İşçinin hansı gəlirləri icbari tibbi sığorta haqqına cəlb olunur?

posted in: Xəbər | 0

icbari tibbi sığorta , Vakansiya, Mühasib, Mühasibat uçotuÖtən ildən bütün ölkə ərazisində icbari tibbi sığorta sistemi işə düşüb. 2021-ci ildə icbari tibbi sığorta üzrə proqnoz 103,5 faiz yerinə yetirilib, daxilolmalar 595 milyon manatdan çox olub. Bəs işçinin hansı gəlirləri icbari tibbi sığorta haqqına cəlb olunur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.


“Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması təsdiq edilib


Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əməkhaqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd olunanlara əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğdən, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. Əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunmur.

Yuxarıda qeyd olunanlar Əmək Məcəlləsinin 157-ci və “Tibbi sığorta haqqında” Qanunun 15-10-cu və 16-4-cü maddələri ilə tənzimlənir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə Nazirliyi yeni proqram təminatının tətbiqinə hazırlaşır

posted in: Xəbər | 0
proqram təminatı , Maliyyə NazirliyiAzərbaycanda ötən il dövlət və icmal büdcələrinin layihələrinin tərtibinin avtomatlaşdırılması istiqamətində işlərin davam etdirilib, Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) qurulması üçün nazirliyin iştirakı ilə icraçı təşkilatlar proqram təminatı hazırlayıb və artıq sınaqlardan keçirilib.

Maliyyə Nazirliyinə istinadən xəbər verilir ki, bunu nazir müavini Azər Bayramov qurumda keçirilmiş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, proqram təminatının tətbiqi dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda növbəti il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibini avtomatlaşdırmaqla nazirliyə daxil olan məlumatların və hesablamaların emalını sürətləndirəcək.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək stajına görə əlavə məzuniyyətin müddəti hansı dövrə əsasən hesablanır?

posted in: Xəbər | 0

Əlavə məzuniyyət , ezamiyyə xərcləri , Vakansiya, Mühasib, icbari tibbi sığorta işsizlikdən sığortaAzərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin 2-ci hissəsinə əsasən Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir.

Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2000-ci il tarixli qərarı «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan  Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.


Kimlər hansı vergiləri ödəməkdən azaddır?


Əmək stajından asılı olaraq işçilərə:

  • beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü;
  • on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü;
  • on beş ildən çox əmək stajı olduqda – 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Mənbə: sosial.gov.az


Vakansiya: Auditor (maliyyə və mühasibatlıq üzrə)

maliyyə , mühasibatlıq , Auditor VakansiyaVakansiya: Auditor (maliyyə və mühasibatlıq üzrə).

İşəgötürən: “FORTİS GROUP” MMC.

Əmək haqqı: 800 – 1500 AZN.

Vakansiya barədə məlumat

– Gündəlik cari nəzarəti həyata keçirmək;
– Maliyyə və mühasibatlıq sahəsində nəzarətin həyata keçirilməsi;
– Anbarlarda yoxlamaların, mal-material (ehtiyat hissələrin) qalıqlarının və avadanlıqların inventarlaşmasının aparılmasını təmin edilməsi;
– Xəzinə qalıqlarının və sənədlərinin yoxlanışlarını həyata keçirmək;
– Debitor və kreditor borc qalıqlarının təhlilinin aparılması;
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
– Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
– Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;
– İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Auditor üçün tələblər

– Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
– MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır;
– Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
– Diqqətli, çevik və məsuliyyətli olmalı;
– Təhlil və analiz etmə qabiliyyətli olmalı;
– Kollektivdə işləmək bacarığı olmalı;
– Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli;
– Vergi Məcəlləsinin tətbiq edilməsində təcrübəsi olmalı;


Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 566 567 568 569 570 571 572 2. 399