Gəlir vergisi normaya necə çevrildi (8-ci hissə)
Gəlir vergisi normaya necə çevrildi (8-ci hissə)
Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb. Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.
Ödənişlərin üçdə biri yalnız bir ştatın – təbii ki, Nyu-Yorkun üzərinə düşürdü. Vətəndaş müharibəsi dövründə Konfederativ Ştatlarda bu sistem oxşar idi – bununla birlikdə fermerlərdən eyni şəkildə vergi ödəmələri tələb olunurdu. Bu, hiddət doğururdu, çünki əhalinin digər kateqoriyaları onu tez bir zamanda dəyərsizləşmiş kağız pullarla ödəyə bilərdi.
Vətəndaş müharibəsi 1865-ci ildə başa çatmış, lakin, həmin vergi ölkənin maliyyə vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdıqdan sonra, yalnız 1871-ci ildə ləğv edilmişdi. Buna qədər isə mütərəqqi dərəcəni tədricən aşağı salmışdılar və çıxılmaları da artırmışdılar.
Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz
Gəlir vergisini tətbiqinə növbəti cəhd yalnız 1894-cü ildə baş vermişdi, lakin, alınmamışdı. Ali Məhkəmə konstitusiyaya zidd olduğuna görə vergini ləğv etmişdi: ABŞ konstitusiyasında adambaşına vergi istisna olmaqla, vətəndaşlara federal vergilərin tətbiq edilməsinə birbaşa qadağa qoyulmuşdu.
Gəlir vergisinin ABŞ-ın fiskal sisteminin daimi atributu olmasından ötrü konstitusiyanı dəyişdirmək lazım gəldi. Bu yalnız 1913-cü ildə baş tutdu. Yenə də hərbi dövrdə (1912-ci il Kubaya, 1914-cü ildə Meksikaya, 1915-ci ildə Haitiyə hərbi müdaxilə zamanı, 1917-ci ildə Birinci dünya müharibəsinə daxilolma dövründə) baş vermişdi və ya bu bütün hallarda bir təsadüf idi?
Bununla birlikdə, digər bir şey daha vacibdir: günümüzün standartlarından baxdıqda, nisbət aşağı idi və yalnız varlılar vergiyə cəlb olunurdu. Minimal dərəcə 1 faiz, maksimal dərəcə isə 7 faiz təşkil edirdi. İllik gəlirləri 3000 dollardan aşağı (müasir ifadədə 72 min dollar) olan vətəndaşlar vergiləri ödəməkdən azad olunurdular və əhalinin 96 faizi bu normanın altına düşürdü. Gəlir vergisini yalnız İkinci dünya müharibəsi kütləvi hala gətirdi.



Sual: Hüquqi şəxs kommersiya fəaliyyətini həyata keçirmək məqsədilə fiziki şəxsdən icarəyə əmlak götürür. İcarə müqaviləsinin şərtlərinə görə kommunal xərcləri icarəyə götürən (hüquqi şəxs) ödəməlidir. Bütün kommunal müəssisələrdə kod fiziki şəxsin adına olduğuna görə onlar göstərilən xidmətlərə görə elektron qaimə faktura təqdim etmirlər. Belə olan halda hüquqi şəxs (icarəyə götürən) həmin xərcləri gəlirdən çıxılan xərclərə aid edə bilər?
2021-ci il noyabrın 21-də Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçiriləcək.
Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib.