Dövlət Vergi Xidmətində Yay Təcrübə Proqramı keçiriləcək

posted in: Xəbər | 0

Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz Yay Təcrübə Proqramı təşkil edir.

Təcrübə proqramı çərçivəsində tələbələr nəzəri biliklərini praktikada tətbiq etmək, dövlət vergi orqanlarının işi ilə tanış olmaq, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq və sertifikat əldə etmək imkanı qazanacaqlar. Layihə tələbələrə karyera yollarında istiqamətlənməyə yardımçı olmaq, onların vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədini daşıyır. Layihənin əhatə edəcəyi ali təhsil müəssisələrinin sırasına, Bakı şəhəri ilə yanaşı, regionlarda yerləşən təhsil ocaqları da daxil edilib ki, bu da rayonlarda təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması baxımından xüsusi önəm daşıyır.

Yay Təcrübə Proqramı iki hissədən ibarət olmaqla 1 iyul 2022-ci il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcək. Təcrübə proqramı ərzində ilkin olaraq tələbələr üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsi təşkil ediləcək. Tələbələr 10 gün müddətində büdcə sistemi, vergilərin hesablanması və ödənilməsinin əsasları, vergi ödəyicilərinə göstərilən xidmətlər, dövlət vergi orqanlarına işə qəbul və xidmətkeçmə qaydaları və s. mövzularda təlim və seminarlarda iştirak edəcəklər. Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaq.

Yay düşərgəsinin davamında tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 6 həftəlik təcrübə keçəcəklər. Sonda Proqramı uğurla bitirən tələbələrə sertifikatlar veriləcək.

Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 28.03-30.04.2022-ci il tarixlərdə həyata keçiriləcək.

Dövlət Vergi Xidməti tərəfindən müvafiq ali təhsil müəssisələrində Karyera Günləri təşkil ediləcək, tələbələr layihə barədə daha ətraflı məlumatlandırılacaqlar.

Yay Təcrübə Proqramı barədə elanla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/post/1828


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək hüququnun pozuntuları zamanı şərti cərimənin tətbiq olunması

posted in: Xəbər | 0

şərti cərimə , əmək hüququnun pozuntuları , əmək stajı , startap şəhadətnaməsi , əmək münasibətləri, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, vergi orqanı gəlir vergisiİnzibati cərimənin şərti olaraq tətbiq edilməsi qaninvericiliklə təsbit olunub. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir.

İnzibati xətanı törətmiş şəxs barədə cərimənin tətbiqinin əhatə dairəsi İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin 1-ci bəndində müəyyənləşdirilmişdir.

Əmək qanunvericiliyinə dair şərti cərimə tətbiq edilməsini nəzərdə tutan maddələr Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 539, 540.3 – 540.5 maddələridir. Həmin maddələrə əsasən:

• 192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 192.10. İnsanın immun çatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immun çatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 201. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə – min beş yüz manat məbləğində cərimə edilir.

• 203. Kollektiv danışıqlar aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə – yeddi yüz əlli manat məbləğində cərimə edilir.

• 539.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın yerinə yetirilməməsinə görə – vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

• 539.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə – vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.

• 540.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

• 540.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

• 540.5. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci və 4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə – vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.

Nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.

İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur.

Misal: İşçi sosial məzuniyyətdə olduğu vaxtda əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə onun əmək müqaviləsinə xitam verilib. Halbuki Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, işçinin məzuniyyətdə olduğu dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Qeyd edilən hal İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 6-cı bəndində nəzərdə tutulmuş cərimə öhdəliyi yaradır. Maddəyə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bu halda, həmin xətanı törətmiş vəzifəli şəxsə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 ayadək müddətə vaxt verilir.

İşəgötürən işçini işə bərpa edir və bu barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verir. Səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır, məlumat təsdqini taparsa, cərimə tətbiq edilmir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Distant işin əsas problemi nədir?

posted in: Xəbər | 0

distant , karantinRusiyalıların 15 faizə yaxını tam şəkildə evdən çalışmağa başlayıblar. Ənənəvi iş rejimindən fərqli olaraq, məsafədən çalışarkən onlar özünü-intizam və daha uzun iş gününü başlıca problem kimi qeyd ediblər (27,1 faiz respondent belə cavab verib).

