» » » Peşəkar Mühasib Sertifikatı imtahanının nəticələri elan olunub

Peşəkar Mühasib Sertifikatı imtahanının nəticələri elan olunub

posted in: Xəbər | 0
birbank biznes

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün imtahanın 2021-ci il dekabrın 19-da keçirilən I mərhələsinin nəticələri elan olunub.

PMS, Peşəkar mühasib sertifikatı, vergi orqanlarında işləmək, Peşəkar mühasib sertifikatı imtahanı, Peşəkar mühasib sertifikatıMəlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 205 nəfər iştirak edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Dekabrın 26-da keçirilən PMS imtahanının II mərhələsinin nəticələri isə yaxın 10 gün ərzində elan olunacaq.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 28-29 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında ərizə dolduraraq qeydiyyatdan keçməlidirlər. Apellyasiya komissiyasına daxil olan müraciətlər 5 yanvar 2022-ci il tarixindən etibarən araşdırılacaq və cavab veriləcək.


Mənbə: dim.gov.az