» » » Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi

Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi

posted in: Xəbər | 0
birbank biznes
əmək məzuniyyətinin verilməsi əmək məzuniyyətiƏlilliyi olan şəxslərə işlədikləri müəssisədə əmək məzuniyyəti istəklərinə uyğun olaraq onlar üçün əlverişli vaxtda verilə bilər. Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyətinin verilməsi zamanı növbəlillik prinsipi həmin kateqoriyadan olan şəxslərə şamil edilmir.

Bu hüquq

  • 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara,
  • 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma,
  • müharibə veteranlarına,
  • yaşı 18-dən  aşağı olan işçilərə

və Məcəllədə nəzərdə tutulan digər kateqoriyalardan olanlara da  şamil olunur.

Eyni zamanda, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Bu müddətdən sonra ona birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Lakin bir sıra kateqoriyalardan olan işçilərlə yanaşı, əlilliyi olan işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.

Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə minimum 42 gün əmək məzuniyyəti verilir.

Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun