» » » Mühasibat uçotunun inkişaf mərhələləri (20-ci hissə)

Mühasibat uçotunun inkişaf mərhələləri (20-ci hissə)

posted in: Mühasibat, muhasibat, Xəbər | 0
birbank biznes

mühasibat uçotuII Dünya Müharibəsindən sonra Fransada mühasibat uçotunda amerikan ideyalarının yayılması artdı. A. Labar, A. Dümortye, J. Merlin, A. Padermadjan və digər mühasiblər uçotun məqsədini müəssisənin məhsuldarlığını ölçməkdə görürdülər. 1918-ci ildə Stokholmda, əməyin elmi təşkili üzrə Beynəlxalq konqresdə maya dəyərinə büdcə nəzarəti texnikası nəzərdən keçirildi. Büdcə nəzarəti texnikası mühasibat uçotunun rasional formalaşdırılması ilə üst-üstə düşdü.

Fransız uçotunda Amerikanın təsiri hər zaman güclənirdi, amma, eyni zamanda Fransada Amerikanın təsirinə də qarşı müxalif olanlar da var idi.

Bütün istiqamətlərin və məktəblərin fransız mühasibləri üçün uçotun unifikasiyası, ümumi prinsiplərin hazırlanması tendensiyası xarakterikdir. XX əsrin ikinci yarısında onlar altı belə müddəa tərtib etmişlər:

  1. uçotun mexanikləşdirilməsi oturuşmuş təşkilatın nəticəsidir;
  2. vaxta qənaət müxtəlif işlərin eyni vaxtda həyata keçirilməsi ilə əldə edilə bilər;
  3. əməyə qənaət;
  4. müddətlərin azaldılması, mühasibatlıq daha qısa müddətdə böyük dəqiqliklə daha çox informasiya təqdim etməyə səy göstərməlidir;
  5. təhlükəsizlik özünü idarəetmə və audit kimi başa düşülən nəzarətlə təmin olunur;
  6. dəqiqlik – mühasibat uçotunun yaxşı təşkili üçün əsas şərtlərdən biridir, dəqiqlik ünsiyyət və aydın terminologiyanı nəzərdə tutur.

5-ci mövzu. Alman mühasibat uçotu məktəbinin yaranması

XVI-XVIII əsrlərdə Almaniyada uçotun inkişafı

Alman uçot ideyası, daxili hesablaşmaların maddi məsuliyyətli şəxslərlə – amillərlə açıqlanması ilə məhdudlaşırdı. 1531-ci ildə İ.Qotlib italyan mühasibatlığını alman amili çərçivəsində tətbiq etməyə cəhd göstərdi. Alman mühasibləri V. Şvayker, H. Haqer alman və italyan uçot ideyalarını sintez etməyə çalışırdılar. Uçotda əsas şeyi onlar bacarıqlı bir qeyd və bütün xərclər və gəlirlərin ağlabatan təsviri hesab edirdilər.

Riyaziyyatçı və filosof Q.V. Leybnits ilk dəfə mühasibat uçotu metodunun elementlərini qeyd edərək, onları xronoloji qaydada yerləşdirmişdi:
  1. təsərrüfat həyatı faktının və sənədləşdirmənin düzgünlüyünün müəyyən edilməsi;
  2. mühasibatlıq registrlərinə faktların qeyd olunması;
  3. hesab əməliyyatlarının həyata keçirilməsi.

Bəzi alman firmalarının uçot təcrübəsi göstərir ki, XVI əsrdən başlayaraq, illik balans tərtib edilməzdən əvvəl inventarlaşdırmanın aparılmasını tələb etməyə başlayıblar. Alman mühasiblər dəyərləri bazar dəyərində qiymətləndirirdi. Şvaykerin əldə etdiyi böyük uğuru, ticarət müəssisəsinin iqtisadi həyatındakı bütün həqiqətləri qruplaşdırmağa və onları 250 standart provodkaya endirməyə çalışması idi. Əməliyyatların ayrılması hesabların seçilməsini də nəzərdə tuturdu. Bu, Şvaykeri hesabların və təsərrüfat əməliyyatlarının kodlaşdırılması sistemindən istifadə edən hesab planının müəllifi kimi tanımağa imkan verirdi. Malların alınması Şvayker üçün ikili qeydiyyatı izah etməkdən ötrü bir nümunə oldu. Müasir mənada malların hesabı mövcud deyildi, buna görə də çoxsaylı analitik mal hesablarından söhbət gedirdi. Malların ən ətraflı təbii-dəyər uçotu Qrammersfelder tərəfindən verilmişdi.


Məqalənin 19-cu hissəsini buradan oxuya bilərsiniz


Şvayker mühasibat uçotunun aparılmasına böyük əhəmiyyət verirdi, konkret üsul və müddətləri göstərirdi. Şvayker tərəfindən tərtib olunan mühasibat kitablarının yoxlanılması qaydaları onu mühasibat auditinin banilərindən biri kimi tanımağa imkan verdi.

