» » » Vergi məbləğləri necə tutulur?

Vergi məbləğləri necə tutulur?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi məbləğləri necə tutulur?

Vergi məbləğləri, vergi öhdəlikləri, kriptovalyutanın alınması, Müharibə veteranı, yoxlamaların müddəti, sosial ödənişlər, VÖEN-nin ləğv edilməsi, vergiyə cəlbVergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi Məcəlləsinə əsasən, vergi məbləğləri 3 formada tutulur.

Gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması (bilavasitə mənbədən), gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması (bəyannamə üzrə) və vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi (bildiriş üzrə).

İqtisadçı ekspert Radil Fətullayev bildirib ki, gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması dedikdə, ödəyicinin əlinə həmin gəlirin bütöv məbləğinin çatmasından əvvəl verginin tutulması başa düşülür. Bu vergitutma formasına bilavasitə mənbədən tutulma da deyilir. Məsələn, mudlu işlə əlaqədar gəlirlərdən (əmək haqqından) və muzdlu işə aid olmayan gəlirlərdən (icarə haqqı, dividend, royalti və s.) tutulan vergilər ödəmə mənbəyindən bu formada tutulur. Gəliri ödəyən sahibkar vergini ödəmə mənbəyindən tutub ödəməli və Məcəlləyə uyğun şəkildə hesabatını vergi orqanına təqdim etməlidir.

Gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması dedikdə, vergi ödəyicisinin fəaliyyəti üzrə əlinə gəlirin bütöv məbləğinin daxil olmasından sonra tutulma forması başa düşülür. Bu cür formaya bəyənnamə üzrə tutulma forması deyilir. Yəni ödəyici əldə etdiyi gəlir (mənfəət) barədə özü bəyan edir və həmin bəyan etdiyi məbləğ üzrə də vergini tutur. Sadələşdirilmiş vergi və fiziki şəxsin gəlir (hüquqi şəxsin mənfəət) vergisi bu cür formada tutulur.

Vergitutma obyektinin (məslən, əmlakın) varlığının bildirilməsindən sonra verginin tutulması forması vergi orqanı və ya bələdiyyə tərəfindən verilən bildiriş əsasındda tutulma formasıdır. Ona görə də, bu metoda bildiriş üzrə verginin tutulması forması deyilir. Bu zaman vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanı və ya bələdiyyə hesabladığı məbləğ üçün tədiyyə bildirişi təqdim edir və bu bildiriş əsasında vergi ödəyicisi tərəfindən vergi tutularaq büdcəyə ödənilir.

Vergi Məcəlləsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun