ƏDV ödəyicisi olmayan vergi ödəyicisi əvvəlki tarixə ƏDV ödəyicisi ola bilərmi?

posted in: Xəbər | 0

ƏDV ödəyicisi, Mühasib Vakansiya, xərclər, gəlir,Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər istisna olmaqla, digər ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri əvvəlki 3 il ərzində istənilən vaxt ƏDV qeydiyyatına düşə bilər. İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, bu zaman bəzi vacib məqamlar gözlənilməlidir.

Burada birinci məqam ondan ibarətdir ki, müddət 3 ildən çox olmayan dövrü əhatə etməlidir. Yəni, vergi ödəyicisi 3 ay və ya 6 ay, 1 il və ya 2 il və s. müddət üçün qeydiyyata alına bilər. Bu zaman vergi ödəyicisi qeydiyyatı qüvvəyə mindiyi tarixdən vergiyə cəlb olunan əməliyyatlar üzrə ƏDV ödəməlidir.

İkinci məqam – Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir.

Üçüncü məqam – vergi ödəyicisi öncəki dövrlər üçün əvəzləşdirmə həyata keçirməsi üçün, ödənişləri Vergi Məcəlləsinin əvəzləşdirilmə qaydalarına uyğun həyata keçirməlidir. Yəni, mal və (və ya) iş (xidmətin) dəyərini bank hesabından ƏDV ödəyicisi olan vergi ödəyicisinin bank hesabına ödəməlidir. Həmçinin həmin mal və (və ya) iş xidmətə görə hesablanan ƏDV məbləğini isə qarşı tərəfin ƏDV depozit hesabına ödəməlidir.

Dördüncü məqam – vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün bu maddənin məqsədləri üçün nəzərdə tutulan elektron qaimə-fakturaları təqdim etmək hüququna malikdir.

Misal: Sadələşdirilmiş vergi ödəyicisi 6 ay öncəki dövr üçün ƏDV qeydiyyatına alınmaqla bağlı müraciət edir. Fərz edək ki, vergi ödəyicisinin həmin dövr üzrə 50 000 manat dövriyyəsi olub. Bu zaman vergi ödəyicisi qarşı tərəflərə həmin dövriyyə üzrə elektron qaimə-faktura təqdim edəcəyindən, dövriyyənin tərkibinə ƏDV məbləğini də daxil etməlidir. Yəni, vergi ödəyisi elektron qaimə-fakturada malın dəyərini 50 000 manat yox, 42 372,88 manat qeyd edəcək. Çünki malın dəyərinə 7627.12 ƏDV (50 000 manat (dövriyyə) – 42 372,88 manat (malın ƏDV-siz dəyəri)) hesablamalıdır. Dövriyyədən ƏDV-siz malın dəyərini hesablamaq üçün ümumi dövriyyəni 1,18-ə bölmək lazımdır. Misalımızda dövriyyə 50000 manat olduğu üçün malın dəyəri də 42 372,88 (50 000 manat (dövriyyə)/1.18) manat təşkil edəcək. Təbii ki, dövriyyədən malın dəyərini çıxmaqla və ya malın dəyərini 18 faizə vurmaqla hesablanmış ƏDV məbləğini tapmaq mümkündür.

Vergi ödəyicisinin əvvəlki 6 aylıq dövriyyə üzrə dəqiqləşdirilmiş bəyannamə verməsinə ehtiyac yoxdur, elə birinci bəyannamədə əvvəlki 6 aya düşən ƏDV-siz dövriyyəni 42 372,88 manat qeyd etməsi yetərlidir. Bu halda əməliyyat həmin ay ərzində baş vermiş hesab olunur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (5-ci hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (5-ci hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı   

Bunun ardınca biz 1867-ci ildən 1973-cü ilə kimi davam edən sənaye erasına keçid edirik. O, Böyük Britaniya və ABŞ-da baş verib, lakin, mən həmin vaxt iqtisadi lider olan Amerika Birləşmiş Ştatlarından söz açacağam. Həm ABŞ-da, həm də Böyük Britaniyada sənaye istehsalı mümkün coğrafi genişlənmələr imkanları hesabına yüksəlirdi. Böyük Britaniya imperiya idi, onların istehsalı ixracın yüksəlməsi və hər yerdə ənənəvi istehsal üsullarının dağıdılması hesabına artırdı. Nəticədə, biz inkişaf etməmiş, əsasən kənd təsərrüfatı ilə məşğul olan və sənayenin praktiki olaraq yox olduğu ölkələri əldə etdik. ABŞ-da isə qitənin qərbinə doğru hərəkət etmək imkan var idi. Yeni ərazilərin məskunlaşdırılması buma gətirib çıxardı: Böyük Britaniyada olduğu kimi istehsal və əmək haqları artırdı.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


İqtisadçılar, ümumilikdə, işçilərin əmək haqqına və məhsuldarlığına göstərilən texniki dəyişikliklərin təsiri ilə bağlı nikbindirlər. Bu məsələdə nikbinlik ümumiləşdirmə və bütövlükdə dövr üçün baxışla əlaqəlidir. Lakin, vəziyyət müxtəlif insanlar, dövrlər və yerlər üçün fərqlənirdi.

Yaradıcı dağılma o dövrdə elə də güclü və pozitiv deyildi. Mövcud texnologiyaların ekspansiyası baş verirdi, fabriklər getdikcə çoxalırdı. Bu, köhnə modelin dağılması deyildi və bu, həm də sənaye inqilabı deyildi. Nəticədə qərbdə rifahın kütləvi yüksəlişi baş verirdi. Əgər makroməlumatlara nəzər salsaq, məhsuldarlığın dinamikasının və əmək haqqının XIX əsrin ortalarına qədər əvvəlki uyğunsuzluğu aradan qalxmışdı: onlar az-çox sinxronlaşdırılmışdı və 1890-1973-cü illər arasında real maaşlar qədər hər bir işçiyə düşən məhsul da artmışdı.

Bunun adınca innovasiya dalğalarının necə yayıldığına və yeni ixtira mənbələrinin ortaya çıxdığına baxmaq olar. Elmin inkişafı universitetləri də hərəkətə gətirmişdi. Tədqiqat universitetləri texniki bilik mənbəyinə çevrilmişdi. Universitetlər və sənaye arasında əlaqələr yaranmışdı.

Stenford universiteti və Silikon vadisi universitet və sənayenin qarşılıqlı fəaliyyətinin ilk nümunələri deyildi. XIX əsrin ortalarında Almaniya və Birləşmiş Ştatlarla bağlı bir çox nümunələr var. Biz həm də hədəf araşdırmalarının inkişafını müşahidə edirik. Kənd təsərrüfatı və səhiyyə sahələrində konkret problemlərin həlli üçün institutlar yaradılırdı. Məsələn, ABŞ-da XIX əsrin ortalarında Kənd Təsərrüfatı Nazirliyi yaradıldı, onun vəzifəsi sektorun inkişafı üçün yollar axtarıb tapmaq, becərmək üçün məhsul seçmək, qərb ərazilərinin mənimsənilməsi metodlarının işlənib hazırlamaqdan ibarət idi.

Hərbi tədqiqatlar – həm də hədəfli tədqiqatların vacib bir nümunəsi idi, çünki onun nəticələri həm hərbi, həm də sənaye problemlərini həll edirdi. Bir çox hərbi ixtiralar vətəndaş sənayesində öz tətbiqini tapmışdır, məsələn, smartfonlar. Hədəflənmiş tədqiqatlar sənaye sektorunun davamlı inkişafı üçün vacib olan yeni məhsulların ortaya çıxmasına gətirib çıxardı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hesablama metodundan istifadə etməklə gəlir və xərclərin uçotu

posted in: Xəbər | 0

gəlir və xərclərin uçotu, Kənd təsərrüfatı, qeyri-maddi aktivlər mühasibat uçotu vergi uçotuHesablama metodundan istifadə etməklə gəlir və xərclərin uçotu qaydaları Vergi Məcəlləsinin 134 – 136-cı maddələri ilə tənzimlənir. BSC şirkətinin maliyyə işləri üzrə mütəxəssisi Aytən İmamquliyeva “vergiler.az” saytına bildirib ki, hesablama metodundan istifadə edilərkən gəlirlər və xərclər müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt tanınmalıdır.

Yəni, kassa metodundan fərqli olaraq hesablama metodu ilə uçot aparan vergi ödəyicisi müqavilə üzrə işi və ya xidməti tam təhvil almışdırsa, qarşı tərəfə pul vəsaitinin ödənilib – ödənilməməsindən asılı olmayaraq həmin işin və ya xidmətin təhvil alındığı vaxt xərcin çəkildiyi vaxt hesab olunur. Bu zaman vergi ödəyicisi həmin işin və ya xidmətin müqabilində dəqiq müəyyənləşdirilmiş maliyyə öhdəliyini (xidmətin, işin haqqını) qəbul etmiş olur.

