» » » Acca nədir? Karyeramızda olan rolu

Acca nədir? Karyeramızda olan rolu

posted in: Xəbər | 0
birbank biznes

Acca ( Assosiation of chartered certified accountants) – sertifikatlı mühasiblər assosiasiyası. 1904-cü ildə təsis edilmişdir. Dünyanın 179 ölkəsində tanınır və 233 000 üzvü (member) vardır. Özündə 13 əsas imtahanı birləşdirən bu assosiasiyanın üzvü olmaq üçün bütün imtahanlardan keçmək tələb olunur.

İmtahanlar 3 hissəyə ayrılır:

Tətbiqi bilik səviyyəsi tələb edilən – 3 imtahandan ibarətdir:

  • BT- Business and technology – biznes və texnologiya;
  • MA – Management accounting – İdarəetmə uçotu;
  • FA – Financial accounting – Maliyyə uçotu

Tətbiqi Bacarıqlar səviyyəsi 6 imtahandan ibarətdi:

  • LW – Corporate and business law – Korporativ və Biznes Hüququ;
  • PM – Performance management – Performans İdarəetmə;
  • TX – Taxation – Vergi;
  • FR – Financial reporting – Maliyyə Hesabatı;
  • AA – Audit and assurance – Audit və Təminat;
  • FM –Financial management – Maliyyə menecmenti;

Strateji Peşəkar səviyyə 4 imtahanı əhatə edir: Əsas və seçim olan 2 hissədən ibarətdir:

Əsas (və ya məcburi):

SBL – Strategic business leader -Strateji Biznes Lideri

SBR – Strategic business reporting -Strateji Biznes Hesabatı

Seçimlər:

  • AFM – Advanced finance management – Təkmil Maliyyə İdarəetmə
  • APM – Advanced performance management – Qabaqcıl Performans İdarəetmə
  • ATX – Advanced taxation – Qabaqcıl Vergi
  • AAA – Advanced audit and assuarence -Təkmil Audit və Təminat Acca

Bundan əlavə Dipifr – Diploma in international financial reporting  imtahanları da təşkil edir.

Xüsusilə İFRS ( İnternational financial reporting standarts) biliklərinizi sübut edəcəyiniz bu imtahanda sertifikatı əldə edərək karyeranız üçün töhvə vermiş olarsınız.

Maliyyə uçotu (FA), əsasən bizneslərdə maliyyənin ilkin əməliyyatları və eyni zamanda bəzi yeni anlayışlara toxunulur. Mövzularına misal olaraq: inventarlar, maddi uzunmüddətli aktivlər, qeyri – maddi uzunmüddətli aktivlər, öncədən hesablamalar, öncədən ödnişlər və s.

İdarəetmə uçotu (MA), materialların uçotu , əməkhaqqının uçotu, qaimələr və s. mövzuları birləşdirir. Əsasən istehsal müəssisənin maliyyə tərəfini özündə əhatə edir. Ölkəmizdə günü gündən daha çox tələb olunan bu sertifikatlar, işə qəbulda bizim üçün bilgilərimizin nümayişidir. Hal-hazırda İFRS tətbiq edən şirkətlərin bir çoxunda mütəxəssislər üçün olan tələblərdəndir.


Müəllif: Murad Niftalizadə



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun