Daha çox8
Daha çox8

2021-2022-ci illərdə diqqət yetirilməli olan mühasibat uçotu üzrə tendensiyaların top-üçlüyü (3-cü hissə)

posted in: Xəbər | 0

tendensiyalar , məzuniyyət vaxtıBu, həmçinin mühasibat firmalarının istedadlar tapmaqda çətinliklərlə bağlı hesabatları ilə müşayiət olunur. Məsələn, Avstraliyada mühasiblər ixtisaslı miqrantlar siyahısında prioritet yer tuturlar. Bu dəyişiklikləri  nəzərə almaqla, istedadları saxlamaq üçün bir sıra təklifləri firmaların diqqətinə çatdırıram:

1. Zəruri olan əlavə bacarıqları nəzərə almaqla mühasiblər üçün kompensasiya və güzəştlər sistemini bir daha nəzərdən keçirin.

2. Çevikliyi və məqsədyönlülüyü yüksəltməyə fokuslanın.

3. Öz mühasiblərinizin ixtisaslarının artırılmasına sərmayə yatırın.

Bundan əlavə, dəqiq müəyyən edilə bilən proseslər davamlılığı təmin etmək üçün sənədləşdirilməlidir.

3. Mühasibin rolunun yenidən nəzərdən keçirilməsi

Mühasiblər pandemiya zamanı öz etibarlılıqlarını biznes idarəediciləri qismində nümayiş etdirdilər. Şirkətin maliyyə göstəriciləri və əsas amilləri haqqında dəqiq rəqəmsal anlayışları ilə onlar biznes-məsləhətçilər və əlavə dəyər yaradanlar rolunu oynaya bildilər. Buna görə də təəccüblü deyil ki, Avstraliyada sorğulanan mühasibat şirkətlərinin 70% – i tipik audit funksiyaları və ya tələblərə uyğunluq çərçivəsindən kənara çıxmaq üçün xidmətlərini şaxələndirmək istədiklərini qeyd ediblər. Bu, sahənin daha geniş çeşidli xidmətlərə artan tələbatına cavab olaraq edilib. Nəticə etibarilə, tendensiya digər yurisdiksiyalarda da oxşar olacaq.

Məqalənin 2-ci hissəsi ilə buradan tanış ola bilərsiniz


Bununla yanaşı, Birləşmiş Krallığın maliyyə hesabatı üzrə Şurası və digər yurisdiksiyaların nəzarət orqanları mühasibat firmalarını, mühasibat xidmətlərini digər peşəkar xidmətlərdən ayırmağa təşviq edirlər. Bu, mühasibat uçotu təcrübəsi üçün logistik problem olaraq qalmasına baxmayaraq, sözügedən sahə mühasiblərdən yalnız tələblərə riayət etmək funksiyalarını yerinə yetirməyi deyil, həm də onlardan məsləhət şöbəsinə keçidin və şirkət üçün əlavə dəyərin yaradılmasında iştirak kimi daha geniş tapşırıqları yerinə yetirməyi tələb edir. Bunlar yeni söhbətlər deyil. Ona görə də dəyişikliyə başlamaq üçün “yeni norma” haqqında söhbətlərin yetərli olub-olmadığını da öyrənmək lazımdır.

Eləcə də kripto-valyutanın uçotuna da maraq artır. Bir çox kriptovalyutalar 2021-ci ildə tarixən ən yüksək həddə çatdıqları üçün mühasiblər bu iqtisadi fenomeni ən yaxşı şəkildə necə izah edəcəklərini müzakirə edirlər. Başlıca sual ondan ibarətdir ki, onu maya dəyəri və ya bazar qiyməti ilə ölçmək lazımdır. Çünki kripto-valyutalar dəyəri olduqca dəyişkəndir. Kriptovalyutalar populyarlıq qazanmağa davam etdikcə, mühasiblər bu mövzunu nəzərdən keçirərkən öz peşəkar mülahizələrini ortaya qoymalı olacaqlar. Ehtimal ki, mühasibat uçotunun mülahizələrini tələb edəcək digər eyni dərəcədə mürəkkəb ssenarilər də olacaq.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sosial şəbəkələrə reklam ödənişləri ilə bağlı vergi öhdəliyi

posted in: Xəbər | 0

reklam , vergi ödənişləri , e-ticarət və e-aqrarƏDV ödəyicisi olan hüquqi şəxslər öz biznes kartlarından “Facebook”, “Google” kimi şirkətlərə reklam üçün ödəniş edirlər. Ödəniş edərkən bank tərəfindən 18 faiz ƏDV avtomatik olaraq tutulur. Hüquqi şəxslərin həmin ödənişləri aylıq ƏDV bəyannaməsində əvəzləşdirməyə hüququ varmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.


Veteranlara vergi güzəştinin hesablanması


Eyni zamanda, qeyri-rezidentə edilən ödənişlərə Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir və növbəti ayın 20-dən gec olmayaraq “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi” təqdim edilir.

Göründüyü kimi, vergi orqanında uçotda olan vergi ödəyiciləri elektron ticarət qaydasında alınmış xidmətlərə görə qeyri-rezidentə etdikləri ödəmələrə müstəqil qaydada 18 faiz dərəcə ilə ƏDV hesablamalı və bəyannamə təqdim etməklə hesablanmış ƏDV-ni büdcəyə ödəməlidirlər. ƏDV qeydiyyatında olan şəxsin qeyri-rezidentə görə büdcəyə ödədiyi ƏDV-ni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirmək hüququ vardır.

Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında xidmətlər alınarkən isə 18 faiz dərəcə ilə ƏDV ödəməni həyata keçirən banklar tərəfindən fiziki şəxsin hesabından tutularaq büdcəyə ödənilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Veteranlara vergi güzəştinin hesablanması

posted in: Xəbər | 0

vergi güzəşti , veteran , icbari ödənişlər , maliyyə xidmətləriVətəndaş 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib və Ali Baş Komandan tərəfindən Cəbrayıl, Xocavənd və Şuşanın azad olunmasına görə medallarla təltif edilib, Prezidentin fərmanı ilə ona 1 yanvar 2022-cidən “Vətən müharibəsi iştirakçıs”ı statusu verilib, adı “Zəfər” alt sistemindəki siyahıya salınıb. Hərbi komissarlıqdan xidməti haqqında arayış alıb mühasibata təqdim edən işçi veteran vəsiqəsini almayıbsa, onun veteran kimi vergi güzəştlərindən yararlanması mümkündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.


Müəssisənin nəqliyyat vasitələrinin satışından əldə etdiyi vəsaitin vergiyə cəlb edilməsi


Güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilib. Siyahının 1.7-ci bəndinə əsasən, müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Bunlara əsasən:

Müəssisə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşlarının müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq edilir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müəssisənin nəqliyyat vasitələrinin satışından əldə etdiyi vəsaitin vergiyə cəlb edilməsi

posted in: Xəbər | 0

vergiyə cəlb , Vakansiya , Əsas Vəsaitlər üzrə mütəxəssis , İşçinin vəfatıTəsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə mülkiyyətində olan istismar müddətini tam başa vurmuş, tam aşınmış nəqliyyat vasitələrini yenidən qiymətləndirərək satarkən müəyyən suallar yaranır:

1. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətinə uyğun satışını həyata keçirir. Satışdan daxil olan vəsait tam həcmdə müəssisənin sərəncamında qala bilərmi?

2. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə daxil olmuş vəsaitdən aidiyyəti üzrə yaranmış vergi öhdəlikləri (ƏDV, mənfəət vergisi) yerinə yetirildikdən sonra qalan vəsait müəssisənin vəsaiti hesab olunurmu?

3. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisənin istismar müddətini tam başa vurmuş nəqliyyat vəsitələrinin satışından daxil olan vəsait “Dövlət əmlakının satışından daxilolmalar” təsnifatı üzrə büdcəyə bütövlükdə daxil edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 114.7-ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. Buna əsasən, müəssisə tərəfindən istismar müddəti başa çatmış və tam amortizasiya olunmuş nəqliyyat vasitələrinin satışından əldə olunan gəlir ümumi qaydada mənfəət vergisinə cəlb edilir. Eyni zamanda, ƏDV ödəyicisi olan müəssisə tərəfindən nəqliyyat vasitələrinin təqdim edilməsi ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyatdır və 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edilir.

Təsisçinin xeyrinə edilən köçürmələrin vergiyə cəlb olunması


Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Təsisçisi dövlət müəssisəsi olan müəssisə tərəfindən nəqliyyat vəsitələrinin satışdan daxil olan vəsaitin müvafiq vergi öhdəlikləri yerinə yetirildikdən sonra təyinatı barədə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 558 559 560 561 562 563 564 2. 399
error: Content is protected !!