Azərbaycandakı sosial fondlar mənfəət vergisindən azad oluna bilər

posted in: Xəbər | 0

vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuAzərbaycanda korporativ sosial məsuliyyəti çərçivəsində ictimai və sosial məqsədlər üçün yaradılan fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi təklif olunur.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məlum olduğu kimi, 1 yanvar 2019-cu ildən başlayaraq vergi ödəyiciləri tərəfindən sosial məsuliyyət çərçivəsində elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vəsaitin müəyyən hissəsi həmin şəxslərin mənfəət vergisi öhdəliyindən azaldılır.

Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, habelə Vətən müharibəsində şəhid olan və yaralanan şəxslərin sağlamlıqlarının bərpa edilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən Qarabağ Dirçəliş Fondu və Yaşat Fondu yaradılıb.

Bu məqsədlə 2021-ci ilin 1 yanvar tarixindən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu və digər bu kimi fondlara ianə formasında köçürülən məbləğlərin 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnvestisiya şirkətləri və ABŞ-a investisiya yatırma mexanizmi (1-ci hissə)

posted in: Xəbər | 0

İnvestisiya şirkətləri və ABŞ-a investisiya yatırma mexanizmi (1-ci hissə)investisiya şirkətləri

1980-cı ildə ABŞ-da investisiya şirkətlərinin idarəetməsində 7 milyon investorun hesablarında 60 milyard dollar olub. 1994-cü ildə investisiya şirkətlərinin ümumi sərmayə yatırımları 2 trilyon dolları ötüb keçmiş, investor hesablarının sayı isə 80 milyona çatmışdı. Təxmini qiymətləndirmələrə görə, bu hesablara təqribən 33 faiz amerikan ailələri sahiblik edirlər.

İnvestisiya şirkətləri

ABŞ-da bir neçə növ investisiya şirkəti var ki, bunların arasında ən çox geniş yayılanı idarəedici şirkət adlandırılanlardır. Bu şirkətlər səhmdar cəmiyyətlərdir, pul yatırmaqla onların səhmlərini satın almaq mümkün idi. Səhmdar gəliri dividend və onlara faiz şəklində, həmçinin səhmlərin dəyərinin artması hesabına əldə edir. İdarəetmə şirkətləri dövlət investisiya şirkətləri və ya qarşılıqlı fondlar və qapalı investisiya şirkətləri və ya qapalı tipli trestlərə bölünür. Amerika investisiya şirkətləri 1940-cı il tarixli investisiya şirkətləri haqqında Qanunla tənzimlənir. Hər iki növ investisiya şirkəti üçün minimum aktiv ölçüsü 100 000 ABŞ dolları təşkil edir.

Açıq şirkətlər (qarşılıqlı fondlar) yalnız adi səhmləri buraxmaq hüququna malikdirlər ki, bu da investor üçün əvvəlcədən müəyyən oluna bilinməyən gəlirdir. Fondun kapitalının idarə edilməsinin uğurundan asılıdır. Açıq investisiya şirkətləri, ilk tələb üzrə səhmdarlarından buraxılmış səhmləri satın almağı öhdələrinə götürürlər. Beləliklə, bu səhmlər yalnız şirkətdən əldə edilə bilər və eyni şəkildə satıla bilər. Açıq fondun səhmlərinin dəyəri 1 səhmə düşən xalis aktivlərin dəyərinə əsaslanaraq müəyyən edilir.

Arayış. Təmiz aktivlər dedikdə, artıq istehsal olunmuş və ya yaxın vaxtlarda baş verməli olan xərclər çıxılmaqla fondun bütün kapitalı başa düşülür. 1 səhm üzrə aktivlərin xalis dəyəri fondun xalis aktivlərinin buraxılmış səhmlərin sayına bölünməsi yolu ilə müəyyən edilir. Qarşılıqlı fondların aktivlərinin xalis dəyəri gündə ən azı 1 dəfə hesablanır. “Uoll strit cournel” jurnalı əvvəlki gün ərzində qarşılıqlı fondlar səhminə düşən aktivlərin xalis dəyəri haqqında məlumatları dərc edir.

ABŞ-da qarşılıqlı fondlar daha geniş yayılıb, çünki fondda onun səhmlərini satmaq həmişə mümkündür, uzunmüddətli perspektivdə onlar bank depozitlərinə nisbətən daha yüksək gəlirlilik nümayiş etdiriblər, bundan əlavə, onların fəaliyyəti haqqında məlumat investorlar üçün tamamilə açıqdır. Aşağıda, investisiya şirkətlərinin ümumi baxışından sonra, qarşılıqlı fondları ayrı-ayrılıqda nəzərdən keçirəcəyik.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda 30-a yaxın auditorun fəaliyyəti dayandırıla bilər

posted in: Xəbər | 0

auditorlar palatasıAuditorlar Palatası bu ilin I yarısında üzvlük haqqının ödənilməsi vəziyyəti barədə qərara əməl etməyən – noyabrın 1-nə qədər quruma borclu olan auditor təşkilatlarının və sərbəst auditorların siyahısını açıqlayıb.

Siyahıda 17 hüquqi və 10 fiziki şəxsin adı var.

