Ekspeditor şirkətlərinin vergi öhdəlikləri

posted in: Xəbər | 0

gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusu“A” şirkəti daxili yükdaşıma fəaliyyəti ilə məşğul olur və “B” şirkətinə məxsus yükləri daşıyır. Balansında avtonəqliyyat vasitələri olmayan “A” şirkəti həmin daşımaları müqavilə əsasında digər şəxslər (fiziki və ya hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Bu zaman “A” şirkətinin və digər şəxslərin (fiziki və ya hüquqi şəxslərin) hansı vergi öhdəliyi yaranır? Həm “A” şirkəti, həm də digər şəxslər fərqlənmə nişanı almalıdırmı?

Dövlət Vergi Xidmətindən suallara cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Eyni zamanda, mülki qanunvericiliyə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.

Qeyd olunanlara əsasən:

Mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə onlara ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda şirkətin vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları) həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda həmin vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və əldə etdiyi xidmət haqlarının dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

Bununla yanaşı, vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqlarının) həcmindən asılı olmayaraq, əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olmasa belə, vergi ödəyicisi öz müraciətinə əsasən könüllü şəkildə ƏDV qeydiyyatına alına bilər.

Belə ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi yalnız Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-ni tətbiq edə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsinin adı məlum olub

posted in: Xəbər | 0
işsizlik səviyyəsi2021-ci ilin sonlarında Avropada ən aşağı işsizlik səviyyəsi Çexiyada (orada işaxtaran sakinlərin payı 2,2 faiz təşkil edir) qeydə alınıb. İşsizlik səviyyəsinin ən yüksək olduğu ölkələr sırasında İspaniya (13,4 faiz) və Yunanıstanın (13,2 faiz) adları çəkilir, RİA Novosti agentliyinin tədqiqatlarında belə deyilir.

Polşa, AlmaniyaMaltada kifayət qədər aşağı səviyyədə işsizlik qeyd olunub (3,5 faizdən çox deyil). Ukraynada bu, 9,6 faiz, İtaliyada 9,1 faiz, İsveçdə 8,3 faiz, Fransada 7,5 faiz səviyyəsində olub. Çexiyada işsizliyin səviyyəsi cədvəldə sonuncu yeri tutan İspaniya ilə müqayisədə demək olar ki, altı dəfə aşağıdır.

Rusiya 4,3 faiz göstərici ilə 2021-ci ilin sonu üçün reytinqdə  doqquzuncu yerdə qərarlaşıb, bu göstərici Böyük Britaniya da demək olar ki, eyni səviyyədədir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2022-ci il üçün dolların rəqibi açıqlanıb

posted in: Xəbər | 0

dollar , Pullar Maaşlar ABŞ“Finam” qəzetinin təhlilçisi Andrey Maslov bəyan edib ki, hazırda dollar əmanətlərin sabitliyini təcəssüm etdirir. Lakin, yığımların diversifikasiyası üçün Britaniya funtuna da diqqət yetirmək lazımdır, deyə mütəxəssis “Praym” agentliyinə müsahibəsində bildirib.

Maslov bildirib ki, FED-in mart ayına planlaşdırılan faiz artımı fonunda dollar ənənəvi olaraq investisiya üçün üstünlüyü sayılan öz cəlbediciliyini qoruyub saxlayır. Müdafiə valyutaları arasında o, 2022-ci ildə ingilis funtunu dollara layiqli rəqib adlandırıb.

“Etibarlılıq baxımından alternativləri, yəni, qoruyucu valyutalar deyilənləri nəzərə alsaq, iyena, avro və franka etibar etməmək daha yaxşıdır, çünki bu il müvafiq ölkələrin mərkəzi bankları kifayət qədər “yumşaq” ovqata kökləniblər və çətin ki, onlar dərəcləri qaldırsınlar”, – analitik belə izah edib.

Ekspertin sözlərinə görə, İngiltərə Bankı ardıcıl ikinci dəfə uçot dərəcəsini qaldırıb ki, bu da sonuncu dəfə 2004-cü ildə baş verib. Təhlilçilər inflyasiya səbəbindən tənzimləyicinin bunu davam etdirəcəyini təxmin edirlər. Həyata keçirilən bu tədbirlər funta dollarla rəqabət aparmağa kömək edəcək.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (21-ci hissə)

posted in: mühasibat uçotu, Xəbər | 0

mühasibat uçotuAlmaniyada ticarət və istehsalat mühasibatlığı qarşılıqlı olaraq bir-birini tamamladı, birincisi balansşünaslıqda, ikincisi isə hesablamada  ən mükəmməl nəzəri əsas tapdı.

Sənayenin yüksəlişi və səhmdar cəmiyyətlərinin yayılması nəzəri fikrin sürətli inkişafına gətirib çıxardı. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində orijinal bir istiqamət – balansşünaslıq meydana gəldi. Balansşünaslığın yaranması balansın mühasibat uçotunun əsas təməl konsepsiyası və hüququn xüsusi sahəsini – balans hüququnu yaradan hüquqşünasların fəaliyyəti kimi təbliğ olunması ilə şərtlənmişdi.

Hüquqşünasların xidməti balans tələblərinin formalaşdırılması idi: 1) dəqiqlik; 2) tamlıq; 3) aydınlıq; 4) düzgünlük; 5) ardıcıllıq; 6) balansın vahidliyi. Balanslara dair müxtəlif tələblər onların təsnifatının zəruriliyini şərtləndirmişdi. Almaniyada ümumi bir balans ayrılmağa başladı – bölüşdürülməmiş mənfəət göstərilməklə və xalis bir balans – artıq paylanmış mənfəət ilə tərtib edilirdi. Balansların daha ətraflı təsnifatı I. Kraybig tərəfindən verildi, o, balansları dörd əsas üzrə bölüşdürdü:

a) təmiz nəticənin əsası üsulu;

b) tərtib etmənin məqsədi;

c) dəyərləndirmə əlaməti;

ç) hesablama subyektlərinə görə;


Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (2-ci hissə)


Alman uçot nəzəriyyəsində prinsipial məsələ qiymətləndirmə metodu olub. Qiymətləndirmə metodlarının özünəməxsus təsnifatı F. Lyaytnerə məxsus idi, bu təsnifata uyğun olaraq qiymətlər mütləq (cari və satış)nisbi (uçot, nominal, hesablama, maya dəyəri) qiymətlərə bölünürdü. Daha çevik yanaşma I. Kovero üçün xarakterik idi, hansı ki, ləğvetmə qiymətləndirməsini nəzəriyyəsinə əsaslanır və qiymətləndirmələrin aşağıdakı növlərini müəyyən etmişdi: 1) alış qiyməti; 2) balansın tərtib olunduğu gün alış qiyməti; 3) ləğvetmə halında satış qiyməti; 4) adi satış qiyməti; 5) minimum qiymət. Bu qiymətləndirmələr müəssisənin xəyali şəkildə ləğv edilməsi və əmlakın cari bazar qiymətləri ilə qiymətləndirilməsini nəzərdə tuturdu.

Qiymətləndirməyə bu cür yanaşma ilə R. Fişer razı deyildi və uçotda mühasibat nominalizmi ideyasının adını almış maya dəyərinin qiymətləndirilməsini təklif etmişdi. Fişerin bir çox ardıcılları var idi, lakin, maya dəyəri üzrə qiymətləndirmə bir çox mühasibləri qane etmirdi – dəyəri müqayisə olunmaz hala gətirirdi, gizli itkiləri ilə aktivi artırırdı və bəzən mənfəətin azaldılmasına səbəb olurdu.

Alman balansşünaslığında prinsipcə yeni olan əmlakın qiymətləndirilməsinə subyektiv yanaşma idi – subyektiv yanaşma bu hal üçün realdır, lakin bu yanaşma da tənqid olunurdu. Qiymətləndirmənin subyektiv məktəb tərəfindən araşdırmaları normal uçot qiyməti barədə nəticəyə gətirib çıxardı, o, praktiki hallar və qarışıq hesablardan qaçmaq arzusu ilə diktə edilirdi. Uçot qiymətlərinin mənbəyi ya alış, ya da satış qiymətləri ola bilər, lakin hər vəziyyətdə onlar iqtisadi məlumatların, maliyyə nəticələrinin sabitliyini təmin etdi. Bu qiymətləndirmə mühasibat uçotu üçün böyük nəticələrə gətirib çıxardı və bizim dövrümüzə qədər yaşadı.

Qiymətləndirmələrin müxtəlif növləri uçot kateqoriyası kimi balans qarşısında duran müxtəlif məqsədlərlə şərtlənir. Alman məktəbinin nəzəriyyəsində fərqlənirdi: maliyyə nəticəsini düzgün əks etdirən, lakin əmlakın qiymətləndirilməsini təhrif edə bilən dinamik balans; statistik balans, məqsədi – əmlakın dəyərinin dəqiq əks olunmasıdır. Praktikada iki balans fərqlənirdi – vergi və kommersiya.

Alman uçot məktəbində balans və hesabların münasibətləri ilə bağlı müzakirələr aparılırdı. Bəzi müəlliflər hesablar və balansın müstəqil kateqoriyalar olduğunu iddia edirdi; digərləri güman edirdilər ki, balans elə Əsas kitabda saldo hesablarının məcmusudur. Debet və kreditin yerləşdirilməsinin şərti olduğunu iddia edən iki sıra hesabların məktəbi üstünlük təşkil edirdi. Balansdan hesabların çıxılmasını nəzərdə tutan iki sıra nəzəriyyəsinə görə, hesablar aktiv və passiv olanlara bölünürdü.


Məqalənin 20-ci hissəsini buradan oxuya bilərsiniz


Alman məktəbində balans nəzəriyyəsinin banisi isveçrəli alim İ.F. Şer olmuşdur. Əvvəlki müəlliflərdən fərqli olaraq Şer uçotun əsasına hesabları deyil, balansı qoyurdu və ifadəni xüsusidən ümumiyə doğru deyil əksinə tərtib edirdi. Balansın əsasında kapital tənliyi dururdu, balansın özü isə kapitalın dövriyyə mərhələlərinin açılması üçün vasitə kimi başa düşülürdü. Mühasibatlıq balans ilə başlayır və onunla bitir. Müasirlərdə uçot və mühasibat prosedurunun bütün nəzəriyyəsinin hesabdan balansa deyil, balansdan hesaba qoyulması böyük təəssürat yaradırdı.

Burada Şer tərəfindən irəli sürülmüş qarışıq hesablar haqqında təlim əhəmiyyətli idi. Qarışıq hesablar dedikdə, o, təsərrüfat əməliyyatlarının nəticələrinin əks olunduğu inventar hesablarını başa düşürdü. Qarışıq hesabların çatışmazlıqlarını etiraf edən Şer onları qaçılmaz hesab edirdi, buna görə də bütün iqtisadi əməliyyatları mübadilə, nəticə və qarışıqlara bölürdü.


Mühasibat uçotunun inkişaf mərhələləri


Hesabların mühasibatlıq aparatlarının təşkili və fəaliyyət praktikası ilə əlaqələndirilməsi Şerin böyük xidməti idi. Uçotun və tətbiq edilən hesab planlarının təşkili informasiya axınlarının həm mərkəzdənqaçma, həm də mərkəzə can atma yolları ilə hərəkətini təmin etməli idi. Birinci halda mərkəzləşdirilmiş aparat nəzərdə tutulurdu, ikinci halda isə – mərkəzləşdiriləməmiş aparat. Balansdan irəli gələn hesablar planı iqtisadi idarəetmənin əsasını təşkil edirdi. Şer hesablama məsələlərinə çox diqqət yetirirdi və onu mühasibatın ən mühüm hissəsi kimi nəzərdən keçirirdi. Xərclərin seçilmiş bazaya nisbətdə bölüşdürülməsi son hesablamanın təxmini xarakter verdiyini qəbul edirdi, lakin hər bir xərc növü üçün xüsusi bir baza seçərək bu yaxınlaşmanın minimuma endirilə biləcəyinə inanırdı.

Şer uçota təhlili daxil edən ilk şəxslərdən biri idi və hesablar üçün dövriyyənin hesablanması da onun xidmətlərindən biri idi. Dövriyyənin hesablanması metodunun təfsiri, xərclərin sabit və dəyişənlərə bölünməsi metodu kimi bu günə qədər də yayılmışdır. Şer hesabdarlıq formalarını inkişaf etdirirdi, o üçhesablı formanı təklif edirdi, onun mahiyyəti xronoloji qeydiyyat jurnalında üç qrafanın, üç hesabın ayrılmasından ibarət idi: təmiz, qarışıq və kapital. Əgər bu hesablar üzrə balans çıxarılarsa, ilk iki hesabın debet balansının məbləği kapital hesabının kredit balansına bərabərdi. Şerin birjurnallı forması daha maraqlı idi, bu, iqtisadi dövriyyələrin dəyişikliklərlə qalıqların ayrılması ilə sadə bir xronoloji qeydi təmin edirdi, yəni, hesab balansından hər bir əməliyyatdan sonra zərər və mənfəət çıxarılırdı.


Texnologiya startaplarının top-onluğu


Şerin fikirlərini alimlər tənqid edirdilər, onları ziddiyyətli hesab edirdilər, lakin balans nəzəriyyəsinin ən böyük çatışmazlığı o idi ki, o hesablaşmalara təsir edən bütün əməliyyatları izah edə bilmirdi və nəticəvi hesablarda əks olunan faktları böyük gərginliklə təsvir edirdi.

Alman məktəbinin böyük nailiyyəti balansın qurulması və şərhi ilə bağlı ideyalardan onun təhlilinə keçid idi. Uçotda üç istiqamət özünü göstərirdi:

1) iqtisdi təhlilin yaradılması (Şer, Ştern, Lyatner ə digərləri);

2) hüquqi təhlilin inkişafı mühasibatlıq təftişinin yaranmasına gətirib çıxardı (Beygel, Remer, Porsiq və başq.);

3) səhmdarlar arasında balans barədə biliklər populyarlaşırdı (Rozius, Guber, Şenvadt və digər.).



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 560 561 562 563 564 565 566 2. 399