Texnologiya startaplarının top-onluğu

posted in: Xəbər | 0

Gündəlik həyatın rəqəmsallaşdırılmasıtexnologiya startapları , Biznes-ideyalar

Gələcək ağıllı texnikadan asılıdır – bu haqda hər tərəfdən söz açılır. Və bu bir həqiqətdir. Bizlər düymələri basmaq və özümüz üçün ən adi hərəkəti yerinə yetirməkdən ötrü ağıllı mexanizm tələb etməyə o qədər tez öyrəşirik ki, ənənəvi üsullar artıq bizə arxaik görünür. Robot-oyuncaqlar və stolüstü oyunlar üçün tərəfdaşlar, danışan dinamiklər, proyektorlar, əyləncə xidmətləri və sistemləri, ağıllı evlər – bütün bunlar gündəlik həyatımızın tərkib hissəsinə çevrilir. Bu günə qədər ən qeyri-adi texnologiya startaplarının seçimini bölüşmək qərarına gəldik.

Tədbir

Hopin https://hopin.com/ – bu, onlayn formatda tədbirlərin hazırlanması və keçirilməsi xidmətidir. Pandemiya rəqəmsallaşma və distant təhsilin insan həyatının müxtəlif sahələrinə aktiv şəkildə tətbiqi üçün katalizatora çevrilib. Yeri gəlmişkən, bu gün və yaxın gələcəkdə onlayn tədbirlərə böyük tələbat olacaq. Bu xidmət adi Zoom, Skype-dan nə ilə fərqlənir? Bu xidmətdə tədbirdə iştirak hissi – təsadüfi tanışlıq üçün qısa yayımlar, menyu, resepşn, kiçik və böyük zallar vardır. Heç yerə getmək lazım deyil, sadəcə bir klik yetərlidir.

Qayğı

Робокот Maicat https://macroact.com/ – süni intellektli pişik, ailənin tam hüquqlu üzvü və əsl dost ola bilər. Bir növ ev heyvanı almadan öncəki məşqə bənzəyir. Robokot müxtəlif vəziyyətlərdə hərəkət edə bilir, insanlar, ətraf gerçəklik obyektləri ilə qarşılıqlı əlaqə qurur, duyğularını ifadə edir və ən əsası – miyoldaya bilir.

Antistress

Fellcove https://www.feelcove.com/ – stresslə mübarizəyə istiqamətlənmiş bir startapdır. Cove halqası, sahibinə stressdən azad etməyi vəd edən başqa bir cihazdır. O, daha yaxşı yuxuya getməyə, daha az əsəbi olmağa kömək edir. Bu cihazı gündə 2 dəfə, cəmi 20 dəqiqə taxmaq lazımdır, impulslar beyinə daxil olur və istənilən nəticəni əldə etməyə kömək edir. Bu cihazı hazırlayanlar bildirirlər ki, Cove-un təhlükəsizliyi və effektivliyi 3500-dən çox insanın iştirak etdiyi çoxsaylı elmi araşdırmalarla sübut edilmişdir.

Ekoloji

Lasso https://lassoloop.com/ – bu, evdə tullantıları təkrar emal edə bilən məişət cihazıdır. Sensor əvvəlcə materialınızın təkrar istifadəyə yararlılığını yoxlayır, sonra çirkləndiriciləri xırdalayır və təmizləyir, yığcam saxlama üçün onları cilalayır.

Gigiyena

Y-BRUSH https://y-brush.com/en – dişlərinizi 10 saniyə ərzində təmiz edəcək diş fırçasıdır. Dəqiqə ərzində 20 min vibrasiya yaradır, hər bir insanın həssaslığından asılı olaraq uyğunlaşdırıla bilər. Bu, yumşaq neylon saplardan istifadə etməklə diş ərpini  təmizləyən yeganə “diş fırçası 360 robotudur”.