Alman hesabdarlıq forması ilk dəfə 1774-cü ildə F. Gelvi tərəfindən yazılıb, forma jurnalın Memoriala və kassa kitabına bölünməsi nəticəsində ortaya çıxmışdı. Birinci registrdə xronoloji qaydada kassalara aid olmayan təsərrüfat həyatının bütün faktları qeydə alınırdı.

Uzun illər Almaniyada mərkəzində kassa uçotu olan kameral mühasibatlıq üstünlük təşkil edirdi, o səbəbdən ikili italyan mühasibatlığının geniş yayılması, yaxşı tanınan kassa kitabının Memoriala əlavə olunmasına gətirib çıxardı və nəticədə xronoloji qeydlər iki registrdə aparılmağa başlanıldı, hesablar üzrə yekunların yazıldığı Əsas kitabda qeydlər isə ayda bir dəfə aparılıdı. Kassa kitabı və Memorial əsasında bütün hesabların debet və krediti üzrə iki rekapitulyasiya təşkil edirdi. Bundan sonra, yığma bir jurnal doldurulurdu, həmin jurnalda konkret bir sxemə görə ya debet əlamətlərinə görə, ya da fərdi hesabların kredit atributuna (Cənubi alman versiyası) və ya yığma maddələr formulu üzrə yazırdılar: müxtəlif hesablar (şimali alman variantı). Sintetik hesablar üzrə dövriyyələrin yekunu Əsas kitaba yazılırdı.

Beləliklə, Alman mühasibat uçotu formasında uçotun özünəməxsus xüsusiyyətləri formalaşdı, qeydlərin dizaynına, eyni zamanda qeydlərin qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi, lakin o dövrün əksər Avropa ölkələrinin mühasibləri üçün öz qeydlərini bacardıqları kimi yazmaq xarakterik idi.


Ən yüksək vergi dərəcələri olan ölkələr


XIX əsrdə Almaniyada uçot nəzəriyyəsinin inkişafı

Almandilli ölkələrdə uçot nəzəriyyəsini F. Skubits, F. Lyatner, E. Şmalenbax, İ. Kraybiq, İ.F. Şer və başqaları inkişaf etdirirdilər.

F.Skubits ikili qeydiyyatı dəyərlər mübadiləsi nəzəriyyəsindən izah edirdi. O, iddia edirdi ki, hər bir əməliyyat süni şəkildə uydurulmuş sistem əsasında deyil, mübadilə aktının təbii xarakteri nəticəsində ikili qeydiyyat tələb edir. Skubits hesab edirdi ki, təsərrüfat fəaliyyətinin nəticələri təkcə bütövlükdə müəssisə üzrə deyil, həm də onun bütün hissələri üzrə: sexlər, dükanlar, şöbələr və sair üzrə çıxarılmalıdır.

F.Liaytner hesabdarlığı ticarət əməliyyatlarının xronoloji təsviri, onların səbəbli əlaqələrində təsərrüfat hadisələrinin sistematik qruplaşdırılması, pul dəyərləri ilə eynicins dövriyyələrin xülasəsi kimi müəyyənləşdirirdi. O, iddia edirdi ki, hər bir təsərrüfatın hesabdarlığının son məqsədi kapitalın və borcların kəmiyyət və tərkib hissələrinin müəyyən edilməsi, habelə təsərrüfat fəaliyyətinin nəticəsinin çıxarılması yolu ilə onun iqtisadi vəziyyətini təsvir etməkdən ibarətdir. Liaytner, mühasibat uçotu iş statistikasının bir hissəsi kimi anlaşılan, ümumi nəzarət və həmin nəzarəti təmin edən bir yenilikçi idi. Liaytner ikili qeydiyyatı əmlakı qeyri-dəqiq dəyərləndirdiyinə görə tənqid edirdi, onun müəssisənin maliyyə fəaliyyətini təhrif etdiyini iddia edirdi; ikili qeydiyyat əsasında uçot məlumatlarının yoxlanılmasının kifayət etmədiyinə və istənilən zaman anında maliyyə nəticələinin əks etdiilməsinin mümkn olmadığını söyləyirdi.

Alman məktəbində uçotun iki müstəqil dövrə dəqiq ayrılması mövcud idi: ticarət və istehsal mühasibatlığı.

  • Ticarət mühasibatlığı müəssisənin xarici əlaqələrinin uçotunu aparır, onun əmlakının tərkibini və təsərrüfat fəaliyyətinin nəticələrini müəyyənləşdirirdi.
  • İstehsalat mühasibatlığı bütün əməliyyatları əhatə edirdi və istehsal prosesini dəqiq şəkildə əks etdirirdi.

Beləliklə, ticarət mühasibatlığı borc və öhdəliklərə, istehsalat mühasibatlığı isə təsərrüfatdaxili proseslərə nəzarət edirdi. İstehsalat mühasibatlığı dörd şöbəyə bölünürdü:

  • əməkhaqqı uçotu;
  • materiallrın uçotu;
  • maya dəyərinin uçotu;
  • nəticələrin uçotu;

Ticarət mühasibatlığı aparıcı, istesalat mühasibatlığı isə tabeçilik göstərən hesab edilirdi.


Mühasibat uçotunun inkişaf mərhələləri



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun