» » » Müharibə veteranı adı almış şəxslərin hansı gəlirləri vergidən azaddır?

Müharibə veteranı adı almış şəxslərin hansı gəlirləri vergidən azaddır?

posted in: Uncategorized | 0

Müharibə veteranı, yoxlamaların müddəti, sosial ödənişlər, VÖEN-nin ləğv edilməsi, vergiyə cəlbVergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda, 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Qanunvericiliyin tələbini “vergiler.az”a şərh edən mühasibat mütəxəssisi Emin Salamov Məcəllənin digər müddəasında da belə tələbin olduğunu qeyd edib. Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Bununla yanaşı Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə uyğun olaraq 3 ildən az olmayan müddətə işçi ilə həyatın yığım sığortası üzrə bağlanan müqavilə zamanı işçinin vergiyə cəlb olunan gəlirlərinin 50 faiz hissəsi vergidən azaddır.

Misal: Tutaq ki, dövlət təşkilatında çalışan müharibə veteranı olan işçinin noyabr ayı üzrə əməkhaqqı 1.500 manatdır. İşçi sığorta təşkilatı ilə 3 ildən az olmayan müddətdə həyatın yığım sığortası üzrə müqavilə bağlayıb və hər ay sığorta şirkətinə 500 manat vəsait ödəyir. Bu zaman işçinin əməkhaqqından nə qədər məbləğ vergidən və sosial sığorta haqqından azad olacaq?

İlk öncə qeyd etmək lazımdır ki, əgər işçi ilə sığorta təşkilatı arasında bağlanılan müqavilə 3 ildən az olan müddətdə ləğv edilərsə, bu halda işçinin əməkhaqqından müqavilə ləğv olunana qədər vergidən və məcburi dövlət sosial sığorta haqqından azad olunan məbləğlər yenidən hesablanılıb büdcəyə ödənilməlidir.

Burada aylıq gəlir yox, vergiyə cəlb olunan gəlir qeyd edildiyindən biz yalnız 900 manatın gəlir vergisindən azad edə bilərik.

(1500-200-400) x 50% = 450 manat.

Həmçinin, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən, işçinin gəlirinin 50 faizindən çox olmayan hissəsi məcburi dövlət sosial sığorta haqqından azaddır. Bu halda Qanunda gəlir yazıldığı üçün 750 manatadək (1500*50%) olan hissə məcburi dövlət sosial sığorta haqqından azad olunur. Burada sığorta təşkilatına ödənilən 500 manat məbləğ qanuna əsasən, azadolunan 750 manat məbləğdən az olduğu üçün ancaq sığorta təşkilatına ödənilən 500 manat azad olunur.

Həmçinin, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında həyatın yığım sığortası üzrə ödənilən məbləğlərdən azad olma nəzərdə tutulmayıb. Beləliklə, müharibə veteranının ödənişləri belə hesablanır:

(1500-200-400-450 x 14%) = 63 manat.

(500 – 450 x 14%) = 7 manat.

(1500 – 500 x 3%) = 30 manat (MDSS)

1500 x 0.5% = 7.50 manat (işsizlikdən sığorta haqqı).

1500 x 2% = 30 manat (icbari tibbi sığorta haqqı).

Beləliklə, işçinin əlinə alacağı məbləğ 862.50 manatdır:

1500-500-63-7-30-7.50-30 = 862.50 manat.

Həyatın yığım sığortası üzrə ödənilən məbləğ – 500 manat.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun