“Azərkosmos” auditor seçib

posted in: Xəbər | 0

Auditor VakansiyaRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərkosmos” ASC maliyyə hesabatlarının beynəlxalq standartlara (IFRS) uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC-dir.

Qalib şirkətə 34 min manat ödəniləcək.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (5-ci hissə)

posted in: Uncategorized | 0

Mühasibat uçotunun inkişaf mərhələləri (5-ci hissə)mühasibat uçotu

Qədim Misir

Bir neçə min il bundan əvvəl insanlar təsərrüfat həyatı faktlarını qeyd etmək üçün papirus yaratmağı öyrəndilər. Lülə halında bükülmüş kağızların uzunluğu 4-5 m idi, qeydlər qara və qırmızı tuş vasitəsilə yazılırdı: il qara, ay və gün qırmızı, xüsusi rəqəmlər qara, yekun qeydlər isə qırmızı rənglə aparılırdı. Papirus kağızlarında cədvəl şəklində inventarların qeydə alınırdı. Qədim Misirdə (e.ə.3400-2980-ci illər) hər iki ildən bir daşınar və daşınmaz əmlakların inventarlaşdırılması həyata keçirilirdi, daha sonralar isə fasilə ilə baş tutan inventarlaşdırmalar cari uçotla əvəz olundu.

Uçotun məqsədi gümüş, çörək və digər təbii məhsulların alınmasının və verilməsinin həqiqiliyinin yoxlanılmasından ibarət idi. İqtisadi həyat faktları üç nəfər tərəfindən rəsmiləşdirildi: onlardan biri papirusda buraxılış üçün nəzərdə tutulan dəyərlərin sayını qeyd edirdi, ikincisi faktiki dəyərləri yanına qoyurdu, üçüncüsü isə ədədləri müqayisə edir və aşkar olunmuş sapmalar haqqında qeydləri yazırdı, yoxlanılmış sənədlərdə uzununa xətt çəkirdi.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


Qiymətli dəyərlər anbardan yalnız sənədlərdə səlahiyyətli şəxsin icazə ilə bağlı qeydi olduqda buraxılırdı və bu zaman anbar müdiri tərəfindən müşaiyətedici sənədlər də əlavə olunurdu. Anbarda işləyən məsul şəxslər dəyərlərin gündəlik olaraq ödəyicilərə və alıcılara çatdırılması zamanı adlı siyahə tərtib edirdilər. Anbardarlar gündəlik olaraq anbardakı mallar, onların hərəkəti barədə məlumatlar tərtib edirdilər.

Gündəlik qalıqların çıxarılması iqtisadi fəaliyyətin nisbətən az olması səbəbindən mümkün idi. Maddi uçot smeta təyinatlarının qeydiyyatını nəzərdə tuturdu. Təsərrüfat həyatı faktlarının qeydiyyatı smeta təyinatlarının yerinə yetirilməsinə nəzarət etməyə imkan verirdi. Sənədlər iki və ya üç nüsxədə tərtib olunurdu, qeydlər isə həm təmiz bir kağızda, həm də qaralama deyilən bir kağızda aparılırdı.

Beləliklə, Qədim Misirdə naturalist uçotun təbii konsepsiyası mövcud idi və onun vəzifəsi təsərrüfatda dəyərlərin hərəkətinin daha dəqiq təsvirindən ibarət idi.

Qədim Babilistan

Babilistan lövhəciklər şəklində yumşaq gildən hazırlanan kartoçka uçotunun vətəni oldu. Gilin nəm üz səthinə çubuq ilə qeydlər yazılırdı, sonra isə həmin sənəd günəş altında qurudulurdu. Bir çox sənədlər yaxşı mühafizə olunsun və məxfiliyi qorunsun deyə zərflərdə saxlanılırdı. Sənədlər iki nüsxədə tərtib olunurdu və gil zərflərə qoyulurdu, onların qapaqlarının üzərinə isə möhür vurulurdu, bundan əlavə mühafizə edilən sənədlərin məzmunu, onları tərtib edənlər və tərtib olunduğu vaxt göstərilirdi. Babilistanda vurma cədvəlindən və mürəkkəb faizlərin hesablanmasından ötrü digər cədvəllərdən istifadə edilirdi.

Təsərrüfat həyatı faktları aşağıdakı rekvizitlərlə əks olunurdu:

  1. alınmış əşyaların sayı və növü;
  2. əşyaların alındığı şəxsin adı;
  3. əşyaları alan şəxsin adı;
  4. alındığı vaxt.

Bizlərə gəlib çatan ilkin sənədlər arasında işlərin görülməsi üçün sifarişlər üstünlük təşkil edir, əməkhaqqı xərclərinin iş növünə görə bölüşdürüldüyü bildirilir. Babilistanda işin xarakterindən, işçinin ixtisasından, cinsindən və yaşından asılı olaraq ödəmə tapşırıqlarını normalaşdırmaq üçün “adam-gün” kimi vahiddən istifadə olunurdu. Bizə gəlib çatmış materiallar göstərir ki, hesabatların tərtib edilməsində ciddi müntəzəmlik olmayıb, 3-4 il və 15 il müddəti üçün olan hesabatlar da saxlanıb. Maddi dəyərlərin uçotu aşağıdakı kimi həyata keçirilib: mədaxil və məxaric sənədləri ayrı-ayrı qruplara bölünürdü, bu qruplar daxilində informasiya ayrı-ayrı dəyərlərin adları axınında nəzərə alınırdı, dövriyyələrə görə ilkin qalıqla cəbri şəkildə formalaşan saldo çıxarılırdı və beləliklə də dəyərlərin faktiki mövcudluğu ilə müqayisə edilən son nəticə əldə olunurdu. Bütün məlumatlar kartoçkalarda qeyd edilirdi və burada fərqlərin səbəbləri və çatışmazlığın hansı hesaba aid olduğu göstərilirdi.

Beləliklə, Babilistanda sintetik və analitik uçot yarandı, tacirlərin sərbəst şəkildə uçot apardığı Hammurapi Qanunları tapılmışdı, məbədlər isə – dövlət hesabdarlığına aid uçot aparırdılar ki, bu zaman pulların qəbzsiz verilməsi, etibarsız hesab olunurdu.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxslər tərəfindən kriptovalyutanın alınması zamanı yaranan vergi öhdəlikləri

posted in: Xəbər | 0

vergi öhdəlikləri, kriptovalyutanın alınması, mayninq kriptovalyutaDövlət Vergi Xidmətindən bildirilib ki, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Həmçinin, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Əsaslandırma: Vergi Məcəlləsinin 101.2-ci, 99.3.8-ci və 125.1-1-ci maddələri


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsi bağlamamış işçilərin hüquqları necə tənzimlənir?

posted in: Xəbər | 0

əmək müqaviləsi, Auditor Vakansiya, icbari sığorta müqaviləsiHər il qanunvericiliyin, vergi nəzarəti və əmək təftişləri tədbirlərinin təkmilləşdirilməsinə, maarifləndirici təbdirlərin artırılmasına baxmayaraq ölkəmizdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsi halları hələ də aktual problem olaraq qalmaqdadır. Bəs belə hallarda işçilərin hüquqları necə təmin edilir? Vergi üzrə mütəxəssis İlqar Əsədov bu məsələyə aydınlıq gətirib:

Sözügedən məsələ günümüzdə də aktual olaraq qalmaqdadır. Əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşdirilməsini təsdiq edən sənəddir. Bu sənədin olmaması sonradan işçi üçün ciddi sıxıntılar yaradır. Əmək münasibətlərində daha diktəedici tərəf işəgötürən hesab edilir. Elə buna görədir ki, Əmək Məcəlləsinin bir çox müddəaları əsas etibarı ilə işçiyə qayğı, onun müdafiəsi, onun dövlət tərəfindən himayəyə alınması ruhunda tərtib edilmişdir. Bu səbəblədir ki, əmək müqaviləsi bağlamamış işçiyə qarşı hər hansı tədbir nəzərdə tutulmamış, işəgötürənə isə İnzibati Xətalar Məcəlləsində cərimə müəyyən edilmişdir.

Əmək müqaviləsi bağlamadıqda işçilər hansı hüquqlarından məhrum olur?

Əmək müqaviləsi bağlamadıqda işçilər bir sıra hüquqlarından məhrum olurlar. Belə ki, onlara əmək kitabçası açılmır və iş stajı hesablanmır. Münasibətlərin rəsmiləşdirilməməsi pensiya təminatına mənfi təsir edir. Eyni zamanda, ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququ, hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar və onlarla imzalanmış müqaviləyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir. Əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər. Müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə və xəstəlik vərəqəsi təqdim edərsə də müavinət ala bilmirlər. Həmçinin işəgötürən müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə Əmək Məcəlləsində göstərilən tələblərə əməl etmədən şifahi qaydada xitam verə bilər.

Əmək müqaviləsi bağlandıqda burada hər bir işçinin qəbul olunduğu peşə və ya vəzifə göstərilir. İşçi və işəgötürən bu peşə və ya vəzifə üzrə öz üzərlərinə müəyyən vəzifə və ya öhdəliklər götürürlər. Əmək müqaviləsi bağlanmadıqda işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina edə bilər, digər tərəfdən isə, işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək əsası ilə və işdən azad etməklə əmək münasibətlərinə xitam verə bilər.

Əmək müqaviləsinin bağlanmaması işəgötürən tərəfindən işçinin sağlamlığına, əməyin mühafizəsinə, sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaratmaq barədə qanunla nəzərdə tutulan öhdəliyindən imtina etməsinə, iş və istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl etməməsinə şərait yaradır. İşəgötürən tərəfindən işçinin sosial müdafiə olunma, güzəşt və imtiyazlardan istifadə etmə, məcburi və əlavə sığortalar və s. kimi öhdəliklərdən imtina etməsi ilə nəticələnir.

Əmək müqaviləsi bağlanmadıqda və aylıq əmək haqqı göstərilmədikdə işçi hər hansı bir mübahisə yaranarsa, faktiki aldığı əmək haqqını tələb etmək hüququnu və qanunla ona ödənilməli olan müavinətləri itirir.

Əmək müqaviləsi bağlamamış işçi ilə işəgötürən arasındakı mübahisələrin həlli…

Bir çox sahibkarlar elə düşünürlər ki, işçi ilə əmək müqaviləsi bağlamayıblarsa, onların maaşından kəsə və ya ümumiyyətlə verməkdən imtina edə bilərlər. Əslində isə bu belə deyil. Çünki istənilən mübahisə tərəflər arasında öz həllini tapmazsa, sonda məhkəmə yolu ilə həll olunacaqdır və əmək müqaviləsinin bağlanılmaması hələ o demək deyil ki, məhkəmə işçinin iddiasını rədd edəcək və işçinin haqqları təmin edilməmiş qalacaqdır.

Əmək müqaviləsi bağlamamış işçi ilə işəgötürən arasında hər hansı, o cümlədən ödənilməmiş əmək haqqları kimi mübahisələr məhkəmə orqanlarında əmək müqaviləsi olmadığına görə Mülki Məcəllə ilə öhdəlik hüquqlarına uyğun olaraq baxılır. Əgər istintaq zamanı həqiqətən işçinin həmin müəssisədə, (tikinti yerində, zavodda və s.) çalışdığı və onun əmək haqqısının ödənilmədiyi təsdiqlənərsə, işəgötürənin işçiyə olan öhdəliyi təmin edilə bilər. İstintaq və işçi üçün bunu sübut etmək o qədər də çətin olmayacaqdır. Müəssisədə işləmiş işçi yalnız işçilərin bilmək imkanı olduğu məlumatları, işin incəliyi, müəssisəyə və onun fəaliyyətinə məxsus digər səciyyəvi cəhətləri, digər işçilər ilə olan yazışmaları və iş üçün əhəmiyyətli hesab edilən digər məlumatları təqdim etməklə mövqeyini müdafiə etməkdə çətinlik çəkməyəcəkdir. Məhkəmə təcrübəsində bənzər hallar olmuş və işçilərin hüquqları təmin edilmişdir. Bununla belə, işçilər bilməlidirlər ki, əmək müqaviləsi bağlamadıqda bir sıra hüquqlarını tamamilə itirəcək və heç məhkəmə yolu ilə belə bərpa edə bilməyəcəklər.

Əmək müqaviləsi bağlamayan işəgötürənləri nə qədər cərimə gözləyir?

İstintaq zamanı işəgötürənlər özlərini aşağıdakı risklərə salmış olacaqlar: İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllərin təkrar törədilməsi isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əmək münasibətlərinin leqallaşması cəmiyyətin sosial rifahına əhəmiyyətli təsir edir. Bu səbəblə də işçiləri hüquqlarını tələb etməyə, işəgötürənləri isə qanunvericiliyin tələblərinə riayət etməyə dəvət edirik. Müsbət haldır ki, son illər ölkədə bu istiqamətdə görülmüş işlər sayəsində bağlanmış əmək müqavilələrinin sayında xeyli artım müşahidə olunmaqdadır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 617 618 619 620 621 622 623 2. 391