Mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilir

posted in: Xəbər | 0
mənfəət vergisi, xərclərin gəlirdən çıxılması, MühasibatMənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilir.

Bunu Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Dövlət Vergi Xidməti rəisinin müavini deyib ki, deputatların birinci oxunuşda qaldırdığı məsələlər əsasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Barter əməliyyatları zamanı ƏDV-nin əvəzləşdirilməsi

posted in: Xəbər | 0

barter əməliyyatları, Vakansiya, Vergi üzrə MühasibBarter – satılan mal və ya xidmətlər müqabilində heç bir pul xərcləmədən bir malın digəri ilə əvəz edilməsidir, yəni malların işlərin və xidmətlərin mübadiləsidir. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə barter əməliyyatları və onun vergiyə cəlb olunması qaydalarını izah edib:

– Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. İki vergi ödəyicisi barter əməliyyatlarını elektron qaimə-faktura əsasında rəsmiləşdirir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır. Eyni zamanda, vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.

Vergi Məcəlləsinin 159.4 maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Məcəllənin 166.1.4-cü maddəsində isə göstərilib ki, barter əməliyyatı edilən vaxt vergi tutulan əməliyyatların aparıldığı vaxt sayılır.

Barter əməliyyatlarının əvəzləşdirilməsi də qanunvericiliyə əsasən tənzimlənir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.

Qeyd olunanlara əsasən, malların barter edilməsi ƏDV-yə cəlb edilən əməliyyat hesab olunur və aparılan əməliyyatların müqabilində tərəflər arasında verilən elektron qaimə-fakturalar üzrə ƏDV-nin məbləğləri ƏDV-nin depozit hesabına ödənildiyi halda, həmin məbləğlər əvəzləşdirilir.

Misal: “AA” MMC istehsal şirkəti kimi ƏDV ödəyicisidir. İstehsal etdiyi ƏDV daxil 1180 manatlıq məhsulu ƏDV ödəyicisi olan “BB” MMC-yə təqdim edir (bater edir), bunun qarşılığında “BB” MMC-dən 1180 manatlıq ƏDV daxil xammal alır. Bu zaman hər iki tərəf bir-birinə elektron qaimə-faktura təqdim etməli və ƏDV məbləğlərini qarşılıqlı şəkildə ƏDV depozit hesabına 180 manat ƏDV məbləği ödəməlidir. Yalnız burada olan 1000 manatlıq əsas məbləğ barter edilə bilər.

Bu zaman “AA” MMC barter əməliyyatları apardığı ay üçün ƏDV bəyannaməsində yaranmış ƏDV öhdəliyini ƏDV bəyannamisinin 3-cü Əlavəsində 301.1.1.6-cı sətirdə təqdim edilmiş (mal,işlərin və xidmətlərin) və daxil olmuş məbləğ xanalarında 1000 manat əsas məbləği qeyd etməli və əvəzləşdirilən əməliyyatların 308-ci sətir kodunda 1000 manat əsas məbləği qeyd etməlidir.

Yəni, bu halda, “AA” MMC-nin 180 manatlıq ƏDV öhdəliyi və 180 manatlıq əvəzləşdirilən ƏDV məbləği yaranıb. Bu zaman büdcəyə ödənilməli məbləğ 0 (180-180) olacaq.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (4-cü hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (4-cü hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı  

Dünyada ən ucuz elektrik enerjisi o vaxt kömürün hasil olunduğu Nyukaslda istehsal olunurdu. Və buxar maşını, məsələn, çox kapital və enerji istifadə edən arxetipik bir ixtira idi. Həmin buxar maşını Böyük Britaniyada ixrira olunmuşdu, çünki ən ucuz enerji və ən bahalı əmək orada idi.

Biz ikinci dövrə – sənaye inqilabı dövrünə keçirik. Yuxarıda qeyd etdiyim kimi, əmək xərclərinin artımına cavab olaraq, maşınların ixtirası baş verdi və nəticədə bu, kustar istehsalın fabrik istehsalı ilə əvəz edilməsinə gətirib çıxardı. O vaxt yaradıcı dağılma küləyi çox güclü əsirdi. Pambıq paltar istehsal edən iplik fabriklərində hətta uşaqlar belə əməklə məşğul ourdu. İcad edilən iplik maşınlarından birincisi Harqrivsin iplik maşını idi ki, (“Jenny iplik”) – həmin qurğu ipləri tutub saxlaya bilirdi. Həmin maşın adi qurğudan çox bahalı idi, amma, yüksək məhsuldarlığa malik idi.

Yəni, kapitala sərf olunan xərclər artırdı, lakin istehsal olunan məhsul vahidi başına əməyə qənaət olunurdu, bu da bahalı işçi qüvvəsi şəraitində çox vacib idi. Toxuculuq dəzgahları ilə də eyni şey baş verirdi.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Bu yaradıcı dağılmanın fəaliyyətinin nəticəsi idi. Yeni texnologiyanın ixtirası məhsuldarlığı artırmışdı, kustar istehsal fabriklər tərəfindən məhv edilirdi və bir çox insan işsiz qalaraq, yoxullaşırdı. Yeni texnologiyaların ortaya çıxması səbəbindən insanlar kütləvi işsizliklə üzləşirdilər. Gəlirlərin itkisi, öz növbəsində kənd rayonlarında kütləvi işsizliyə gətirib çıxarırdı. Biz buna makrosəviyydən baxa bilərik. Cədvəldən də görünürdü ki, bir işçi hesabında buraxılış artırdı, amma, bu Asiya möcüzəsinə bənzəmirdi. Orta əməkhaqqı demək olar ki, dəyişilməz qalırdı.

1818 və 1820-ci illərdə müvafiq olaraq Marks və Engels anadan olmuşdu. 1840-cı ildə onların 20 və 22 yaşları var idi, bu, onların öz iqtisad fəlsəfələrini formalaşdırdığı zaman idi. Onlar nə görürdülər – onilliklər boyu əvvəl baş verənləri: texnoloji inqilab məhsul buraxılışını artırsa da, maaşlar dəyişilməz olaraq qalırdı. Belə vəziyyət onlara nomal bir şey kimi görünürdü, həmin səbəbdən bunu izah edən kapitalizm nəzəriyyəsini icad etdilər.

İşçinin məhsuldarlığı və real əməkhaqqı

Qeyd etmək lazımdır ki, mikrosəviyyədə faktlar maraqlı görünə bilər. Növbəti cədvəl Britaniya Lankaşirində maaşların dəyişilməsini göstərir. Bizdə pambıq fabriklərində məşğul olan kişilər var – yaşıl xətt, mavi xətt – əl əməyidir, moruq rəngli xətt – inşaatçılar və narıncı xətt isə – fermerlərdir. Əgər biz 1770-ci ilə nəzər yetirsək, burada qruplar arasında maaşlarla bağlı demək olar ki, heç bir fərq yoxdur. Pambıqla nə baş verirdi? İplik hazırlayan maşınlar icad olunmuşdu, 1780-ci ildə pambıq istehsalı əhəmiyyətli şəkildə artmışdı, müvafiq işçilərin əməyinə olan tələbat yüksəlmişdi, bu da onların əməyinə ödənilən xərcləri artırmışdı (ədəbiyyatda bu dövr “Qızıl əsr” kimi məşhudur).

Bu yüksək xərclər əməkdən istifadəni ixtisar etmək üçün maşınların icadını stimullaşdırmışdı. Nəticədə effektivlik çox yüksəlmişdi ki, bu da pambıq məhsullarını qiymətini aşağı salmışdı və o da öz növbəsində işçilərin maaşlarına öz təsirini göstərmişdi. Bundan sonra şəhərlərin böyüməsi ilə toxucular üçün azgəlirli və xidmətləri artan inşaatçılar üçün isə yüksək gəlirli yeni bir dövr başlanır. XIX əsrin ortalarına qədər davam edən müxtəlif işçi qrupları arasında güclü bərabərsizlik yaranmışdı. Əl istehsalını fabrik istehsalı ilə əvəz etmək kifayət qədər çox vaxt aparırdı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron qaimə-fakturanın təsdiqlənməsi hansı müddətdə mümkündür?

posted in: Xəbər | 0

Elektron qaimə-fakturanın təsdiqlənməsi hansı müddətdə mümkündür?

Elektron qaimə-fakturanın təsdiqlənməsi, ictimai iaşə fəaliyyəti, E-Qaimə, elektron qaimə-faktura ləğvTəqdim olunan elektron qaimə-fakturanın təsdiqlənməsi prosesi ilə bağlı müəyyən vaxt məhdudiyyəti tətbiq edilir. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicisi göndərilən elektron qaimə-fakturanı qəbul etdikdən sonra onu təsdiq etmək səlahiyyətinə malikdir. Əgər elektron qaimə-fakturanı qəbul edən vergi ödəyicisi 5 gün ərzində onu təsdiq etməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən avtomatik təsdiqlənir.

Misal 1: Vergi ödəyicisi 1 may 2020-cu il tarixdə malların satışı ilə bağlı qarşı tərəfə elektron qaimə-faktura göndərib. Əgər qarşı tərəf 5 gün ərzində elektron qaimə-fakturanı təsdiq etməzsə, 5 may 2020-ci il tarixdə həmin elektron qaimə-faktura təsdiqlənmiş hesab olunacaq.

Burada bir məqama diqqət yetirmək lazımdır: əgər, mizsal üçün , “AA” MMC elektron qaimə-fakturanın tərtibi zamanı səhvə yol veribsə, vergi ödəyicisi onu düzəlişə göndərə bilər.

Misal 2: “AA” MMC-nin təqdim etdiyi elektron qaimə-fakturada 10 ədəd kitab qeyd edilib, amma “SS” MMC-yə 6 ədəd kitab təhvil verilib. Bu zaman “SS” MMC elektron qaimə-fakturanı qəbul etməyib, səbəbi göstərməklə sənədi geri göndərib. “AA” MMC səbəblə tanış olduqdan sonra müvafiq düzəliş edərək elektron qaimə-fakturanı yenidən göndərə bilər. Əgər yenidən göndərməsə, həmin elektron qaimə-faktura ləğv olunmuş hesab edilir.

“SS” MMC təsdiqlə bağlı 5 günlük müddəti ötürübsə, yəni sənəd avtomatik təsdiq olunubsa və ya sənəd alıcının səhvi ucbatından yoxlanılmadan təsdiqlənibsə, o zaman tərəflərin hər hansı düzəliş etmək hüququ yoxdur. Bu halda “SS” MMC elektron qaimə-fakturanı ləğv etmək xahişi ilə “AA” MMC-yə müraciət etməlidir ki, vergi ödəyicisi elektron qaimə-fakturanı ləğv edərək yenisini göndərsin.

Bir məsələni də qeyd edək ki, Nazirlər Kabinetinin qərarında 5 gündən sonra avtomatik təsdiqolunma məsələsi nəzərdə tutulmayıb. Bu müddət vergi orqanının AVİS proqramına verilən texniki tapşırıqda müəyyən edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 618 619 620 621 622 623 624 2. 382