» » » Kənd təsərrüfatı məhsullarının satışında ƏDV-nin hesablanması

Kənd təsərrüfatı məhsullarının satışında ƏDV-nin hesablanması

posted in: Xəbər | 0
birbank biznes

ƏDV-nin hesablanması , kənd təsərrüfatı , təhsil məzuniyyəti , mənfəət vergisinin hesablanması, məzuniyyət haqqı, məzuniyyət götürmək, Mühasib köməkçisi VakansiyaVergi Məcəlləsinə son dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Bu mövzu ilə bağlı müəyyən suallar yaranır. Məsələn, tutaq ki, vətəndaş “AA” MMC-dən topdansatış qaydasında 100+18 manat dəyərində məhsul alır və üzərinə 20 manat ticarət əlavəsi qoyaraq pərakəndə qaydada satır. Bu zaman nə qədər ƏDV hesablanır? Onun hansı hissəsi əvəzləşdirilir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV-nin yeni qayda ilə hesablanması 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində həyata keçiriləcəkdir. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı müvafiq qaydada rəsmiləşdirilmədiyi halda isə ƏDV ümumi dövriyyədən hesablanır.


İcra vərəqi əsasında əməkhaqqıdan tutulmalar (müddəti, məbləği)


Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanununun 2.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır. Digər hallarda isə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2022-ci il yanvarın 1-dən etibarən ƏDV ticarət əlavəsindən hesablanır.

Yuxarıda göstərilən halda 1 yanvar 2022-ci ildən sonra topdansatış qaydasında alınmış kənd təsərrüfatı məhsullarının 20 manat məbləğinda ticarət əlavəsi tətbiq edilməklə pərakəndə qaydada satışı zamanı ƏDV ticarət əlavəsi olan 20 manat məbləğindən hesablanır və həmin məhsullara görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun