Vakansiya: Auditor (maliyyə və mühasibatlıq üzrə)

maliyyə , mühasibatlıq , Auditor VakansiyaVakansiya: Auditor (maliyyə və mühasibatlıq üzrə).

İşəgötürən: “FORTİS GROUP” MMC.

Əmək haqqı: 800 – 1500 AZN.

Vakansiya barədə məlumat

– Gündəlik cari nəzarəti həyata keçirmək;
– Maliyyə və mühasibatlıq sahəsində nəzarətin həyata keçirilməsi;
– Anbarlarda yoxlamaların, mal-material (ehtiyat hissələrin) qalıqlarının və avadanlıqların inventarlaşmasının aparılmasını təmin edilməsi;
– Xəzinə qalıqlarının və sənədlərinin yoxlanışlarını həyata keçirmək;
– Debitor və kreditor borc qalıqlarının təhlilinin aparılması;
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
– Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
– Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;
– İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Auditor üçün tələblər

– Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
– MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır;
– Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
– Diqqətli, çevik və məsuliyyətli olmalı;
– Təhlil və analiz etmə qabiliyyətli olmalı;
– Kollektivdə işləmək bacarığı olmalı;
– Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli;
– Vergi Məcəlləsinin tətbiq edilməsində təcrübəsi olmalı;


Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması təsdiq edilib

posted in: Xəbər | 0
debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuVergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri qanunvericiliklə nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə müəyyən edilmiş formada məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidir.

Həmçinin orta və iri sahibkarlıq subyektləri 2022-ci ilin yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranmış debitor və kreditor borcları barədə məlumatı müəyyən edilmiş formada müvafiq olaraq 2022-ci il martın 31-dək və 2023-cü il martın 31-dək vergi orqanınqa təqdim etməlidirlər.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergi ödəyicilərinin debitor və kreditor borclarının ödənilməsi haqqında” Məlumat forması təsdiq edilib.

Məlumat Forması ilə bu keçid vasitəsil tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çeklərin bankomatlarda qalması təhlükəlidir

posted in: Xəbər | 0

bankomatMağazalarda alışlardan və ya bankomatlarda pul çıxarışlarından sonra çekləri orada saxlamayıb, hökmən almaq lazımdır. Bununla əlaqəli ortaya çıxan təhlükə barədə ali iqtisad Məktəbinin hüquq fakultəsinin dosenti Aleksandra Kasatkina xəbərdarlıq edib. Bu haqda RİA Novosti agentliyi xəbər verib.

O, bankomat tərəfindən verilən çeklərlə daha diqqətli olmağı tövsiyə edib, Kasatkinanın sözlərinə görə, çeklərdə şəxsi məxfi məlumatlar ola bilər. Məsələn, telefon nömrəsi və ya bank kartının son rəqəmləri. Bu məlumatlar isə fırıldaqçılardan ötrü yetərli ola bilər, – deyə, Kasatkina qeyd edib.

Əgər hər hansı bir səbəbdən bankomat saxta bir əskinas verərsə, məhz çek insanı hüquq-mühafizə orqanları ilə məhkəmələrdən azad edə və zərərin əvəzini ödəməyə kömək edə bilər, ekspert əlavə edib. Mağazalara gəldikdə, çek alış-verişin sübutudur, onunla malların geri qaytarılmasını təmin etmək daha asan olacaq.

Alıcıların bir çoxu mal və məhsullar üçün ödənişləri etdikdən sonra  çekləri dərhal atırlar, amma, fırıldaqçılara kass sənədlərindən istifadə etmək imkanı verməmək üçün həmin çekləri özünüzlə götürmək daha yaxşıdır. Bu barədə bir qədər əvvəl “Pozitsiya prava” hüquq şirkətinin idarəedici tərəfdaşı Yegor Redin də izahat vermişdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kimlər hansı vergiləri ödəməkdən azaddır?

posted in: Xəbər | 0

vergidən azad , ƏDV-nin tutulması , mədən vergisi , Vergi məbləğləri, vergi öhdəlikləri, kriptovalyutanın alınması, Müharibə veteranı, yoxlamaların müddəti, sosial ödənişlər, VÖEN-nin ləğv edilməsi, vergiyə cəlbAzərbaycan qanunvericiliyində vergidən azadolmalar sosial səciyyə daşımaqla yanaşı, sahibkarlığı təşviq etmək məqsədi daşıyır. Azadolmalar barədə məlumatı hüquqşünas Şəhriyar Həbilov hazırlayıb.

Azərbaycan qanunvericiliyində vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Məcəlləyə əsasən:

1. Gəlir vergisindən azaddır:

– bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlər;

– sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəlirləri;

– yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4.000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək;


İşəgötürən işçinin kreditini necə ödəyə bilər?


– 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri;

– investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi – 7 il müddətinə;

– müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

– qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

2. Mənfəət vergisindən azaddır:

– qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;

– məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;

– investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi – 7 il müddətinə;

– əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır;

3. Əlavə dəyər vergisindən azaddır:

– siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı;

– mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);

– dəfn və qəbiristanlığın mərasim xidmətləri;

– kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;

– ödənişli təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla);


Lizinq müqaviləsi barədə araşdırma


– buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı – 2017-ci il yanvarın 1-dən 7 il müddətinə;

– istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;

– heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;

– sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı – 2020-ci il yanvarın 1-dən 5 il müddətinə.

4. Aksiz vergisindən azaddır:

– fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;

– Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar.

5. Əmlak vergisindən azaddır:

– şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar;

– misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri;

– fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri, təhsil, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin; ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən əsas vəsaitlərin dəyəri;

– kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;


Ezamiyyə xərclərinin gəlirdən çıxılması


– investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə.

6. Torpaq vergisindən azaddır:

– yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;

– istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları;

– investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə.

7. Sadələşdirilmiş vergidən azaddır:

– kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;

– fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi;

– körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 554 555 556 557 558 559 560 2. 386