» » » 2021-2022-ci illərdə diqqət yetirilməli olan mühasibat uçotu üzrə tendensiyaların top-üçlüyü (2-ci hissə)

2021-2022-ci illərdə diqqət yetirilməli olan mühasibat uçotu üzrə tendensiyaların top-üçlüyü (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

2. İnsanlara və müxtəlifliyə yüksək diqqət

Diqqəti pandemiyadan yayındırmaq cəhdi yeniliklərə gətirib çıxarıb. COVİD-19 pandemiyası dalğasına həst olunmuş məqalələrin payı artdıqca, insanlarla əlaqəli mövzularda məqalələrin payı da artır. Onların arasında xüsusilə iki mühüm mövzu vardır: (1) müxtəliflik, inklyüzivlik və gender bərabərliyi və (2) iş yerlərinin dəyişməsi və bacarıqlara artan tələbat.

2021-ci ildə pandemiyanın nisbətən azaldığı bir dönəmdə biz rekord sayda adamın öz iş yerlərini tərk etdiklərini müşahidə etdik. Bu, istedadların qorunub saxlanması ilə bağlı narahatlıqlara səbəb olub. Bütün bunlar mətbuatda gedən müzakirələrdə də öz əksini tapıb. Mühasibat sənayesi – bu, yalnız proseslər, rəqəmsal transformasiya və standartlar deyil, həm də orada işləyən insanlardır. 2021-ci ildə diqqət daha çox sənaye sahəsində işləyənlərin ümidlərinə və arzularına yönəldilib:


Məqalənin 1-ci hissəsi ilə buradan tanış ola bilərsiniz


Müxtəliflik, inklyuzivlik və gender bərabərliyi

Müxtəliflik və inklyuzivlik mühasiblərə daha yüksək tələblər irəli sürür. CalCPA və IMA tərəfindən aparılan tədqiqatlar göstərib ki, respondentlərin 49%-i  – irq və cinsə görə – “ədalətli münasibətin olmaması” səbəbindən şirkətdən ayrılıblar, 40% isə “cəlbediciliyin olmaması” səbəbi üzündən iş yerini tərk etmişlər. Amerika mühasibat uçotu assosiasiyası tərəfindən aparılan tədqiqat göstərir ki, həssas məsələlər üzrə təlim, mentorluq və müştərilərin davranışının formalaşdırılması – bu, irəliləmək yoludur. Mən həmçinin hesab edirəm ki, istənilən sahədə rəhbər vəzifədə olan şəxslərin yanaşmalarındakı paradiqmaların da dəyişikliyə ehtiyacı var. Təsir göstərmək imkanına malik olanlar öz səylərini birləşdirməli, ayrı-seçkilik davranışlarını rədd etməli və daha ədalətli dəyişikliklərə nail olmalıdırlar.

İş yerləri və bacarıqlara olan tələblər

Məşğulluq göstəriciləri ümidvericidir. İlin əvvəlində bəri ABŞ əmək statistikası Bürosu, davam edən iqtisadi təsir fonunda məşğulluqda 140 000 iş yerinin ixtisar edildiyini, lakin mühasibat sektorunda 2 300 əlavə iş yeri əlavə yarandığını bildirib. Bu tendensiya bütün il ərzində dəyişməz olaraq qalır. Bununla yanaşı, onu da qeyd etmək maraqlıdır ki, yerlərdə yaradılan yeni iş yerləri mühasiblərin üzərinə daha yüksək gözləntilər qoyur – mühasiblərdən təhlilin daha yüksək səviyyəsi tələb olunur.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun