Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (2-ci hissə)

posted in: Xəbər | 0

motivasiyaBirinci qrup – insanın ehtiyacları arasında əməyə münasibəti şərtləndirən mənalı motivasiya nəzəriyyələridir. Bu nəzəriyyənin müəllifləri arasında – Abraham Maslou, Devid Makklelland, Frederik Hertsberq vardır.

İkinci qrup, insanların davranışlarını gözləntiləri, qavrayışları və daxili münasibətləri əsasında öyrənən prosedur nəzəriyyələrdən ibarətdir. Oxşar ideyaları Con Adams, Viktor Vrum, Layman Porter və Edvard Lauler inkişaf etdirmişlər.

Üçüncü qrupa işçinin əməyə birbaşa münasibətini öyrənən nəzəriyyələr, məsələn, Uilyam Ouçinin “Z”  və ya “X” nəzəriyyəsiDuqlas Makqreqorun “Y” nəzəriyyəsi daxildir.


Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (1-ci hissə)


Müasir motivasiya praktikası demək olar ki, tamamilə üç qrup nəzəriyyəyə əsaslanır və elm hələ də işəgötürənlərə kökündən fərqli bir şey təklif etməmişdir. Rusiya metodları daha çox xarici təcrübənin adaptasiyasıdır. Bəzən müvəffəqiyyətli Avropa üsulları sovet dövründən bəri davam edən qeyri-maddi təşviq üsulları və tövsiyə olunan sosial paket strukturu ilə birləşdirilir. Bu, dövlət iştirakı olan strukturlar, iri istehsal müəssisələri və iri inhisarların yenidən təşkili zamanı yaranmış təşkilatlar üçün xüsusilə səciyyəvidir.

Personalın motivasiya nəzəriyyələrinə Herzberq, Taylor, Makklelland, Maslou nəzəriyyələri daxildir. Onlar işçilərin əməyə həvəsləndirilməsi yanaşmaları ilə fərqlənirlər.

Məzmunlu motivasiya nəzəriyyələri

Məzmunlu nəzəriyyələr əməkdaşın tələbatını tədqiq edir. Özü də bu zaman, müəyyən iyerarxik ardıcıllıqla və ya iyerarxiyadan kənarda sıralanan müxtəlif ehtiyac qrupları fərqlənir. Məzmunlu motivasiya nəzəriyyələri insan həyatının bioloji aspektlərini psixoloji hallarla birləşdirməyə çalışır, biologiya və psixologiyanın nisbəti və qarşılıqlı təsiri öyrənilir. Tədqiqatın nəticəsi, ehtiyacları müəyyən etməkdir ki, bu da insanı daha səmərəli işləmək istəyinə gətirib çıxara bilər.

Motivasiyanın praktiki metodlarının işlənib hazırlanması zamanı əsas götürülən ən populyar nəzəriyyə – Maslounun tələbat piramidasıdır. Humanist psixologiyanın banisi insan ehtiyaclarının iyerarxiyası anlayışına söykənirdi. Piramidanın təməlində o, yemək və yuxu üçün fizioloji tələbatları görürdü, zirvəsində isə – özünü dərk etməyə ehtiyacı olan şəxsiyyətin inkişaf etmiş ehtiyaclarını görürdü, özünü dərk etmək bacarığı isə heç də həmişə yalnız xidmətdə irəli getmək, demək deyildir. Abraham Maslou hesab edirdi ki, insan hər bir səviyyənin tələbatını ödədikdən sonra onun şəxsi effektivliyinin artırılmasına marağı azalır. Maraq oyatmaq üçün daha yüksək səviyyəli tələbatın ödənilməsinə keçmək lazımdır.


Mühasibat uçotunun inkişaf mərhələləri (20-ci hissə)


İki faktorlu motivasiya nəzəriyyəsinin əsasında Frederik Hersberqin fərqli konsepsiyası qoyulub. O, işçinin tələbatlarını iki qrupa bölmüşdü: gigiyenik və motivasiyaedici. Birinci qrupa psixoloq əməklə əlaqəli olan mənfi amillərin aradan qaldırılmasına aid olan tələbatları daxil etmişdi. Bunlar, fizioloji ehtiyacların ödənilməsindən ötrü kifayət qədər məvacib, təhlükəsiz iş şəraiti, komandada yaxşı münasibətlər və rəhbərlik tərəfindən təzyiqin olmamasıdır. Bu halda “gigiyenik” termini lazımi əmək şəraiti amilindən daha çox psixofiziki gigiyena, xoşagəlməz psixoloji məqamlardan xilas olmaq amilini nəzərdə tutur. Motivasiya edən amillərin ikinci qrupu iş prosesinin qənaətbəxş olması, xidmətlərin qiymətləndirilməsi və tanınması sisteminin mövcudluğuna, karyera yüksəlişinə, müvəffəqiyyəti müəyyən edən digər amillərə olan tələbatı təşkil edir.

Frederik Herzberqin düşüncəsinə görə, birinci qrup amillər işçini konkret iş yerində saxlamalıdır, ikinci qrup amillər isə əməyə olan həvəsin artırılmasına, fəaliyyətin səmərəliliyini artırmaq niyyətinin yaradılmasına yönəldilib. Bundan əlavə, müəllif insan davranışının müəyyən elementlərinə təsir edə biləcək iş şəraitindən “məmnunluq” və “narazılıq” anlayışlarını təqdim etmişdi.

Frederik Herzberqin interpretasiyasında gigiyenik amillər Maslou piramidasının əsas tələbatlarına qismən uyğun gəlir, motivasiya edən amillər isə – piramidanın iki yuxarı mərtəbəsində öz əksini tapır. Frederik Hersberg modelinin xüsusiyyəti, bütün ehtiyac qruplarının ardıcıl ödənilməsindən çox paralel olma ehtimalı idi.

Devid Makklelland, yalnız üç yüksək səviyyəli ehtiyacları ödəmək üçün motivasiyanın əsaslarını axtarırdı: hakimiyyətdə, uğurda və iştirakda.

Prioritet ehtiyac – hakimiyyətə, gücə ehtiyac, digər insanların hərəkətlərinə nəzarət etmək və onlara təsir etmək, subyektin ətrafında və iştirakı ilə baş verən hadisələrin gedişini müəyyən etmək imkanı. Uğur qazanmaq ehtiyacı qarşıya qoyulan vəzifələri müvəffəqiyyətlə həll etmək istəyi ilə yanaşı, məsuliyyəti də öz üzərinə götürmək tələbatını əhatə edir.


Rusiya imperiyasında və SSRİ-də qeyri-adi vergilər (2-ci hissə)


Üçüncü tələbat – birlik, qoşulma və ya müxtəlif səviyyəli sosial əlaqələrin yaradılmasına olan ehtiyacdır. Bu halda kollektivləşmə müstəqil dəyər sayılır ki, bu da fərdi həvəsləndirmə prinsiplərinə heç də həmişə uyğun gəlmir. Bu ziddiyyət peşəkar idarəetmə tərəfindən aradan qaldırılır.

Devid Makklellandın motivasiya nəzəriyyəsi də Abraham Maslounun nəzəriyyəsi ilə qismən üst-üstə düşür. Bununla belə, kadrları motivasiya etmək üçün nadir hallarda istifadə olunur, çünki hakimiyyət və müvəffəqiyyət ehtiyacları xidmət iyerarxiyasının yüksək səviyyələrində olan əməkdaşlar üçün xarakterikdir. Top-menecment üçün motivasiya sistemləri isə psixoloji amilləri nəzərə alır, biznes sahibi menecerin psixoloji xarakteristikalara təsir göstərmədən səhm paketi ilə maraqlanmağa üstünlük verir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcra vərəqi əsasında əməkhaqqıdan tutulmalar (müddəti, məbləği)

posted in: Xəbər | 0

əməkhaqqıdan tutulmalar , icra vərəqi , Nağdsız hesablaşmalar, nizamnamə kapitalı, pay, vergi nəzarətiƏksər işəgötürənlər icra sənədləri əsasında işçinin əməkhaqqısından tutulmalar etdiyi halda bu tutulmaların səbəbləri barədə məlumatsız ola bilir. Belə ki, bəzi hallarda icra sənədinin verilməsinə əsas olan sənəd ləğv edilsə də, işəgötürən bundan xəbərsiz ola və tutulmaları davam etdirə bilir. Bu isə öz növbəsində dolayısı ilə işçinin hüquqlarının işəgötürən tərəfindən pozulmasına gətirir. İşəgötürən tərəfindən bu yazıda göstərilən halların ətraflı öyrənilməsi faydalı olacağı üçün əhəmiyyətli bir mövzu barədə məlumat verəcəyimizi bildiririk.

Mövzuya keçməzdən əvvəl icra sənədinin verilməsi üçün əsas olan halları qeyd edirik. İcra haqqında qanunun 6.1-ci maddəsinə əsasən icra sənədi hesab olunan aktlara aiddir:

Azərbaycan Respublikası məhkəmələrinin qərarları;

  • Nəzərə almaq lazımdır ki, məhkəmənin qərarları əsasında verilən icra sənədləri qüvvəyə minmiş sənəddir. Yekun məhkəmə instansiyasına şikayət mərhələsini keçdiyi üçün bu sənədlər mütləq icra edilir. Buna baxmayaraq işəgötürən icra sənədini aldıqdan sonra işçidən yeni hallar üzrə kassasiya şikayəti verilməsini, Konstitusiya Məhkəməsində bu qərardan şikayətə baxılıb-baxılmadığını, o cümlədən digər hallar üzrə (Avropa İnsan Haqları Məhkəməsi və s) qərarın qüvvədən düşüb-düşməməsini dəqiqləşdirməlidir. Ona görə ki, sadalanan hallar üzrə məhkəmə qərarının qüvvədən düşməsi və icra vərəqinin əsassız olması mümkündür.

İddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları;

  • Bu akt müvəqqəti xarakterli olduğu üçün işəgötürən də bu sənədin son aqibətini izləməlidir. Belə ki, qərardaddan şikayət verildikdə yaxud məhkəmənin yekun qərarı ilə iddia rədd edildikdə bu icra sənədi də qüvvədən düşür.
  • məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi;

Malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi ilə bağlı qaydalar


Beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları;

Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri;

Məhkəmə əmrləri;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları;

Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;

Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər;

İnzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları;

Notariusun icra qeydləri;

  • Bu aktlar da məhkəmə qərarları kimi qüvvədən düşə yaxud şikayət verilməklə mübahisələndirilə biləcəyi üçün işçi ilə qüvvədə olub-olmamasının daim dəqiqləşdirilməsi məqsədəuyğundur.

Alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər

  • Bu sazişlər üzrə notariat qaydasında icra qeydləri verilə bilsə də, yekunda məhkəmə qaydasında mübahisələndirilə biləcəyi üçün işçi ilə qüvvədə olma statusu dəqiqləşdirilməlidir.

Onu da qeyd edək ki, Əmək Məcəlləsinin 176-cı maddəsinə görə əməkhaqqıdan bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqısının əlli faizi saxlanmalıdır. Mövzu çərçivəsində qeyd etmək lazımdır ki, icra sənədinin icra edilməməsi inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tibb işçilərinə ödənilən əlavələrdən gəlir vergisi tutulurmu?

posted in: Xəbər | 0

Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuKoronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavədən gəlir vergisi tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

“Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamına əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilıb.

Dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına qeyd olunan əlavələrin vergidən azad olması qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əməkhaqqına qeyd olunan əlavələr həmin şəxslərin muzdlu işdən əldə olunan gəliri kimi ümumi qaydada vergiyə cəlb olunur.

Eyni zamanda muzdlu işlə əlaqədar alınan gəlirlər üzrə vergilərin hesablanması Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinə əsasən, gəlirin ödənilməsi vaxtı ilə deyil, gəlirin hesablandığı vaxt ilə müəyyən edilir.

Belə ki, Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamaq və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürmək gəliri ödəyən şəxslərin öhdəliyidir.

Buna əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əlavələr aid olduğu ayın gəlirləri ilə birlikdə vergiyə cəlb olunur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi ilə bağlı qaydalar

posted in: Xəbər | 0

malların alış aktı , malların alış dəyəri , rezident , Dividend gəlirləri , ödəniş tapşırıqları , Bank əməliyyatları , güzəştli vergi , ofşor ölkə , cari vergi ödəyiciləri , güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıVergi Məcəlləsinin 58.13-cü maddəsinə edilmiş əlavələrlə bağlı vergi ödəyicilərində maraq doğuran müəyyən məqamlar var. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edib.

Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd edilir ki, bu Məcəlləyə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bu maddəyə əlavədə vergi ödəyicilərini maraqlandıran əsas məsələ “topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi”dir.


Bir sıra bəyannamə, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib


58.13-cü maddəyə əsasən, üç halda: 1) mallar topdansatış ticarət obyektlərindən; 2) istehsal obyektlərindən; 3) anbarlardan pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim olunduqda maliyyə sanksiyası tətbiq edilir.

Məcəllənin 13.2.62.-ci maddəsində “pərakəndə satış” anlayışının açıqlaması verilmişdir: “pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir”.

58.13.-cü maddədə dəqiq göstərilir ki, maliyyə sanksiyası pərakəndə satış qaydasında rəsmiləşdirməklə aparılan əməliyyatlara tətbiq edilir.

Bəs “pərakəndə satış qaydasında rəsmiləşdirməklə satış” dedikdə nə başa düşülür?

“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4-cü maddəsinə əsasən, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Deməli, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi malları pərakəndə ticarət obyektlərində, başqa sözlə, mağazalarda alıcıya təqdim etməlidir.

Odur ki, malların alıcıya anbarlardan təqdim edilməsi pərakəndə satış sayılır, amma bu, pərakəndə satış qaydaları ilə rəsmiləşdirmə sayılmır, ona görə ki, mallar pərakəndə satış obyektlərində təqdim edilmir, alıcıların evlərinə çatdırılma qaydasında verilir.

Bundan əlavə, onlayn və yerində çatdırma ilə məşğul olan subyektlərin pərakəndə ticarət obyekti olmur, malları saxlamaq üçün anbarları olur. Həmin subyektlərdən pərakəndə ticarət obyekti tələb edilməsi qanunsuzdur. Ən azı ona görə ki, bu, həmin fəaliyyətin profilinə uyğun deyil. Onlar sifarişləri qəbul edir və malları anbarlardan aparıb sifarişçilərə yerində çatdırırlar. Mallar çatdırılarkən mütləq kassa çeki verilməlidir.

Beləliklə:

  • topdansatış ticarət obyektlərində mallar əhaliyə kassa çeki ilə satılırsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilir;
  • istehsal obyektlərində mallar əhaliyə kassa çeki ilə satılırsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilir;
  • pərakəndə ticarət ilə məşğul olan subyektlərin anbarlarından kassa çeki ilə birbaşa əhaliyə satılırsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilir.

pərakəndə ticarət ilə məşğul olan subyektlərin anbarlarından mallar kassa çeki ilə birbaşa anbarlarda yox, yerində çatdırmaq şərtilə əhaliyə satılarsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilməyəcəkdir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 563 564 565 566 567 568 569 2. 399