Təhtəlhesab şəxs nə vaxt aylıq limitdən artıq vəsait xərcləyə bilər?

posted in: Xəbər | 0

barter əməliyyatları, Vakansiya, Vergi üzrə MühasibAzərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilən “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”sının 2.6-cı bəndinə əsasən, vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 (beş) iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir.

Qaydaların tələbini şərh edən iqtisadçı Anar Bayramov bildirib ki, təqvim ayı ərzində təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən hədlərlə məhdudlaşdırılır. Həmin qanunun 3.5-ci maddəsinə əasən, vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada alınan aşağıdakı mallar üzrə məxaric aylıq limitə daxil edilmir:

– kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

– əlvan və qara metal qırıntılarının qəbulu;

– utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

– utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

– xam dərinin tədarükü (alışı).

Misal 1: ƏDV ödəyicisi ay ərzində kassadan təhtəlhesab şəxsə 40 000 manat məbləğində vəsait məxaric edib. Onun 12 000 manatı kənd təsərrüfatı məhsullarının istehsalçılarından məhsulların qəbuluna sərf olunub. Bu halda aylıq məxaric 40 000 manat olsa da, limit həddi aşılmayıb.

Qaydalarda qeyd olunan digər istisna vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi ilə bağlıdır.

Misal 2: Sadələşdirilmiş vergi ödəyicisi təqvim ayı ərzində təhtəlhesab şəxs vasitəsilə 40 000 manatı vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsinə sərf edib. Təbii ki, dövlət qurumlarının özünə ödənişlər birbaşa olmadığı üçün, həmin vəsaitlər poçt, yığım qəbul edən qurumun bank hesabı və (və ya) ödəniş terminalları vasitəsilə həyata keçirilib. Bu halda vergi ödəyicisi nağd əməliyyatlar üzrə qaydaları pozmuş sayılmır, çünki təqvim üçün aylıq limitə vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi məbləğləri daxil edilmir.

Qaydalara əsasən, bank hesabına pul vəsaitinin mədaxil olunması üçün təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği də istisna edilir.

Bu hal vergi ödəyicisinin kassa hesabına yığılan vəsaitlərin bank hesabına qoyulması ilə bağlıdır.

Misal 3: Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin 2021-ci ilin fevral ayı ərzində kassasına daxil olan 25 000 manat vəsait təhtəlhesab şəxs vasitəsilə bank hesabına yerləşdirilib. Sadələşdirilmiş vergi ödəyicisinin aylıq limitinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə 15 000 manat müəyyən edilməsinə baxmayaraq, 25 000 manat təhtəlhesab şəxs vasitəsilə bank hesabına yerləşdirildiyi üçün limitə aid edilməyəcək.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılırmı?

posted in: sual-cavab, Xəbər | 0

Yararsız malların uçotdan silinməsiyararsız mallar yararsız malların uçotdan silinməsi

Sual: Xahiş olunur geniş şəkildə izah verəsiniz və əsaslandırasınız. Alınan və ya idxal edilən yararsız malların (təchizatçıya qaytarılmırsa) malın uçotdan silinməsi, ləğv edilirsə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılan xərcdir, yoxsa sərbəst mənfəət hesabına silinir? Eyni zamanda istehsal prosesi zamanı zay olan məhsul və ya istifadə müddəti bitmiş, satılmayan hazır məhsul utilizasiya olarsa ləğv edilən malın dəyəri gəlirdən çıxılan xərcdirmi? Xahiş olunur ətraflı izah verəsiniz.

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müraciətinizdə qeyd olunan yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 159.5-ci maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müəssisənin əmlak vergisinin hesablanması

posted in: Xəbər | 0

Əmlak vergisi, Auditor, Vakansiya, Maliyyə, dövrlər, vergi öhdəlikləri Sadələşdirilmiş vergi ödəyicisiVergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri vergitutma obyekti sayılır. Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinin əməkdaşı Hüseyn Hacıyev bildirib ki, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq, yəni müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki il üzrə qalıq dəyərindən həmin il üçün hesablanan amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərinin toplanıb 2-yə bölünməsi ilə müəyyən edilir.

Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi Vergi Məcəllənin 14.3.4-cü maddəsinə əsasən, yəni bazar qiyməti kimi müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Vergi Məcəlləsinin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.

Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.

Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.

Misal: Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan müəssisə aprel ayında 5000 manatlıq əmlak (avadanlıq), iyul ayında isə 3000 manatlıq əmlak (avadanlıq) əldə edir.

Bu halda 2-ci rüb üçün əmlak vergisi üzrə cari vergi ödənilmir.

3-cü rüb üçün avqust ayının 15-nə kimi ödəməli olduğu cari əmlak vergisinin məbləği aşağıdakı kimi hesablanır:

(5000 + 4000 (amortizasiya çıxılmaqla))x8/24×1%x20%=6 manat.

4-cü rüb üçün noyabr ayının 15-nə kimi ödəməli olduğu cari əmlak vergisinin məbləği aşağıdakı kimi hesablanır:

(5000 + ((5000 +3000) – (5000 +3000)x20%))x8/24×1%x20%=7.6 manat.

Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlar ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank Müştəri Bank-da mütəmadi olaraq hüquqi şəxs və fərdi sahibkarlara daha rahat və onlayn xidmətlər təqdim edir. Artıq sahibkarlar Müştəri Bank vasitəsilə mal və xidmətlərə görə ödənilən ƏDV-ni avtomatik olaraq formalaşdırıb, ödəyə bilərlər.

İndiyədək sahibkarlar ƏDV-ni manual olaraq özləri hesablayıb, sonra ödənişi həyata keçirə bilirdilər. Lakin yeni onlayn funksiya vasitəsilə sahibkarlar həm vaxtlarına qənaət etmiş olacaqlar, həm də hesabatlığı daha rahat formalaşdıra biləcəklər. Çünki ƏDV-nin məbləği Müştəri Bank tərəfindən avtomatik hesablanır və sahibkar tərəfindən əlavə ödəniş tapşırığının hazırlanmasına ehtiyac yoxdur.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 614 615 616 617 618 619 620 2. 391