Onlar aşağıdakılardır:

– “ASON AUDİT” MMC – (direktor Vəkilov Orxan)
– “Audit Planing and Strategy” MMC – (direktor Məmmədov Ürfət)
– “Consulting Service of Baku” MMC – (direktor Qədirov Vidadi)
– ”Davud Mamedov” MMC – direktor (Məmmədov Davud)
– “EON Audit” MMC – (direktor Ağayev Orxan)
– “Eurocond Plus” MMC- (direktor Camal-zadə Anar)
– “Fairness Consalting Grup” MMC – (direktor Məmmədov Eldəniz)
– “İnvest Audit” MMC- (direktor Osmanlı Elnur)
– “Moore Stephens Azərbaycan” MMC – (direktor Əhmədov Fariz)
– “Next Audit Konsalting” MMC – (direktor Həsənov Bəhlul)
– “ONZ Accounting” MMC – (direktor Orucov Nurlan)
– “Premium Audit” MMC – (direktor Kərimov Natiq)
– “Proqress Audit” MMC – (direktor Məmmədov Kamal)
– “RSM Azərbaycan” MMC – (direktor Məhərrəmov Tural)
– “RM Audit” MMC- (direktor Miriyev Rasət)
– “V.İ.P Audit” MMC – (direktor Fərəcov Elçin)
– “VXA AUDİT” MMC – (direktor Qurbanov Elçin).
– Eminov Otello Zəkəriyyə oğlu
– Əliyev İbiş Müseyib oğlu
– Fətiyev Üzeyir Cəmil oğlu
– İsayev Telman Mabud oğlu
– Quliyev Elçin Vaqif oğlu
– Mikayılzadə Raqif Rami oğlu
– Rzayev Akif Məlik oğlu
– Sadıxov Musa Sərxan oğlu
– Tağıyev Vasif İbrahim oğlu
– Yusifova Gülnarə İsfəndiyar qızı.

Auditorlar Palatası bəyan edib ki, auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti sistemində şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar sifarişçilərin mənafelərinin qorunması məqsədilə üzvlük haqqını tam ödəməyən auditor təşkilatları və sərbəst auditorların fəaliyyəti gələn il yanvarın 1-dən dayandırılacaq və bu barədə məlumat onların risk qrupunda olmalarının sifarişçilərin nəzərlərinə çatdırılması məqsədilə qurumun internet səhifəsində yerləşdiriləcək.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Acca nədir? Karyeramızda olan rolu

posted in: Xəbər | 0

Acca ( Assosiation of chartered certified accountants) – sertifikatlı mühasiblər assosiasiyası. 1904-cü ildə təsis edilmişdir. Dünyanın 179 ölkəsində tanınır və 233 000 üzvü (member) vardır. Özündə 13 əsas imtahanı birləşdirən bu assosiasiyanın üzvü olmaq üçün bütün imtahanlardan keçmək tələb olunur.

İmtahanlar 3 hissəyə ayrılır:

Tətbiqi bilik səviyyəsi tələb edilən – 3 imtahandan ibarətdir:

  • BT- Business and technology – biznes və texnologiya;
  • MA – Management accounting – İdarəetmə uçotu;
  • FA – Financial accounting – Maliyyə uçotu

Tətbiqi Bacarıqlar səviyyəsi 6 imtahandan ibarətdi:

  • LW – Corporate and business law – Korporativ və Biznes Hüququ;
  • PM – Performance management – Performans İdarəetmə;
  • TX – Taxation – Vergi;
  • FR – Financial reporting – Maliyyə Hesabatı;
  • AA – Audit and assurance – Audit və Təminat;
  • FM –Financial management – Maliyyə menecmenti;

Strateji Peşəkar səviyyə 4 imtahanı əhatə edir: Əsas və seçim olan 2 hissədən ibarətdir:

Əsas (və ya məcburi):

SBL – Strategic business leader -Strateji Biznes Lideri

SBR – Strategic business reporting -Strateji Biznes Hesabatı

Seçimlər:

  • AFM – Advanced finance management – Təkmil Maliyyə İdarəetmə
  • APM – Advanced performance management – Qabaqcıl Performans İdarəetmə
  • ATX – Advanced taxation – Qabaqcıl Vergi
  • AAA – Advanced audit and assuarence -Təkmil Audit və Təminat Acca

Bundan əlavə Dipifr – Diploma in international financial reporting  imtahanları da təşkil edir.

Xüsusilə İFRS ( İnternational financial reporting standarts) biliklərinizi sübut edəcəyiniz bu imtahanda sertifikatı əldə edərək karyeranız üçün töhvə vermiş olarsınız.

Maliyyə uçotu (FA), əsasən bizneslərdə maliyyənin ilkin əməliyyatları və eyni zamanda bəzi yeni anlayışlara toxunulur. Mövzularına misal olaraq: inventarlar, maddi uzunmüddətli aktivlər, qeyri – maddi uzunmüddətli aktivlər, öncədən hesablamalar, öncədən ödnişlər və s.

İdarəetmə uçotu (MA), materialların uçotu , əməkhaqqının uçotu, qaimələr və s. mövzuları birləşdirir. Əsasən istehsal müəssisənin maliyyə tərəfini özündə əhatə edir. Ölkəmizdə günü gündən daha çox tələb olunan bu sertifikatlar, işə qəbulda bizim üçün bilgilərimizin nümayişidir. Hal-hazırda İFRS tətbiq edən şirkətlərin bir çoxunda mütəxəssislər üçün olan tələblərdəndir.


Müəllif: Murad Niftalizadə



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 612 613 614 615 616 617 618 2. 382