» » » Tibb işçilərinə ödənilən əlavələrdən gəlir vergisi tutulurmu?

Tibb işçilərinə ödənilən əlavələrdən gəlir vergisi tutulurmu?

posted in: Xəbər | 0
birbank biznes

Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuKoronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavədən gəlir vergisi tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

“Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamına əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilıb.

Dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına qeyd olunan əlavələrin vergidən azad olması qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əməkhaqqına qeyd olunan əlavələr həmin şəxslərin muzdlu işdən əldə olunan gəliri kimi ümumi qaydada vergiyə cəlb olunur.

Eyni zamanda muzdlu işlə əlaqədar alınan gəlirlər üzrə vergilərin hesablanması Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinə əsasən, gəlirin ödənilməsi vaxtı ilə deyil, gəlirin hesablandığı vaxt ilə müəyyən edilir.

Belə ki, Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamaq və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürmək gəliri ödəyən şəxslərin öhdəliyidir.

Buna əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əlavələr aid olduğu ayın gəlirləri ilə birlikdə vergiyə cəlb olunur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun