İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar hansı halda vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

investisiya təşviqi sənədi, Ofşor zonalarda dividentlər, Ofşor zonalar, dividentlər, istismar xərcləriİnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar digər şirkətə ƏDV ilə yoxsa ƏDV-siz satılır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə uyğun olaraq investisiya təşviqi sənədi müvafiq qaydalarla müəyyən olunmuş meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir.

İnvestisiya təşviqi sənədi, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən, investisiya təşviqi sənədi alan şəxsə ƏDV üzrə güzəştlər yalnız müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı tətbiq olunur.

Qeyd olunanlara əsasən, investisiya təşviqi sənədi alınmış və vergi azadolmaları tətbiq edilməklə idxal olunan avadanlığın sonradan investisiya fəaliyyətinə aid olmayan əməliyyat çərçivəsində təqdim edilməsi ƏDV-nin vergitutma obyektidir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-dan təmir işləri üçün “Daşınmaz əmlak təminatlı kredit” əldə edin!

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankKapital Bank hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzilini, həyət evini, bağını, qeyri-yaşayış sahəsini və ya obyektini təmir etmək istəyənlər və digər məqsədlər üçün əmlaklarını girov qoymaqla Kapital Bank-dan 100 000 manatadək kredit ala bilərlər.

Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Maksimum 7 il müddətinə verilən kreditin illik faiz dərəcəsi 15%-dən başlayır.

Kredit verildikdə təminat qismində olan mənzillərə sığorta tələb edilmir. Yalnız fərdi tikili və ya qeyri-yaşayış sahələri sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hesablama metodundan istifadə edən vergi ödəyiciləri üçün icarə xərcləri və ödəmə mənbəyindən vergi tutulması

posted in: Xəbər | 0

Vergi öhdəliyi, Vergi öhdəliyinin yerinə yetirilməsi, işsizlikdən sığorta ödənişiHesablama metodundan istifadə edən vergi ödəyicilərinin icarə xərcləri və icarə haqqı üzrə ödənişlərdən ödəmə mənbəyində vergi tutulmasında həm sahibkarların, həm də vergi ixtisası üzrə təhsil alan tələbələrin diqqət etməli olduğu bir çox məqamlar var. Mövzu ilə bağlı Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev şərh verib:

Vergi Məcəlləsinin 136.1 maddəsinə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

• vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
• maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
• əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun (VM 136.2).

Misal: Hesablama metodu ilə uçot aparan “A” müəssisəsi fərdi sahibkardan 1 sentyabr 2020-ci ildə aylıq icarə haqqı 1000 manat olan daşınmaz əmlakı 12 aylıq müddətə icarəyə götürmüşdür. Şərtə uyğun olaraq müəssisənin 2020-ci il üzrə icarə xərcini müəyyən edək: Vergi Məcəlləsinin 136-cı maddəsinin 3-cü bəndinə əsasən, əmlakın icarə haqqı ödənilərkən icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

Şərtə uyğun olaraq “A” müəssisəsi daşınmaz əmlakı may ayında icarəyə götürmüşdür. Bu halda 2020-ci ildə onun icarə xərci sentyabr ayından başlanaraq hesabat dövrünün sonunadək aylar üzrə bölüşdürüləcək. Yəni hesabat dövrünün icarə xərci 4 ay üçün hesablanacaq və nəticədə icarə xərci 4000 manat ( 4 * 1000 ) olacaqdır. Hətta “A” müəsissəsinin icarə xərci üzrə kreditor borcu ( fərz edək ki sonuncu ayın icarə xərcini ödəməyib) yaransa da belə, onun icarə xərci 4000 manat olacaqdır.

Vergi Məcəlləsinin 99.3- cü maddəsinin 3-cü bəndinə əsasən, icarə gəliri fiziki şəxsin qeyri-sahibkarlıqdan gəliri hesab olunur. 124.1 və 124.2-ci maddələrə əsasən, fiziki şəxsin icarə gəlirindən əgər icarəyə götürən vergi orqanında uçotda olan şəxs olarsa, bu cür gəlirdən vergi icarəyə götürən tərəfindən ödəmə mənbəyində tutulacaqdır.

Buradan sual meydana çıxır ki, “A” müəssisəsi icarə xərclərini tam ödəmişdirsə, 2020-ci ildə icarə haqqından ödəmə mənbəyində nə qədər vergi tutub büdcəyə köçürməlidir?

Vergi Məcəlləsinin 150.1 ( 150.1.6) və 150.3-cü maddəsinə əsasən, icarə haqqı ödəyən fərdi sahibkarlar və ya hüquqi şəxslər “gəlirin ödənildiyi” rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə borcludurlar.

Suala əsasən, “A” müəssisəsi III rübdə ( sentyabr) və IV rübdə (oktyabr, noyabr, dekabr) aylarında hər ay 1000 manat icarə haqqı ödəmişdir. 2020-ci ildə ödəmə mənbəyində tutulub büdəcəyə köçürülməli olan vergi məbləğinə gəldikdə, sentyabr ayında ödənilən icarə haqqından 140 manat ( 1000 * 14 % ) vergini III rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, yəni 2020-ci ilin oktyabr ayının 20-dən gec olmayaraq büdcəyə köçürməlidir. Digər aylar, yəni oktyabr, noyabr və dekabr aylarının ödənilən 3000 manat icarə haqqından ödəmə mənbəyində tutulan 420 manat ( 3000 * 14 % ) vergini isə IV rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, yəni 2021-ci ilin yanvar ayının 20-dən gec olmayaraq büdcəyə köçürməlidir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müharibə veteranı adı almış şəxslərin hansı gəlirləri vergidən azaddır?

posted in: Uncategorized | 0

Müharibə veteranı, yoxlamaların müddəti, sosial ödənişlər, VÖEN-nin ləğv edilməsi, vergiyə cəlbVergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda, 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Qanunvericiliyin tələbini “vergiler.az”a şərh edən mühasibat mütəxəssisi Emin Salamov Məcəllənin digər müddəasında da belə tələbin olduğunu qeyd edib. Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Bununla yanaşı Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə uyğun olaraq 3 ildən az olmayan müddətə işçi ilə həyatın yığım sığortası üzrə bağlanan müqavilə zamanı işçinin vergiyə cəlb olunan gəlirlərinin 50 faiz hissəsi vergidən azaddır.

Misal: Tutaq ki, dövlət təşkilatında çalışan müharibə veteranı olan işçinin noyabr ayı üzrə əməkhaqqı 1.500 manatdır. İşçi sığorta təşkilatı ilə 3 ildən az olmayan müddətdə həyatın yığım sığortası üzrə müqavilə bağlayıb və hər ay sığorta şirkətinə 500 manat vəsait ödəyir. Bu zaman işçinin əməkhaqqından nə qədər məbləğ vergidən və sosial sığorta haqqından azad olacaq?

İlk öncə qeyd etmək lazımdır ki, əgər işçi ilə sığorta təşkilatı arasında bağlanılan müqavilə 3 ildən az olan müddətdə ləğv edilərsə, bu halda işçinin əməkhaqqından müqavilə ləğv olunana qədər vergidən və məcburi dövlət sosial sığorta haqqından azad olunan məbləğlər yenidən hesablanılıb büdcəyə ödənilməlidir.

Burada aylıq gəlir yox, vergiyə cəlb olunan gəlir qeyd edildiyindən biz yalnız 900 manatın gəlir vergisindən azad edə bilərik.

(1500-200-400) x 50% = 450 manat.

Həmçinin, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən, işçinin gəlirinin 50 faizindən çox olmayan hissəsi məcburi dövlət sosial sığorta haqqından azaddır. Bu halda Qanunda gəlir yazıldığı üçün 750 manatadək (1500*50%) olan hissə məcburi dövlət sosial sığorta haqqından azad olunur. Burada sığorta təşkilatına ödənilən 500 manat məbləğ qanuna əsasən, azadolunan 750 manat məbləğdən az olduğu üçün ancaq sığorta təşkilatına ödənilən 500 manat azad olunur.

Həmçinin, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında həyatın yığım sığortası üzrə ödənilən məbləğlərdən azad olma nəzərdə tutulmayıb. Beləliklə, müharibə veteranının ödənişləri belə hesablanır:

(1500-200-400-450 x 14%) = 63 manat.

(500 – 450 x 14%) = 7 manat.

(1500 – 500 x 3%) = 30 manat (MDSS)

1500 x 0.5% = 7.50 manat (işsizlikdən sığorta haqqı).

1500 x 2% = 30 manat (icbari tibbi sığorta haqqı).

Beləliklə, işçinin əlinə alacağı məbləğ 862.50 manatdır:

1500-500-63-7-30-7.50-30 = 862.50 manat.

Həyatın yığım sığortası üzrə ödənilən məbləğ – 500 manat.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 613 614 615 616 617 618 619 2. 391