensial malgöndərənlərdə (podratçılarda) olduqda;

– çoxsaylı tender təkliflərinə baxılması və onların qiymətləndirilməsi üçün tələb olunan vaxt və xərclər satın alınacaq malların (işlərin və xidmətlərin) dəyəri ilə mütənasib olmadıqda;

Qapalı tender üsulundan isə malların (işlər və xidmətlər) müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduğu halda istifadə edilir.


Tenderə necə qoşulaq? Tenderə hazırlıq (Şərtlər, qanunvericilik, həll yolları) – I yazı


Tenderdən bəhs edərkən tender komisssiya barədə məluçat verməmək mümkün deyil. Bu komissiya tək sayda, azı 5 nəfər olmaqla alıcı təşkilatın mütəxəssisləri və əlaqədar təşkilat nümayəndələrindən ibarət tərkibdə olur. Tenderlərin keçirilməsi barədə elanlar üçün də müəyyən müddətlər göstərilmişdir. Belə ki,

  • Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur.
  • ikimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir.

Tender komissiyası tender üzrə təklifləri yoxlamaq və daxil olma ardıcıllığı ilə açmaq  hüququna malikdir. Komissiya qərarı müstəqil verir və qərarı üzvlər mütləq imzalamaq öhdəliyi daşıyır. Qərar üzvlərin dörddə üçünün iştirakıyla qəbul olunur. Tenderdə ən aşağı və ya ən sərfəli təklif verən iddiaçı qazanmış sayılır. Qazanan tender iddiaçısı ilə 5 bank günü ərzində müqavilə bağlanmalıdır. Növbəti 5 bank günü ərzində isə müqavilənin icrası barədə iddiaçıya məlumat verilməlidir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun