Beynəlxalq daşıma məqsədləri üçün icarəyə götürülən vaqonlara görə vergi öhdəliyi

posted in: Xəbər | 0

vergi öhdəliyi , alğı-satqı royalti vergiyə cəlbVergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin beynəlxalq daşıma məqsədləri üçün rezident müəssisəyə icarəyə verdiyi vaqonu rezident müəssisə qeyri-rezidentə və yaxud rezidentə təqdim edir. Təqdim edən rezident müəssisə ƏDV ödəyicisidir. Bu halın daha aydın anlaşılması üçün nümunə kimi qeyd edək. “A” MMC Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident “BB” şirkətindən beynəlxalq daşıma məqsədləri üçün vaqonlar icarə götürür və icarəyə götürdüyü vaqonları rezident və qeyri-rezidentə yenidən icarəyə verir (bu, dəmiryol termini ilə icarə yox, “vaqon ayrılması” kimi dəyərləndirilir).

Sual 1. Qeyri-rezidentdən vaqon icarəyə götürülərkən ƏDV bəyannaməsinin 306-cı sətrində ay ərzində göstərilən xidmət və buna uyğun olaraq ödənişlər qeyd olunur. Bu fəaliyyət üçün ödəmə mənbəyində vergi bəyannaməsi verilərkən Azərbaycan Respublikasında qeydiyatda olmayan qeyri-rezidentə ödənilən vəsait hansı xanada qeyd olunmalıdır?

Sual 2. Bu fəaliyyət üzrə vaqon icarəsi rezident müəssisəyə təqdim olunurkən 18% ƏDV hesablanaraq elektron qaimə-faktura göndərilir və ƏDV bəyannaməsinin əlavə 3 hissəsində qeyd olunur. Bu təqdimetmə yalnız qeyri-rezidentə olduğu zaman göstərilən xidmət və bizə ödənilən məbləğ qeyri-rezidentin yerləşmə yerinin öz ölkəsi olduğunu (Azərbaycanda daimi nümayəndəliyi olmadığını) nəzərə alaraq ƏDV bəyannaməsinin əlavə 4 hissəsində qeyd edilməlidirmi?

Dövlət Vergi Xidmətindən birinci sualla bağlı bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında istifadə edilən daşınar əmlakın icarəyə verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilir və bu gəlir Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentə ödənilən icarə haqları və royalti (bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunur.

Qeyd olunanlara əsasən:

Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına görə, nəqliyyat vasitələrinin icarəsi üçün qeyri-rezidentə ödənilən icarə haqları 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur və müvafiq hesabat dövrü üzrə təqdim edilən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.2-ci sətrində əks etdirilir.

Bundan əlavə, xidmətləri (işləri) təqdim edən qeyri-rezidentin rezidenti olduğu dövlətlə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş mövcud olduğu halda qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin, o cümlədən xidmətlərin göstərilməsindən gəlirlərinin və royalti gəlirlərinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərlə tənzimlənir.

Beynəlxalq müqavilələrin tətbiqi məqsədilə qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 forması) təqdim etməklə həmin azadolmanın və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

Dövlət Vergi Xidmətindən ikinci sualla bağlı bildirilib ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla) işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi yerdə həyata keçirilmiş sayılır.

Müəssisə nəqliyyat müəssisəsi olduğu halda qeyri-rezidentlərə nəqliyyat vasitələrinin icarəyə verilməsi üzrə xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168.1.6-cı maddəsinin müddəalarına əsasən işi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer üzrə Azərbaycan Respublikasının ərazisi sayılır və həmin əməliyyatlar ümumi qaydada 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ezamiyyə xərcindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?

posted in: Xəbər | 0

vergi güzəşti , Vergi öhdəlikləri , əmlak vergisi, Vergi Məcəlləsinə dəyişiklik, əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuVergi Məcəlləsinin 98.3-cü maddəsi ilə faktiki ezamiyyə xərcləri və 102.1.14.2-ci maddəsi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri gəlir vergisindən azaddır. Lakin məcburi dövlət sosial sığortası üzrə sığorta haqqı hesablanmayan gəlir yalnız faktiki ezamiyyə xərcləri üçün nəzərdə tutulub (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi istisna olmaqla). Bu halda işçinin norma çərçivəsində ezamiyyə xərcindən məcburi dövlət sosial sığortası tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən, faktiki ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aiddir.


İşsizlikdən sığorta: nələri bilmək vacibdir?


Qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilmiş ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda işçiyə faktiki ezamiyyə xərclərinin əvəzi müvafiq təsdiqedici sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergi tutulan gəlirlərinə aid edilməklə gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Əsas: “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi və Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İş və istirahət günlərinin yerləri dəyişdirilib

posted in: Xəbər | 0

Elektron satınalmalar, iştirak haqqı, Elektron satınalmalarda iştirak haqqı, 2022, qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması, Ezamiyyə xərclərinin normaları, mediasiya, Vahid büdcə təsnifatıNazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.


Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-2022-ci illərdə diqqət yetirilməli olan mühasibat uçotu üzrə tendensiyaların top-üçlüyü (1-ci hissə)

posted in: mühasibat uçotu, Xəbər | 0

2021-2022-ci illərdə diqqət yetirilməli olan mühasibat uçotu üzrə tendensiyaların top-üçlüyü (1-ci hissə)Vakansiya Auditor

Ceremi Çia

Ceremi Çia LucaNet ASEAN-da məsləhətçidir. O, mühasibat uçotunun rəqəmsallaşdırılmasının tərəfdarıdır və müştərilər üçün təhlil və gələcək planlaşdırma üçün topladıqları məlumatlardan maksimum istifadə etməyə çalışır.

Mühasibat uçotu sənayesi daimi dəyişikliklərə məruz qalır. “COVİD-19 ili və 2020-ci il ərzində mühasibat uçotu” ilə bağlı keçən ilki buraxılışda mən, mətn təhlili vasitəsilə mühasibat uçotu sahəsində baş verən əsas hadisələr haqqında təsəvvür əldə etmək üçün mühasibat uçotu ilə bağlı məqalələrin başlıqlarını təhlil etdim. Həmin vaxt ərzində 2021-ci il də sanki çox sürətlə yanımızdan ötüb keçdi, ötən ilin əsas nəticələrinin qısa xülasəsi:

  • Pandemiyanın səbəb olduğu texnoloji tərəqqi dalğası məsafədən işləməyi tələb edir.
  • Ötən ilki məqalələrin başlıqları hesabat dövrləri ilə üst-üstə düşdü – bizim diqqətimizi isə əsasən üzərində işlədiklərimiz daha çox çəkdi.
  • Davamlı inkişaf tədricən onun sinergetik effektinin nəzərə alınması funksiyasının əhəmiyyətli bir hissəsinə çevrilir.

2021-ci ildə böyük əksəriyyətimiz pandemiya ilə mübarizə aparmaqda davam etdik. Müəyyən dövrdə iş çalışmalarımızı ertələdik, kütləvi peyvəndləmələri müşahidə etdik. Buna baxmayaraq, pandemiyanın yeni – Delta, indi isə Omikron kimi variantları ortaya çıxıb və təhlükə hələ də aradan qalxmayıb. Bununla əlaqəli sual ortaya çıxır: 2021-ci il ərzində mühasibat uçotu ilə bağlı xəbərlərdə hansı mövzular daha aktual olub?

Mən 2021-ci ilin yanvar-noyabr ayları arasında mühasibat uçotu ilə bağlı məqalələrin başlıqlarını və qısa təsvirlərini təhlil etdim və üç yeni mövzunu aşkar etdim. Birincisi, bu, həftəlik Google Alerts xülasələrinə əsaslanırdı. Ümumilikdə, 2021-ci il 2020-ci ildə ilk dəfə aşkarlanan tendensiyaları davam etdirir və sürətləndirir. Həmçinin maraqlıdır ki, “mühasiblər” mövzuları, insanlara istiqamətlənmiş müxtəliflik və inklyuzivlik məsələləri mühasibat uçotu haqqında söhbətlərdə öz əksini tapıb.


Məqalənin 2-ci hissəsi ilə buradan tanış ola bilərsiniz


Mövzular üzrə bizim nəticələri qruplaşdırarkən, mən aşkara çıxardım:

1. Pandemiyanı aradan qaldırmaq cəhdinə baxmayaraq texnoloji transformasiya əsas olaraq qalır

Eyni zamanda “pandemiya” məqalələrdə söz olaraq daha tez-tez təkrarlanır, “proqram təminatı”, “platforma” və “bulud həll”, görünür ki, 2021-ci il hesabatlarının mühüm xüsusiyyətidir. Bu, sübut edir ki, müzakirələr hələ də mühasibat uçotu sahəsində texnoloji inkişaflar ətrafında gedir.

Bu il biz kapitalı cəlb edən mühasibat texnologiyaları sahəsində həllərin populyarlığının artdığının şahidi olduq. Texnologiyalar haqqında məqalələrin 21% -i mühasibat uçotu üçün yeni qərarın uğurla maliyyələşdirilməsinə həsr olunmuşdu. Bu, belə qərarların, gələcəyi, həyat qabiliyyəti və perspektivləri ilə bağlı investorlar tərəfindən təsdiqidir. Bu qərarların məqsədi mühasibat uçotu prosesinin səmərəliliyinin artırılması üçün süni intellekt və daha mükəmməl texnologiyaların imkanlarından istifadə etməkdir.

Rəqəmsal transformasiya tsiklində qorxu məsələsini ortaya atanlar texnologiyanın “mühasibləri əvəz edəcəyini” bəyan ediblər. Alternativ və ruhlandırıcı fikir ondan ibarətdir ki, avtomatlaşdırma mühasibləri əvəz etmək əvəzinə onların işini daha da dolğunlaşdıracaq. Mühasibat uçotu üçün proqram təminatı bazarının ümumi illik artım tempi 2027-ci ilə qədər 7,1% müəyyən edilib ki, bu da yalnız böyük vurğu deməkdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 561 562 563 564 565 566 567 2. 399