» » » Texnologiya startaplarının top-onluğu

Texnologiya startaplarının top-onluğu

posted in: Xəbər | 0
birbank biznes

Gündəlik həyatın rəqəmsallaşdırılmasıtexnologiya startapları , Biznes-ideyalar

Gələcək ağıllı texnikadan asılıdır – bu haqda hər tərəfdən söz açılır. Və bu bir həqiqətdir. Bizlər düymələri basmaq və özümüz üçün ən adi hərəkəti yerinə yetirməkdən ötrü ağıllı mexanizm tələb etməyə o qədər tez öyrəşirik ki, ənənəvi üsullar artıq bizə arxaik görünür. Robot-oyuncaqlar və stolüstü oyunlar üçün tərəfdaşlar, danışan dinamiklər, proyektorlar, əyləncə xidmətləri və sistemləri, ağıllı evlər – bütün bunlar gündəlik həyatımızın tərkib hissəsinə çevrilir. Bu günə qədər ən qeyri-adi texnologiya startaplarının seçimini bölüşmək qərarına gəldik.

Tədbir

Hopin https://hopin.com/ – bu, onlayn formatda tədbirlərin hazırlanması və keçirilməsi xidmətidir. Pandemiya rəqəmsallaşma və distant təhsilin insan həyatının müxtəlif sahələrinə aktiv şəkildə tətbiqi üçün katalizatora çevrilib. Yeri gəlmişkən, bu gün və yaxın gələcəkdə onlayn tədbirlərə böyük tələbat olacaq. Bu xidmət adi Zoom, Skype-dan nə ilə fərqlənir? Bu xidmətdə tədbirdə iştirak hissi – təsadüfi tanışlıq üçün qısa yayımlar, menyu, resepşn, kiçik və böyük zallar vardır. Heç yerə getmək lazım deyil, sadəcə bir klik yetərlidir.

Qayğı

Робокот Maicat https://macroact.com/ – süni intellektli pişik, ailənin tam hüquqlu üzvü və əsl dost ola bilər. Bir növ ev heyvanı almadan öncəki məşqə bənzəyir. Robokot müxtəlif vəziyyətlərdə hərəkət edə bilir, insanlar, ətraf gerçəklik obyektləri ilə qarşılıqlı əlaqə qurur, duyğularını ifadə edir və ən əsası – miyoldaya bilir.

Antistress

Fellcove https://www.feelcove.com/ – stresslə mübarizəyə istiqamətlənmiş bir startapdır. Cove halqası, sahibinə stressdən azad etməyi vəd edən başqa bir cihazdır. O, daha yaxşı yuxuya getməyə, daha az əsəbi olmağa kömək edir. Bu cihazı gündə 2 dəfə, cəmi 20 dəqiqə taxmaq lazımdır, impulslar beyinə daxil olur və istənilən nəticəni əldə etməyə kömək edir. Bu cihazı hazırlayanlar bildirirlər ki, Cove-un təhlükəsizliyi və effektivliyi 3500-dən çox insanın iştirak etdiyi çoxsaylı elmi araşdırmalarla sübut edilmişdir.

Ekoloji

Lasso https://lassoloop.com/ – bu, evdə tullantıları təkrar emal edə bilən məişət cihazıdır. Sensor əvvəlcə materialınızın təkrar istifadəyə yararlılığını yoxlayır, sonra çirkləndiriciləri xırdalayır və təmizləyir, yığcam saxlama üçün onları cilalayır.

Gigiyena

Y-BRUSH https://y-brush.com/en – dişlərinizi 10 saniyə ərzində təmiz edəcək diş fırçasıdır. Dəqiqə ərzində 20 min vibrasiya yaradır, hər bir insanın həssaslığından asılı olaraq uyğunlaşdırıla bilər. Bu, yumşaq neylon saplardan istifadə etməklə diş ərpini  təmizləyən yeganə “diş fırçası 360 robotudur”.

Sağlamlıq

Flo mövsümi allergiya cihazı https://www.fluolabs.care/ işıq terapiyasının köməyilə mövsümi allergiya simptomları ilə mübarizə aparır. Burun tıxanıqlığı, yorğunluq, qıcıqlanma kimi simptomları tez aradan qaldırır, heç bir yan təsiri yoxdur və istifadəsi asandır. Burun spreyi şüşəsinə bənzəyən Flo cihazı fotobiomodulyasiyanın köməyi ilə histaminlə mübarizə aparır. Başqa sözlə, burun görünən qırmızı və yaxın infraqırmızı diapazonların işığı ilə işıq saçır.

Qida

Özünü istilədən lanç – boks Heatbox https://steam-box.com / qidanı buxar içərisində qızdırır. Proqram vasitəsilə istilik rejimlərini seçə bilərsiniz. Arıqlamaq və ya sağlam həyat tərzi keçirmək istəyənlər üçün ideal bir cihazdır. Bu 750 ml həcmli bir yemək qutusudur, USB-C vasitəsilə qidalanır (bax, bu gələcəkdir!) və ayrı bir bölmədə 20 millilitr su tökülür. Düyməyə basırsınız, tələb üzrə su buxarı – və isti yemək əldə edirsiniz.

İçkilər

Ağıllı şərab dispenseri Albi Home M+ https://albicchiere.com/ ideal temperaturda şərab verir, 6 aya qədər açıq şüşə şərabdan istifadə etməyə imkan verir, smartfonunuzdan idarə olunur və səsli assistentlərlə uyğun gəlir. Belə işləyir: şərab butulkadan “ağıllı zərfə” süzülür, ağıllı zərf onu ideal temperatura kimi sərinləşdirən xüsusi cihaza qoyur. Zərf vakuumludur, daxilinə oksigen keçmədiyindən, şərab 6 ay ərzində eyni vəziyyətdə qalır. Dispenserə içkilər olan möhürlənmiş paketlər – əlavə olunur. Cihazda ona nəzarət edən və şəraba nə zaman xidmət ediləcəyini təklif edən proqram var.

Güc

Omeqa ChargeAsap super güclü qidalandırıcı https://chargeasap.com / – ikinci nəsil qalium nitrid (GaN) qidalandırma cihazlarıdır. Onlar üç ölçüdə olur: 65W, 100W & 200W və bütün istehsalçıların sürətli qidalandırma standartlarını dəstəkləyir. Eyni vaxtda iki MacBook-u tam sürətlə doldura bilərsiniz, həmçinin dünyanın əsas standartlarının rozetkaları, USB-C/USB-A portları üçün adapterlər vardır.

Omega ChargeAsap – yeni post-silikon dövrünün “qaranquşlarından” biridir, kiçik, lakin güclü qidalandırma cihazıdır. Onu hər hansı bir rozetkaya taxırsan və evdə olan bütün noutbukları və smartfonları enerji ilə doldurursan.

Ev

Buzr interkom https://www.getbuzr.com/ lazımsız əlavə çətinliklər olmadan 15 dəqiqə ərzində quraşdırılır və dünyanın istənilən nöqtəsindən tətbiq vasitəsilə işləyir. O, dostlara, valideynlərə, kuryerlərə, santexniklərə və s. “virtual açarlar” verir. Hər bir qonağı qeydə alır! Mövcud intercom sistemləri ilə inteqrasiya olunur və qapıları məsafədən açmaq və qonaqlarla danışmaq imkanı verir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun