Mayninq nədir və kriptovalyutanı necə əldə etmək olar? (4-cü hissə)

posted in: Xəbər | 0

Mayninq nədir və kriptovalyutanı necə əldə etmək olar? (4-cü hissə)mayninq kriptovalyuta

Ən maraqlısı odur ki, maynerlər birliyinin iştirakçılarının sayı permanent (fasiləsiz) olaraq artdığından, hər bir əməliyyatdan sonra mükafatın məbləği aşağı düşür, növbəti mayninqin mürəkkəbliyi isə artır.

Blokun yaradılması zamanı emissiyanın miqdarı ilkin olaraq 50 bitkoin təşkil edirdi. 2012-ci il, noyabrın 28-də emissiya mükafatının ilk azalması baş verdi, bu zaman mükafat 50 bitkoindən 25 bitkoinə düşdü. Növbəti iki dəfəlik azalma 2016-cı il iyulun 9-da baş verdi.

2140-cı ildə isə emissiya tamamilə dayandırılacaq (mükafatın ölçüsü 50 → 25 → 12,5 → ..→ 0).

“Hasilat” özünü doğruldacaqmı?

Hansı kriptovalyutanı mayninq etmək barədə qərar verməyiniz, onun avadanlıq və elektrik enerjisinə çəkilən məsrəflərinin özünü doğruldub-doğrultmayacağından asılıdır. Artıq bitkoinlərin mayninq olunmasını unutmaq lazım olduğunu başa düşmək lazımdır, çünki indi bundan ötrü çox böyük güclər tələb olunur.

Çində təxminən 1250 kVts elektrik enerjisi istehlak edən nəhəng sexləri özünüz üçün təsəvvür edin, orada elektrik enerjisi üçün ayda 80 min dollar ödəniş etmək lazım gəlir, fermada hasilat isə gün ərzində cəmi 20-25 bitkoin təşkil edir!


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Amma, ruhdan düşməyə dəyməz, ayda 400 dollardan 1200 dollara kimi qazanmaq üçün “adi avadanlıqda” da mayninq etmək mümkündür. Düzgün yanaşma və valyutanın düzgün seçimi zamanı avadanlığın alınması və elektrik enerjisinə çəkilən məsrəflər bir neçə ay ərzində öz xərcini çıxarır.

Hətta mayninq etmək sizi təngə gətirdikdə, siz öz fermalarınızın gücünü bulud hesablamalarına təqdim edə bilərsiniz.

Necə və harda sərf etməli?

Rəqəmsal valyutaları müştərilər üçün digər aktivlərə, o cümlədən milli valyutalara və digər rəqəmsal valyutalara mübadiləsi üzrə xidmət göstərən onlayn-xidmətlər mövcuddur.

Bundan əlavə, siz kriptovalyuta birjalarının aktiv iştirakçısı ola bilərsiniz – belədə sizin gəliriniz daha az passiv və bir şəbəkədən asılı ola bilər.

Fakt: bitkoinlərin real əmtəəyə ilk mübadiləsi 2010-cu ilin may ayında baş verib – amerikalı Laslo Haneç 10 000 bitkoinə görə iki pitsa alıb. Əgər bu oğlan həmin bitkoinləri qoruyub, saxlasaydı, bu günə onun sərvəti 26 milyon dollara bərabər ola bilərdi!



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlir vergisi normaya necə çevrildi (7-ci hissə)

posted in: Xəbər | 0

Gəlir vergisi normaya necə çevrildi (7-ci hissə)gəlir vergisi

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb. Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Konstitusiya qadağası

ABŞ-da federal səviyyədə gəlir vergisi ilk dəfə 1862-ci ildə vətəndaş müharibəsi dövründə tətbiq olunmuşdu, yəni, həmin vaxt yenidən hərbi vergi tətbiq olunmuşdu. Bundan əvvəl ştatlar səviyyəsində müxtəlif oxşar vergilər mövcud idi. Vergi nəzəriyyəçiləri bunları iqtisadi cəhətdən real gəlir vergisi əvəzinə bir lisenziya haqqı kimi qəbul edirdilər, belə ki, bu vergilər, adətən dar pul peşələri dairəsini əhatə edirdi. Dərəcələr bir qayda olaraq, çox aşağı idi.

Belə ki, məsələn, Alabamada 1843-cü ildə pambıq tacirləri və auksion satıcıları kimi əhalinin müəyyən kateqoriyası üçün tətbiq olunan gəlir vergisi, gəlirlərin hər 100 dolları üçün 25 sent və ya 0,25 % təşkil edirdi.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Və bundan sonra da onun çox olduğunu düşünmüşdülər və 1844-cü ildə dərəcə 0,2% -ə endirilmişdi, düzdür, bu zaman gəlir vergisi tutulmalı olanların siyahısına yeni kateqoriyalar – vəkillər və həkimlər də əlavə edilmişdi.

Əsas vergi daxilolmaları aksizlərdən, gömrük yığımlarından və daşınmaz əmlak vergisindən gəlirdi, bu da torpaq vergisinə nisbətən aşağı idi. Həmçinin qullara görə də vergi mövcud idi. Gəlir vergisinin tətbiqindən irəli gələn cəhdlər sosial ədalətlə əsaslandırılırdı.

Daşınmaz əmlak vergisinin tərəfdarları üstünlüklərini vergitutma obyektinin “görünən və maddi” olmasında görürdülər. Ancaq, açıq bir çatışmazlıq da var idi: geniş torpaq sahələri olan qərb və cənub əyalətlərinin sakinlərinə qarşı vergi ayrı-seçkiliyi tətbiq olunurdu. Və ailənin bütün sərvəti qiymətli kağızlara çevrilirdisə, vergi ödəməyə ehtiyac yox idi.

1863-cü ildən tətbiq edilən əsas vergi dərəcəsi 3%, ən zənginlər üçün isə vergi dərəcəsi 5% təşkil edirdi. Artıq bir ildən sonra maksimal vergi dərəcəsi 10 faizə yüksəlmişdi.

Çıxılmalar da mövcud idi. 1863-cü ildə 600 dollardan yuxarı (2015-ci il qiymətlərində təxminən 11 min dollar), 1871-ci ildə – isə 2000 dollardan (müasir qiymətlərlə təxminən 39 min dollar) bütün gəlirlər vergiyə cəlb olunurdu. Bu endirimlər üzündən vergi elə də böyük deyildi.

1868-ci ilin məlumatlarına görə, vergini ölkənin təxminən 39 milyon əhalidən yalnız 250 mini ödəmişdi. 1871-ci ildə çıxılmalar artdıqda, ödəyicilərin sayı ümumiyyətlə, aşağı enərək, cəmi 73 min nəfərə çatmışdı.


Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanırmı?

posted in: Xəbər | 0

Mühasib köməkçisi Vakansiyaİqtisadçı ekpert Anar Bayramov bildirib ki, əmək qabiliyyətinin itirilməsinə görə hesablanan müavinətlə bağlı Vergi Məcəlləsində hər hansı güzəşt nəzərdə tutulmayıb. Amma “Sosial Sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət və məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri sosial sığorta haqqı hesablanmasından azaddır. Həmçinin “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunların tələblərinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanmır.

Misal: Dövlət müəssisəsində işləyən işçiyə 600 manat müavinət hesablanıb. Həmin müavinət məbləğinin 380 manatı işəgötürən, 220 manatı isə DSMF tərəfindən ödəniləcək. İşəgötürən Vergi Məcəlləsinin 102.1.6-ci maddəsində nəzərdə tutulan güzəşti nəzər almaqla ödəyəcəyi müavinət məbləğinə 25,20 manat ((380-200) x 14 faiz) gəlir vergisi hesablayıb.

DSMF də öz növbəsində 220 manatdan 30,80 manat (220 manat x 14 faiz) gəlir vergisi hesablayaraq işçiyə ödəniləcək müavinətdən tutur və işçiyə 189,20 manat (220 manat – 30,80 manat) ödəniş həyata keçirir. DSMF hesabına ödəniləcək gəlir vergisi haqqında məlumat, onlar tərəfindən təqdim olunan “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində hesablanan vergi bəyannaməsi”ndə qeyd edilir.

Analıq məzuniyyətindən icbari ödənişlərin tutulmasına gəlincə isə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri gəlir vergisindən azaddır. “Sosial sığorta haqqında” Qanuna əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərə aid edilib.

“İşsizlikdən sığorta haqqında” AR Qanunun tələblərinə əsasən, işsizlikdən sığorta ödənişləri müavinətlərə şamil edilmir.

Beləliklə, hamiləliyə və doğuma görə hesablanan müavinət məbləği DSMF tərəfindən tam şəkildə işçiyə ödənilməlidir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi

posted in: Vergi, Xəbər | 0

xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıMəlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.

Qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.

Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışına güzəştlər

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə Vergi Məcəlləsinə təklif edilmiş növbəti dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılmasına və beləliklə də daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəminin yaradılmasına yönəlmiş dəyişikliklərdir. Layihəyə əsasən, 2022-ci ilin 1 yanvar tarixindən 2 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur.


Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi


Bu istiqamətdə birinci dəyişiklik – kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV-nin həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanmasıdır. Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Təklif olunan dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaqdır.

Bu istiqamətdə ikinci dəyişiklik – kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcəkdir ki, bu da qiymətlərin azalmasına təsir edəcəkdir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 622 623 624 625 626 627 628 2. 382