» » » İnvestisiya şirkətləri və ABŞ-a investisiya yatırma mexanizmi (2-ci hissə)

İnvestisiya şirkətləri və ABŞ-a investisiya yatırma mexanizmi (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

İnvestisiya şirkətləri və ABŞ-a investisiya yatırma mexanizmi (2-ci hissə)investisiya şirkətləri

Qapalı şirkətlər (qapalı tipli trastlar) öz səhmlərini səhmdarlardan almağa borclu deyillər. Onlar fond birjasında və birjadankənar fond bazarında satıla bilər. Buna görə də, bu səhmlərin qiyməti şirkət tərəfindən hesablanmır və bazarda tələb və təklifdən asılı olaraq müəyyən edilir. Qapalı şirkət adi səhmlərdən, istiqrazlardan və imtiyazlı səhmlərdən başqa, investor üçün faiz dərəcəsi olan səhmləri buraxmaq hüququna malikdir. İnvestor üçün bu, şirkətin çox uğurlu işləmədiyi və orta dividendlərin az olduğu halda yaxşıdır.

Sonra imtiyazlı səhmlərin sahibi digər səhmdarlarla müqayisədə uduşda olur. Əgər fondun mənfəəti, əksinə, yüksəkdirsə və dividendlər böyükdürsə, imtiyazlı səhm sahibinin gəlirlərinə bu təsir göstərməyəcək: o, əvvəlcədən qeydə alındığı qədər də alacaq. Bundan əlavə, imtiyazlı səhmlər şirkətin idarə olunmasında iştirak etməyə imkan vermir.


Məqalənin 1-ci hissəsini buradan nəzər yetirə bilərsiniz


Qapalı şirkətlər ABŞ-da uzunmüddətli bir tarixə malikdirlər. “Böyük amerikan deperessiyası” dövründə bir çox investorlar nəhəng itkilərə məruz qaldılar. Nəticədə, qapalı tipli trast konsepsiyası uzun illər unudulmuşdu. Qapalı şirkətlərin populyarlığı 80-ci illərdə yenidən yüksəlməyə başladı. 1980-ci ildə bazar yüksəlişdə idi və qapalı şirkətlərə böyük gəlirlər gətirirdi. Qapalı investisiya şirkətlərinin sırasına “sığorta fondları”nın əksəriyyəti – hansısa bir ölkənin qiymətli kağızlarına pul yatıran investisiya şirkətləri daxildir.

Gəlirlilik baxımından amerikalılar üçün inkişaf etməkdə olan bazarlar xüsusilə maraq kəsb edir. Məlum olduğu kimi, inkişaf etmiş ölkələrə investisiya yatırımları, inkişaf etməkdə olan, amma, stabil iqtisadiyyata malik olmayan və yüksək gəlirlər gözlənilməyən ölkələrə sərmayə qoyuluşundan daha etibarlıdır.

Öz sənayesini yenicə yüksəltməyə başlayan ölkələrdə bu, yüksək risklələrlə müşayiət olunsa da, perspektivlər daha ürəkaçandır. Səhmdarlarının səhmlərini almaq üçün açıq fond öz aktivlərinin bir hissəsini satmalı olur, lakin, bu aktivlər qeyri-sabit iqtisadiyyata malik ölkənin qiymətli kağızlarını təşkil edirsə, bununla bağlı ciddi çətinliklər yarana bilər.

Buna görə də, şirkət öz səhmlərinin geri alınması kimi belə bir ciddi öhdəlik götürməməyə üstünlük verir. Əlbəttə ki, inkişaf etməkdə olan bazarlarda da, bir qayda olaraq, etibarlı və likvid qiymətli kağızlara malik sektorlar mövcuddur. 1985-ci ilin sonundan 1993-cü ilin dekabr ayına qədər xarici qiymətli kağızlara sərmayə yatıran qapalı şirkətlərin sayı 8-dən 91-ə çatıb, onların aktivlərinin dəyəri isə 9,2 milyard dollardan 24,9 milyard dollaradək artıb. Həmin dövr xarici investisiyalı qarşılıqlı fondların sayı 42-dən 418-ə yüksəlib, onların aktivləri isə 9,2 milyard dollardan 151 milyard dollara çatıb.

Həm açıq, həm də qapalı idarəetmə şirkətləri çoxşaxəli və qeyri-mərkəzləşdirilmiş ola bilər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun