Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçiriləcək

posted in: Xəbər | 0

2021-ci il dekabrın 19-da peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçiriləcək

PMS, Peşəkar mühasib sertifikatı, vergi orqanlarında işləmək, Peşəkar mühasib sertifikatı imtahanı, Peşəkar mühasib sertifikatıİmtahan iştirakçıları buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçiriləcək.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

İmtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 216 nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edirik kitabça ilə mütləq tanış olsunlar.

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

– imtahana buraxılış vərəqəsi;

– sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edirsiniz, imzalayırsınız və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verirsiniz).

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 1 binada təşkil olunacaq. İmtahanının keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 20 nəzarətçi‑müəllim, 2 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.


Mənbə: dim.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Podrat müqavilələri üzrə işlərdə əməkhaqlarının vergi auditində əsas məqamlar

posted in: Xəbər | 0

podrat müqavilələriİqtisadi aktivlik və məşğulluğun təmin edilməsi baxımından tikinti sektoru milli iqtisadiyyatın strukturunda və vergi daxilolmalarında mühüm rol oynayır. Tikintidə uçotun aparılmasının özünəməxsus olması bu sektorda vergi nəzarətinin də spesifik olmasını şərtləndirir. Ötən dəfə tikinti materiallarına çəkilən xərclərin vergi uçotuna dair qaydaları izah etdik. “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı bu dəfə tikinti sektorunda işçilik xərclərinin uçotunu şərh edib.

Əməkhaqqı və işçilik xərcləri tikinti-quraşdırma işlərində ümumi xərclərin təqribən 10-20 faizini təşkil edir. Onun vergi auditi zamanı xərcin çəkilmə vaxtının düzgün müəyyən edilməsi, habelə bu cür xərclər üzrə vergi və digər icbari ödənişlərin düzgün hesablanılması baxımından önəm kəsb edir. Bu zaman əsas etibarilə iki məsələyə diqqət yetirilir:

– gəlirin tanınma vaxtına uyğun olaraq əməkhaqqı xərclərinin ildən ilə “sürüşdürülməsi” ehtimalı;

– işlərin görülməsinə cəlb edilmiş işçi qüvvəsinin rəsmiləşdirilməməsi yolu ilə əməkhaqqından (və ya xidmət haqlarından) tutulmaların düzgün bəyan edilməməsi.

Misal 1: Podrat müqaviləsi üzrə işlərin icrasına 2020-ci ilin oktyabr ayında başlanılıb. Həmin işlər 2021-ci ilin yanvar ayında başa çatdırılaraq təhvil verilib. Bu zaman işlərin 2020-ci ildə görülmüş hissələri ayrı-ayrılıqda təhvil-qəbul edilmədiyindən (və elektron qaimə-faktura təqdim edilmədiyindən) həmin işlərin görülməsi ilə bağlı əməkhaqqı məsrəfləri 2021-ci ildə xərc kimi tanınacaqdır. Qeyd edilən xərc 2020-ci il üzrə gəlirdən çıxılarsa maliyyə sanksiyası riski yaranır.

Misal 2: “Usta-1985” MMC (ad şərtidir) tərəfindən 2020-ci ildə tikilərək təhvil verilmiş inzibati bina üzrə cəmi xərclər 150.000 manat olub.Görülən işə görə əməkhaqqı məsrəfləri 6.000 manat dəyərində rəsmiləşdirilərək xərc kimi tanınıb. Səyyar vergi yoxlaması zamanı təyin edilən ekspertizanın nəticəsində işlərin yerinə yetirilməsinə sərf edilən günlərin və işçilərin say nisbəti hesablanıb, ümumi əmək tutumunun 23.000 manat olması müəyyən edilıb. Aradakı 17.000 fərq muzdlu iş kimi rəsmiləşdirilmədiyindən yoxlama zamanı mülki-hüquqi müqavilə üzrə işlər kimi qəbul edilməklə Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinə əsasən, 14 faiz dərəcə ilə vergiyə və “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, 25 faiz dərəcə ilə MDSS-na cəlb edilir.

Podrat müqavilələri üzrə tikinti işlərini yerinə yetirən müəssisələrin yoxlanılması zamanı habelə balansda və ya istifadədə olan texnikalar, nəqliyyat vasitələri üzrə yanacaq, sürtkü materialları silgisinin texniki normativlərə uyğunluğu, icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərcləri, uzun müddət və iri həcmlərdə saxlanılması mümkün olmayan mal-materialın qalıqda göstərilməsi (yanacaq, beton, tərkibində xüsusi kimyəvi qatqılar olan materiallar və s.) məsələləri də diqqətdə saxlanılır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Birbank istifadəçiləri əlavə bonuslar qazanacaqlar

posted in: Bank, BirBank, Kapital Bank | 0

Birbank istifadəçiləriÖlkənin ilk rəqəmsal bankı olan Birbank, istifadəçilərinə Yeni ilin gəlişi münasibətilə kampaniya təqdim edir. Şərtlərə görə Kapital Bank kartları ilə Birbank-da ödəniş edən istifadəçilər əlavə bonuslar qazanacaqlar. Belə ki, Birbank vasitəsilə bir dəfəyə 20 AZN və daha yüksək məbləğdə mobil, stasionar telefon, kommunal, TV və ya internet ödənişi edənlər, əlavə olaraq 1 AZN məbləğində bonus əldə edəcəklər.

31 dekabr 2021-ci il tarixinədək davam edəcək aksiya zamanı hər Birbank istifadəçisi maksimum 5 dəfə (toplam 5 AZN) bonus qazana bilər. Qeyd edək ki, ƏDV bonusları, “Ürəklər” və ya başqa bankların kartları ilə həyata keçirilən ödənişlərə bonus hesablanmır.

3 milyondan artıq istifadəçi tərəfindən yüklənən Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və BirKart sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.

Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxsin ləğv edilmiş VÖEN-inin bərpası

posted in: Xəbər | 0

ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuDövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsin yenidən uçota alınması üçün aşağıdakı sənədlər tələb olunur:

• “Fiziki şəxsin uçotu haqqında ərizə”

• ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti

• “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə)

əlavə olaraq təqdim edilə bilər:

• “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə”

• “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə”

• “Elektron sənəd mübadiləsi haqqında Ərizə”

• “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə”.

Xidmət ərazi (torpaq mülkiyyətçilərinə və ailə kəndli təsərrüfatlarına münasibətdə torpağın yerləşdiyi ərazi) prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/ bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, “ASAN Xidmət” mərkəzləri (ərazi prinsipi nəzərə alınmamaqla) və KOB evlərində həyata keçirilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 608 609 610 611 612 613 614 2. 391