Bəyan edilməyən vergiyə görə maliyyə sanksiyaları

posted in: Xəbər | 0

xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıVergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicilərinə ən çox tətbiq edilən cərimələr məhz Məcəllənin 58.1-ci maddəsi üzrə olan maliyyə sanksiyalarıdır. Maddə ilə bağlı halları misallarla izah edək:
Misal 1: Vergi ödəyicisi 2019-cu il bəyannaməsində 3.000 manat məbləğində mənfəət (gəlir) vergisi bəyan edib. Səyyar vergi yoxlaması zamanı vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinin həmin il üzrə mənfəət (gəlir) vergisinin 4.200 manat təşkil etdiyini aşkarlayıb. Bu zaman vergi orqanının vəzifəli şəxsi 1.200 manat vergini bərpa etməklə, vergi ödəyicisinə 600 manat maliyyə sanksiyası hesablayır və borc yarandığı halda faiz hesablanmağa başlanır.
4200 – 3000 = 1200 manat
1200 x 50% = 600 manat.
Misal 2: Vergi orqanının vəzifəli şəxsi müəyyən edir ki, vergi ödəyicisi 2019-cu il üzrə 4.200 manat məbləğində torpaq vergisini bəyan etməyib. Bu halda da vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2.100 manat, həmçinin bəyannaməni təqdim etmədiyi üçün 40 manat məbləğində maliyyə sanksiyası hesablanacaq.
4200 x 50% = 2100 manat.

İcarəçinin təmir xərcləri bölüşdürülməmiş mənfəətdən silinə bilər?

posted in: sual-cavab, Xəbər | 0

İcarəçinin təmir xərcləri bölüşdürülməmiş mənfəətdən silinə bilər?

Vakansiya Mühasib

 

Sual:

İcarəçi tərəfindən balansa götürülməyən icarə əsas vəsaitlərə çəkilən təmir xərcləri (İcarə müqaviləsində də nəzərdə tutulmuşdur.) icarə haqqı ilə əvəzləşdirilərək icarəyə götürənin sərəncamında qalan xalis mənfəətin hesabına silindikdə, icarəyə götürəndə hər hansı bir vergi yaranırmı, yaxud icarəyə götürən həmin təmir xərcini gəlirdən çıxa bilərmi? Əvvəlcədən təşəkkür edirəm.

Cavab:

Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirKart-la hər 20-ci taksit əməliyyat hədiyyə qazandırır

posted in: Bank, BirKart, Kapital Bank, Xəbər | 0

BirKart taksit kart sahiblərinə Yeni ilin gəlişi münasibətilə yeni kampaniya təqdim edilir. Bütün BirKart sahibi olan müştərilər partnyor mağazalarında 50 AZN-dən yuxarı istənilən taksit ödənişləri etdikdə (ninja əməliyyatlarına şamil edilmir) əlavə qazanc əldə edə biləcəklər.

6 yanvar 2022-ci il tarixinədək davam edəcək aksiya müddətində gün ərzində hər 20-ci taksit əməliyyatı edən BirKart sahibi avtomatik olaraq 22 AZN hədiyyə qazanır. Hədiyyə edilən məbləğ 3 iş günü ərzində kartın hesabına mədaxil ediləcək. Hər müştəri kampaniya ərzində 2 dəfə 22 AZN (toplam 44 AZN) qazana bilər. Ətraflı məlumat üçün – https://kbl.az/bk2022pr.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahib Ələkbərov: “Qarabağda sahibkarlara güzəştlərlə bağlı təkliflər hazırlanır”

posted in: Xəbər | 0

190 manatlıq ödəniş VÖEN“Gələn ildən başlayaraq işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra digər vergi güzəştləri də veriləcək”.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır.

Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsini və investisiya cəlbediciliyinin artırılmasını, optimal güzəştlərin hazırlanmasını və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasını əhatə edən layihələr üzərində işlər davam etdirilir.

Xatırladaq ki, ölkə prezidentinin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-itisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamının 2.1-ci bəndində nəzərdə tutulmuş, hazırda son müzakirələr mərhələsində olan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strateqiyası”nda iqtisadıyyatın şaxələnməsinə və investisiyaların cəlb olunmasına vergi siyasətinin effektiv dəstəyinin təmin edilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün aşağıdakı tədbirlər nəzərdə tutulur:

– İşğaldan azad edilmiş ərazilərin inkişafı üçün vergi təşviqlərinin tətbiq olunması;

– Yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun olaraq mənfəət vergisinə güzəştlərin verilməsi;

– Turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi və s.

“İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin böyük bir hissəsinin investisiya təşviqi sənədi ala biləcəyini nəzərə alaraq, onlar üçün qanunverilicikdə nəzərdə tutulmuş vergi güzəştlərini xatırlatmaq istərdim. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar həmin sənədi aldığı tarixdən 7 il müddətinə aşağıdakı vergiləri və rüsumları ödəməkdən azaddırlar.

– Hüquqi şəxslər və fərdi sahibkarlar əldə etdikləri mənfəətin (gəlirin) 50 faizinə görə mənfəət (gəlir) vergisi

– Müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlaklarına görə əmlak vergisi;

-Mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlar”.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 616 617 618 619 620 621 622 2. 391