Misal 1: Hesablama metodu ilə uçot aparan müəssisə, 2021-ci ilin yanvar ayında 600 manat (aylıq 50 manat olmaqla) bir illik internet xidmət haqqının qabaqcadan ödənişini etmişdir. Bu halda müəssisə hər ay internet xidmətinin göstərilməsi ilə bağlı qarşı tərəflə akt imzalamaqla 50 manat dəyərində xidməti təhvil alır və dəqiq müəyyən edilmiş 50 manat maliyyə öhdəliyini qəbul edir. Bu halda həmin aktın imzalandığı (yəni xidmətin göstərildiyi) aylarda müəssisə 50 manat dəyərində internet xidmət haqqını xərcinə daxil edir.

Misal 2: Hesablama metodu ilə uçot aparan müəssisə, hüquq xidmətinin alışı ilə bağlı müqavilə bağlamışdır. Müqaviləyə əsasən hüquq xidməti 2021-ci ilin noyabr ayında göstərilmişdir. Müəssisə qarşı tərəflə xidmətin göstərilməsi ilə bağlı noyabr ayında akt imzalayaraq xidməti təhvil almış və 2 000 manat xidmət haqqı olan maliyyə öhdəliyini qəbul etmidir. Lakin, 2 000 manat xidmət haqqının ödənişi noyabr ayında edilməmişdir, 2022-ci ilin yanvar ayında ödəniləcəkdir. Bu halda müəssisə baxmayaraq ki, 2 000 manat ödənişi 2022-ci ilin yanvarında edəcəkdir, xidməti və maliyyə öhdəliyini 2021-ci ilin noyabr ayında qəbul etdiyi üçün 2 000 manat hüquq xidmətinə görə xərcini 2021-ci ilin noyabr ayında tanımalıdır.

Vergi Məcəlləsini 136-cı maddəsinin 3-cü bəndi hesablama metodunda borc öhdəliyi üzrə faizləri və icarə haqqı xərcinin tanınması ilə bağlıdır. Belə ki, həmin bəndə görə, borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

Misal 3: Hesablama metodu ilə uçot aparan müəssisə, 2020-ci ilin sentyabr ayında 2 il müddətinə, yəni 2022-ci ilin sentyabr ayınadək qaytarılmaq şərtilə bankdan 200 000 manat kredit almışdır. Həmin kreditə görə 2 il ərzində ödəməli olduğu faizlərin məbləği 33 724.22 manat hesablanmışdır. Bank tərəfindən təqdim edilmiş ödəniş qrafikinə əsasən, 2020-ci il üzrə oktyabr, noyabr və dekabr aylarında ödəməli olduğu faiz borcu 7 000 manat, 2021-ci il üzrə 21 337.52 manat, 2022-ci ilin 9 ayı üzrə 5386.70 manat olmuşdur. Bu halda faizlərin xərc kimi tanınma vaxtları 3 illik hesabat dövrünü əhatə edəcəkdir. Müəssisə 2020-ci ildə 7 000 manatı xərc olaraq tanımalı və digər illər üzrə düşən xərcləri isə gələcək dövrün xərcinə aid edərək, hər il üzrə müvafiq olaraq xərcinə daxil etməlidir. Yəni ödənişlərin tarixindən asılı olmadan, Müəssisənin kredit üzrə faiz xərci 2020-ci ildə 7 000 manat, 2021-ci ildə 21 337.52 manat, 2022-ci ildə isə 5386.70 manat olacaqdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycandakı sosial fondlar mənfəət vergisindən azad oluna bilər

posted in: Xəbər | 0

vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuAzərbaycanda korporativ sosial məsuliyyəti çərçivəsində ictimai və sosial məqsədlər üçün yaradılan fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi təklif olunur.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məlum olduğu kimi, 1 yanvar 2019-cu ildən başlayaraq vergi ödəyiciləri tərəfindən sosial məsuliyyət çərçivəsində elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vəsaitin müəyyən hissəsi həmin şəxslərin mənfəət vergisi öhdəliyindən azaldılır.

Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, habelə Vətən müharibəsində şəhid olan və yaralanan şəxslərin sağlamlıqlarının bərpa edilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən Qarabağ Dirçəliş Fondu və Yaşat Fondu yaradılıb.

Bu məqsədlə 2021-ci ilin 1 yanvar tarixindən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu və digər bu kimi fondlara ianə formasında köçürülən məbləğlərin 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 620 621 622 623 624 625 626 2. 391