Sağlamlıq

Flo mövsümi allergiya cihazı https://www.fluolabs.care/ işıq terapiyasının köməyilə mövsümi allergiya simptomları ilə mübarizə aparır. Burun tıxanıqlığı, yorğunluq, qıcıqlanma kimi simptomları tez aradan qaldırır, heç bir yan təsiri yoxdur və istifadəsi asandır. Burun spreyi şüşəsinə bənzəyən Flo cihazı fotobiomodulyasiyanın köməyi ilə histaminlə mübarizə aparır. Başqa sözlə, burun görünən qırmızı və yaxın infraqırmızı diapazonların işığı ilə işıq saçır.

Qida

Özünü istilədən lanç – boks Heatbox https://steam-box.com / qidanı buxar içərisində qızdırır. Proqram vasitəsilə istilik rejimlərini seçə bilərsiniz. Arıqlamaq və ya sağlam həyat tərzi keçirmək istəyənlər üçün ideal bir cihazdır. Bu 750 ml həcmli bir yemək qutusudur, USB-C vasitəsilə qidalanır (bax, bu gələcəkdir!) və ayrı bir bölmədə 20 millilitr su tökülür. Düyməyə basırsınız, tələb üzrə su buxarı – və isti yemək əldə edirsiniz.

İçkilər

Ağıllı şərab dispenseri Albi Home M+ https://albicchiere.com/ ideal temperaturda şərab verir, 6 aya qədər açıq şüşə şərabdan istifadə etməyə imkan verir, smartfonunuzdan idarə olunur və səsli assistentlərlə uyğun gəlir. Belə işləyir: şərab butulkadan “ağıllı zərfə” süzülür, ağıllı zərf onu ideal temperatura kimi sərinləşdirən xüsusi cihaza qoyur. Zərf vakuumludur, daxilinə oksigen keçmədiyindən, şərab 6 ay ərzində eyni vəziyyətdə qalır. Dispenserə içkilər olan möhürlənmiş paketlər – əlavə olunur. Cihazda ona nəzarət edən və şəraba nə zaman xidmət ediləcəyini təklif edən proqram var.

Güc

Omeqa ChargeAsap super güclü qidalandırıcı https://chargeasap.com / – ikinci nəsil qalium nitrid (GaN) qidalandırma cihazlarıdır. Onlar üç ölçüdə olur: 65W, 100W & 200W və bütün istehsalçıların sürətli qidalandırma standartlarını dəstəkləyir. Eyni vaxtda iki MacBook-u tam sürətlə doldura bilərsiniz, həmçinin dünyanın əsas standartlarının rozetkaları, USB-C/USB-A portları üçün adapterlər vardır.

Omega ChargeAsap – yeni post-silikon dövrünün “qaranquşlarından” biridir, kiçik, lakin güclü qidalandırma cihazıdır. Onu hər hansı bir rozetkaya taxırsan və evdə olan bütün noutbukları və smartfonları enerji ilə doldurursan.

Ev

Buzr interkom https://www.getbuzr.com/ lazımsız əlavə çətinliklər olmadan 15 dəqiqə ərzində quraşdırılır və dünyanın istənilən nöqtəsindən tətbiq vasitəsilə işləyir. O, dostlara, valideynlərə, kuryerlərə, santexniklərə və s. “virtual açarlar” verir. Hər bir qonağı qeydə alır! Mövcud intercom sistemləri ilə inteqrasiya olunur və qapıları məsafədən açmaq və qonaqlarla danışmaq imkanı verir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yaxşı mühasib yaxud maliyyəçinizin olması üçün nə etməli?

posted in: Xəbər | 0

Mühasib , Maliyyəçi , Auditor , Vakansiya, Kiçik Mühasib, Əmlak vergisi, Auditor, Vakansiya, Maliyyə, dövrlər, vergi öhdəlikləri Sadələşdirilmiş vergi ödəyicisiSizin heç vaxt yaxşı mühasibiniz və ya yaxşı maliyyəçiniz olmayacaq, çünki siz özünüz bunu istəmirsiniz

Çox qısaca bunu izah edək:

  1. İnsan həmişə istədiyini əldə edə bilir. Ancaq bundan ötrü həqiqətən nə istədiyinizi, o cümlədən maliyyədən nə gözlədiyinizi aydın şəkildə bilməlisiniz.
  2. Əgər məqsədinizin nə olduğunu və maliyyə sahəsindən hansı nəticəni gözlədiyinizi bilmirsinizsə, hansı maliyyəçi sizi başa düşə bilər?
  3. Əgər hətta maliyyəçi hansısa üsulla, öz qorxusu və riski hesabına maliyyənizi idarə etmək üçün yaxşı bir sistem yaradıbsa, sizin isə israr etmək üçün şəxsi iradəniz və bütün komandanı bundan istifadə etməyə məcbur etmək gücünüz yoxdursa, möcüzə gözləməyin.
  4. Əgər biznes sahibi kimi uçota, planlaşdırmaya, təhlilə, nəzarətə lazımi səviyyədə diqqət yetimirsinizsə, siz qərarları emosiyalarla verirsiniz – Gəldim – Gördüm – Qələbə qazandım. Lakin, həyatın qanunu vardır, biz nəyə diqqət yetiririksə, onu da əldə edirik.
  5. Əgər həqiqi iş adamısınızsa, istənilən məhsulu və ya xidməti satın alarkən, siz onun dəyərini anlamaq istəyirsiniz. Əgər belədirsə, onda niyə belə bir sualla məşğul olmaq istəmirsiniz – mühasibat uçotunun və hesabatın dəyəri nədir? Axı, o da kimin isə əməyidir.
  6. Deməli, onun da dəyəri vardır və bu dəyər kifayət qədər böyükdür. Siz işləri qaydasına saldıqdan və maliyyə idarəçiliyini həyata keçirdikdən sonra icranın nəticələri özünü göstərməlidir.

İdeal olaraq, əvvəllər sizdə tətbiq olunmayan yüksək keyfiyyətli maliyyə məlumatları əsasında idarəetmə qərarları qəbul edildikdən sonra mənfəət artmalıdır. Siz göstəricilərin yaxşılaşdırılması üçün imkanları gördünüz və onlardan istifadə etdiniz. Biznesiniz nə qədər şəffaf olarsa, investorlar üçün də bir o qədər maraqlı olur. Razılaşın ki, Maliyyədə Qaydalar deyilən bir alətin dəyəri təcrübəli idarəedicinin əlində böyük gücdür.

O səbəbdən, yaxşı bir Mühasib və ya Maliyyəçi arzulamazdan öncə özünüzdən başlayın. Əvvəlcə özünüzdən ötrü Maliyyənizdə qaydaları təsvir edin. Bunu o qədər aydın və başa düşülən şəkildə edin ki, hətta on yaşlı uşaq belə, onu anlaya bilsin.  Sonra isə ən böyük gözləntinizi – özünüz üçün görmək istədiyiniz və yazdığınız qaydanı yaradın.

Yalnız bundan sonra Yaxşı Mühasib və ya Maliyyəçi axtarışına başlayın.

Axı, bu sizin maliyyənizdir və onları siz yalnız Yaxşı birinə etibar edə bilərsiniz!!!

Maliyyənizdə qaydaların təsvirini vermək asan olsun deyə, mən sizə biznes rəhbərləri və biznes sahibləri üçün hazırladığım testdən keçməyi və şirkətdə resursların hara sızdığını görməyi, böyümə nöqtələrini, biznes risklərini və problem həlli alətlərini öyrənməyi təklif edirəm.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlikdən sığorta: nələri bilmək vacibdir?

posted in: Xəbər | 0

işsizlikdən sığorta , Vergi ödəyicilərinin uçotu, işsizlikdən sığorta, işəgötürənin öhdəlikləri, işçinin məlumatlandırılmasıÖlkəmizdə 2018-ci ilin yanvar ayının 1-dən “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minib. Vəkillər Kollegiyasının üzvü, “LCG” vəkil bürosunun vəkili Əmiraslan Yusifov bu sığorta növünə dair vətəndaşların bilməli olduğu məqamları bölüşüb.

“İşsizlikdən sığorta haqqında” Qanun işdən azad olunan işçilərə kompensasiya ödənilməsi məqsədini daşıyır.

Sığorta haqqı sığorta olunan (işçilər) və sığortaedən (işəgötürən) tərəfindən birlikdə sığortaçıya (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) ödənilən məbləğdir. Məbləğin tarifi işçinin aylıq əməkhaqqının 0,5 faizi işçi və 0,5 faizi işəgötürən tərəfindən olmaqla, ümumilikdə 1 faiz təşkil edir. Bu sığorta növündə sığorta tarifi bütün işçilər üçün eyni hesablanır.

İlk öncə qeyd edək ki, bu sığortadan “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsinə və “Məşğulluq haqqında” Qanunun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınan şəxslər yararlana bilirlər.

 

İşsizlikdən sığorta haqqında qanunun 13.1-ci maddəsi üzrə əmək müqaviləsi aşağıdakı hallarda ləğv edilən şəxslər: Məşğulluq haqqında qanunun 5-ci maddəsi üzrə:
 

Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən

İşaxtaran və işsiz şəxslər elektron ərizəni doldurmaqla müvafiq qaydada qeydiyyata alınmalı (Nazirlər Kabinetinin 25 iyul 2019-cu il tarixli, 327 saylı qərarı ilə təsdiqlənmiş İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydasına əsasən, qeydiyyat Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində aparılır)
İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.
Əmək müqaviləsinin müddəti bitdikdə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən  

 

Bu sığorta üzrə ödənilən ödənişlər üç yerə bölünür:

  • əsas sığorta ödənişi;
  • sığorta ödənişinə əlavə;
  • minimum sığorta ödənişi.

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildiyi hallar üzrə işdən çıxanların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində, əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı isə minimum sığorta ödənişi edilir. Sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən, az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə – inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.

Burada “az miqdar” dedikdə, əlli min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

  • İnzibati Xətalar Məcəlləsinin 477-1 -ci maddəsinə əsasən, sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına;
  • Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verməməsinə;
  • Sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etməməsinə;
  • Sığorta haqqının hesablanmasını və uçotunu aparmamasına, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanına hesabat verməməsinə;
  • Habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” Qanun ilə müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə – inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kənd təsərrüfatı məhsullarının satışında ƏDV-nin hesablanması

posted in: Xəbər | 0

ƏDV-nin hesablanması , kənd təsərrüfatı , təhsil məzuniyyəti , mənfəət vergisinin hesablanması, məzuniyyət haqqı, məzuniyyət götürmək, Mühasib köməkçisi VakansiyaVergi Məcəlləsinə son dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Bu mövzu ilə bağlı müəyyən suallar yaranır. Məsələn, tutaq ki, vətəndaş “AA” MMC-dən topdansatış qaydasında 100+18 manat dəyərində məhsul alır və üzərinə 20 manat ticarət əlavəsi qoyaraq pərakəndə qaydada satır. Bu zaman nə qədər ƏDV hesablanır? Onun hansı hissəsi əvəzləşdirilir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV-nin yeni qayda ilə hesablanması 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində həyata keçiriləcəkdir. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı müvafiq qaydada rəsmiləşdirilmədiyi halda isə ƏDV ümumi dövriyyədən hesablanır.


İcra vərəqi əsasında əməkhaqqıdan tutulmalar (müddəti, məbləği)


Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanununun 2.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır. Digər hallarda isə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2022-ci il yanvarın 1-dən etibarən ƏDV ticarət əlavəsindən hesablanır.

Yuxarıda göstərilən halda 1 yanvar 2022-ci ildən sonra topdansatış qaydasında alınmış kənd təsərrüfatı məhsullarının 20 manat məbləğinda ticarət əlavəsi tətbiq edilməklə pərakəndə qaydada satışı zamanı ƏDV ticarət əlavəsi olan 20 manat məbləğindən hesablanır və həmin məhsullara görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 562 563 564 565 566 567 568 2. 399