Çətinliklər arasında eləcə də – iş prosesini çətinləşdirən canlı ünsiyyətin olmaması (25 faiz), planlaşdırma və zənglərin sayının çox olması (10,4 faiz), ailə üzvləri səbəbiylə diqqətlərinin işdən yayınması (8,2 faiz), pis internet-bağlantı (4,2 faiz) və bütün ailə üzvlərinin istifadə etdiyi kompüter uğrunda mübarizəni (2,1 faiz) misal çəkiblər.

Digərlərindən daha çox İT və telekommunikasiya, satış, təhsil və mühasibatlıq sahələrində çalışan rusiyalılar distant formata keçiblər. Sorğu həmçinin göstərib ki, respondentlərin 52 faizi indiki anda distant işə keçməyərək, ənənəvi rejimdə işləyirlər, əməkdaşların 28 faizi isə “hibrid” çalışırlar – yəni, müəyyən günlərdə ofisə də baş çəkirlər.

Sorğuya alınanlar distant iş formatından imtina etmələrinin əsas səbəbləri arasında bunları da qeyd ediblər: təşkilatlarının onlayn rejimdə fəaliyyəti mümkün deyil (50 faiz), əməkdaşlar arasında xəstələnənlər üzrə statistikanın aşağı olması (17,3 faiz), rəhbərlik bu məsələdə heç bir risk görmür və distant iş zamanı məhsuldarlığın aşağı düşəcəyindən narahatdır, eləcə də müdiriyyət istənilən bəhanə ilə, hətta məzuniyyət zamanı belə əməkdaşları ofisdən kənara çox həvəssiz buraxır (9,6 faiz).


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ barədə 15 maraqlı fakt (2-ci hissə)

posted in: Xəbər | 0

ABŞ vergi sistemiBiz amerikalılar barədə nə qədər bilgiyə malikik? Stereotiplər yüzlərlədir, başlıca olan faktlardır.

ABŞ xüsusi bir ölkədir, onun barəsində o qədər uydurmalar var ki, təəccüblənməyə bilmirsən.

8. Amerikalılar – çox vətənpərvərdirlər. Hətta ən gözdən iraq bir əyalətdə belə treylerdə zolaqlı-ulduzlu bayraq asılır. Məsələn, əgər evsiz birindən soruşsalar ki, dünyada ən yaxşı ölkə hansıdır, o, düşünmədən belə, ABŞ – deyə cavab verəcək. Hər şey, az qala, uşaq bağçasından başlayan vətənpərvərlik tərbiyəsinin düşünülmüş sistemi sayəsində baş verir.

Hər şeydən bir az

9. ABŞ daxili turizm üçün ən populyar 3 istiqamətdən biridir, lakin amerikalılar nadir hallarda öz ölkələrini tərk edirlər, onlar yerli turistik yerlərə səyahət etməyi üstün tuturlar.

10. ABŞ planetin ən uzun yol şəbəkəsinə –  6,5 milyon km – malikdir. Ən insansız avtomobil yolu – 50-ci yol (Yuta-Kaliforniya) şəbəkəsi hesab olunur. Həmin yol 200-300 km məsafədə yalnız bir yaşayış məntəqəsinin olduğu səhradan keçir.

11. ABŞ-da ictimai nəqliyyat məsələsi elə də yaxşı deyil: meqapolislərdə ictimai nəqliyyatdan əsasən müdafiəsiz əhali təbəqəsi istifadə edir. Kiçik şəhərlərdə isə ümumiyyətlə belə bir nəqliyyat növü yoxdur.

Avtomobil – hər bir amerikalı üçün həyati bir zərurətdir.

12. Dünyada ən nəhəng administrativ bina – Pentaqonun binasıdır. Onun xarici divarlarının perimetri – demək olar ki, 1,5 km-dir, koridorlarının uzunluğu isə 28 km təşkil edir.

13. Nevada ştatında Area 51 adlandırılan –  dəfələrlə rejissorları fantastika və dəhşət filmləri üçün süjetlər yaratmağa ruhlandırmış, anlaşılmaz təyinatlı əfsanəvi gizli obyekt yerləşir.

14. Nobel mükafatları daha çox ABŞ vətəndaşlarına çatır.

15. Oyun biznesinin paytaxtı – Las-Veqasda – hər 8 sakinə, bütün Nevada ştatında isə hər 15 sakinə bir oyun avtomatı düşür.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 552 553 554 555 556 557 558 2. 399