Eyni əməliyyat üzrə həm NKA çeki, həm də E-qaimə verilirsə bu zaman ƏDV tutulan dövriyyə necə müəyyən edilir?

posted in: sual-cavab, Xəbər | 0

ƏDV tutulan dövriyyə NKA çeki E-qaiməSual: Müəssisəmiz yanacaq məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. Müəssisənin bir sıra şirkətlərlə müqaviləsi vardır ki, şirkətlərin sürücülərinə ay ərzində təqdim edilmiş yanacağa görə həmin şirkətlərə elektron qaimə-faktura göndərilir. Qeyd etmək lazımdır ki, yanacağın bu formada satışı zamanı sürücülərə nəzarət-kassa aparatının çeki də təqdim olunur ki, bu zaman həmin məbləğlər dövriyyəyə iki dəfə daxil edilmiş olur. Müəssisə əlavə maliyyə itkisinə məruz qalmamaq üçün nə etməlidir?

Cavab: Bildiririk ki, topdansatış qaydasında ticarət fəaliyyətini həyata keçirən şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün nəzarət-kassa aparatının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Topdansatış ticarət obyektlərindən sahibkarlıq fəaliyyəti subyektlərinə malların təqdim edilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Eyni zamanda vergi ödəyiciləri ilə bağlanmış müqavilə əsasında onların işçiləri tərəfindən alınan yanacaqlara görə elektron qaimə-faktura ilə yanaşı nəzarət-kassa aparatının çeki təqdim edildiyi halda vergitutma məqsədləri üçün həmin əməliyyatlara bir əməliyyat kimi baxılmalı və vergi orqanına bu əməliyyatlar barədə məlumatlar təqdim edilməlidir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü və 71-1-ci maddələri ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müəssisədaxili intizam qaydaları nədir?

posted in: Xəbər | 0

Müəssisədaxili intizamMüəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.

Müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.

Qeyd: Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri “əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək”dir. İşəgötürənin əsas hüquqlarından biri “işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək”dir.

İşəgötürən Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılmasını həyata keçirə və ya müəssisədaxili intizam qaydalarını pozduğuna görə işçinin barəsində tənbeh tədbiri görə bilər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası Şurasının gələn il üçün iş planı təsdiq edilib

posted in: Xəbər | 0

auditorlar palatasıBu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə Palataya istinadən xəbər verilir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. Auditorlar Palatası Şurasının 2022-ci il üzrə iş planının təsdiq edilməsi;

2. Auditin dəyərliliyinin yüksəldilməsi istiqamətində tədbirlərin müntəzəm həyata keçirilməsi;

3. Auditorların auditor xidməti bazarında haqsız və qeyri-qanuni hərəkətlərə görə məsuliyyət tədbirləri sisteminin təkmilləşdirilməsi;

4. Mikro, kiçik və orta auditor təşkilatlarında və sərbəst auditorlarda işin keyfiyyətinə nəzarətə dair metodik vəsait;

5. “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi üzrə 2022-ci il üçün Plan-qrafik”lərin təsdiq edilməsi;

6. Auditor xidmətində dempinqə qarşı mübarizəyə dair tövsiyələr;

7. Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin KİV-lər vasitəsilə məlumatlandırılması;

8. Vətəndaşların qəbulunun, ictimai nəzarətin, Appelyasiya komissiyasının fəaliyyətinin təşkili, daxil olmuş ərizə və şikayətlərə baxılması;

9. Auditin keyfiyyətinə dair daxil olmuş müraciət, ərizə və şikayətlər üzrə araşdırmaların aparılması.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 1 milyon manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

posted in: Xəbər | 0

Dövlət Əmək MüfəttişliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 11 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 1 milyon 24 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 1 milyon 6 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Yanvar-noyabr aylarında 28 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 610 611 612 613 614 615 616 2. 391